Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1691/2024 07.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Sumqayıt regional X5 İdarəsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Sumqayıt regional X5 İdarəsi tərəfindən "xxxx" MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Sumqayıt regional X5 İdarəsinin nümayəndəsi X4 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Metallurq küçəsində yerləşən "xxxx" MMC-yə məxsus obyektdə yanğın texniki müayinəsi zamanı YTQ № 01-2001 b. 3.1-3.12, 4.1-4.17 və 8.1-8.8-ci bəndlərinin tələblərinin pozulması müəyyən edilmişdir. Ona görə də "xxxx" MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin bildirmişdir ki, aşkar edilmiş qüsurlar qısa müddətdə aradan qaldırılması mümkün olan pozuntular olmuşdur. Pozuntular həqiqətən də "xxxx" MMC-nin nümayəndəsinin təqdim etdiyi şəkillərdə olanlardan ibarət olmuşdur. Göstərilənlərə əsasən iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəmdəsi X3 izahatında bildirmişdir ki, "xxxx" MMC barəsində əsassız protokol tərtib edilmişdir. Belə ki, inzibati xəta haqqında iş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin DYNX-nin Sumqayıt regional X5 İdarəsi tərəfindən keçirilmiş yoxlamaya və 17 iyul 2024-cü il tarixli, ******* saylı Protokola əsaslanır. Adı çəkilən idarənin əməkdaşları Şəxs MMC-nin Sumqayıt şəhəri Metallurq küçəsində yerləşən arxivin inzibati binasında növbəti yoxlama zamanı “Ərazidə mövcud anbarda əşyalar ara məsafədə parakəndə formada təlimata uyğun olmayan formadadır Qərar” qəbul edərək Protokol tərtib etmişdir. Yoxlamanı həyata keçirən Sumqayıt regional X5 İdarəsinin əməkdaşlarının tərtib etdiyi Protokoldakı faktlar öz əksini tapmır. Belə ki, obyektin daxilində olan əşyalar heç də qeyd edilən kimi deyil. Baxış keçirilən zaman anbara yeni avadanlıqlar daxil olmuş və fəhlələr tərəfindən təyinatı üzrə yerləşdirilmə mərhələsində olub. Xeyli miqdarda olan avadanlıqların yerləşdirilməsi vaxt aparır. Ona görə də qısa vaxt ərzində anbarı səliqəyə salınması mümkün olmamışdır. Anbarda səliqə-səhman yaradılacağı bildirilsə də yoxlamaya gələn əməkdaş buna əhəmiyyət verməmişdir. Hazırda qeyd olunan “nöqsanlar” aradan qaldırılmışdır (şəkillər təqdim edilir). Qərarda 10 (on) gün ərzində həmin qüsurların aradan qaldırılması ilə bağlı vaxt verilmiş və bu müddətdə qüsurlar aradan qaldırılaraq İdarəyə məlumat verilmişdir. Protokol qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinin tərkibi olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Metallurq küçəsində yerləşən "xxxx" MMC-yə məxsus obyektdə yanğın texniki müayinəsi zamanı YTQ № 01-2001 b. 3.1-3.12, 4.1-4.17 və 8.1-8.8-ci bəndlərinin tələblərinin pozulması müəyyən edilmişdir. İş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən xx.xx.2024-cü il tarixli KY********** saylı çıxarışdan görünür ki, Fövqəladə Hallar Nazirliyi X5 Xidməti tərəfindən xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə "xxxx" MMC-yə məxsus Sumqayıt şəhəri, Metallurq küçəsində yerləşən obyektdə plan üzrə yoxlama aparılması reyestrdə qeydə alınmışdır. İş materiallarında olan "xxxx" MMC-nin nümayəndəsinin təqdim etdiyi foto şəkillərdən görünür ki, ilkin olaraq anbarda olan avadanlıqlar təyinatı üzrə yerləşdirilməmiş və dağınıq vəziyyətdə olmuş, daha sonra anbarda təyinatı üzrə yerləşdirilməyən hər hansı əşya qalmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Metallurq küçəsində yerləşən "xxxx" MMC-yə məxsus anbarda yanğın texniki müayinəsi zamanı aşkar edilmiş hallar yanğın texniki qaydaların pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, "xxxx" MMC-yə məxsus anbarda yalnız bəzi əşyaların dağınıq vəziyyətdə olması və yanğın avadanlığının üzərində olan kürəyin yerində olmaması aşkar edilmişdir ki, bunun da səbəbləri araşdırılmamışdır. Yəni, həmin əşya və avadanlıqların davamlı halda dağınıq olması, yoxsa anbara yeni gətirilməsi və təyinatı üzrə üzrə yerləşdirilmə mərhələsində olması müəyyən edilməmişdir. "xxxx" MMC-nin nümayəndəsinin təqdim etdiyi və protokol tərtib etmiş orqanın nümayəndəsinin də məhkəmə iclasında baxaraq təsdiq etdiyi foto şəkillərə əsasən "xxxx" MMC-yə məxsus anbarda dağınıq hər hansı əşya və ya avadanlıq mövcud deyil. Həmçinin yanğın avadanlığının üzərində kürəyin olması da müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-nin əməlində hər hansı inzibati xəta tərkibi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hərəkətlərində inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri, həmçinin Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 114-155, 128- 130-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1691/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1691/2024
07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver