Məhkəmə qərarları › İş №3(060)-1693/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1693/2025

18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1693/2025 18.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN-in Baş X6 İdarəsinin 07 iyul 2025-ci il tarixli, EQ 29090598 saylı protokol və onun əsasında qəbul olunmuş eyni tarixli elektron inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidməti tərəfindən barəsində inzibati tənbehin tətbiqi barədə tərtib edilmiş 07 iyul 2025-ci il tarixli, EQ 29090598 saylı qərarı ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, VAZ 2107 minik markalı, dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir. O, həmin avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2025-ci il tarixdə H.Z.Tağıyev qəsəbəsindən Sahil qəsəbə yolu ilə hərəkətdə olarkən BDYPİ-nə məxsus 0X00021745 nömrəli SmartRadar markalı kamera tərəfindən çəkilmiş və guya yolda qoyulmuş sürət həddini aşdığı göstərilmişdir. Həmin ərazidə yolun hərəkət hissəsində sürət limiti maksimum 70 km/saat müəyyən edilmişdir. O isə həmin tarixdə yolda hərəkətdə olarkən avtomobilin sürəti 60 km/saat olmuşdur. Yol Patrul Xidməti əməkdaşlarına sözügedən kamera vasitəsi ilə avtomobil çəkilən zaman və heç bir qayda pozuntusu etmədiyini, əgər etmişsə də bunu sübut etməyə borclu olduğunu qeyd etsə də, onun sözlərini nəzərə almayaraq ona cərimə yazıldığını bildirdilər. Bununla razı olmadığını bildirsə də, ona İXM 328.3-cü maddəsini rəhbər tutaraq cərimə yazıldı. Qeyd edirki, qərarı rəsmi qaydada 07 iyul 2025-ci il tarixdə əldə etmişdir. AR-nın İXM-nin 328.3-cü maddəsi ilə təqsirləndirilməyinə barədə inzibati iş üzrə icraata xitam verilərək ona təyin olunmuş cərimənin silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 şikayətin mahiyyətinə uyğun çıxış edərək ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN-in Baş X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-in 133.2.4-cü maddəsinə əsasən işə Baş X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 29090598 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X3 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 29090598 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından görünür ki, X3 həmin tarixdə **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının İXM-nin 328.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, bu səbəbdən də həmin maddə ilə təqsirli bilinərək 200 manat miqdarında cərimə edilmişdir. Müəyyən edilmişdir ki, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı qeydə alınmış inzibati xətalara görə şikayətçi X3 təqsirli bilinərək inzibati qaydada cərimə edilsə də, onun təqsirli olması sübuta yetirilmir. İş materiallarına şikayətçi tərəfindən əlavə edilmiş fotoşəkildən görünür ki, ilkin olaraq “Kamaz” markalı yük avtomobilini fotoları xüsusi texniki vasitə ilə fotosu elektron qərara əlavə edilmiş, həmin fotoşəkillərdə VAZ 2107 maraklı 07BX022 d.q.n-lı avtomobilin olması görünmür. Bundan başqa əlavə olaraq VAZ 2107 maraklı 07BX022 d.q.n-lı avtomobilin yaxın məsafədən olan fotoşəkli elektron qərara əlavə edilmişdir. Məhkəmə iclasında şikayətçi tərəfindən təqdim edilən videogörüntüyə baxış keçirilmiş və məlum olmuşdur ki, Kamaz markalı yük avtomobili ilə Vaz 2107 markalı avtomobil araməsafəsi qısa olmaqla hərəkətdə olmuş, həmin vaxt yol örtüyü yağış səbəbindən yaş olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 barəsində qəbul edilmiş Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 29090598 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Belə ki, qeydə alınan videogörüntüyə əsasən məhkəmə hesab edir ki, hərəkətdə olan nəqliyyat vasitələrinin sürətinin ərazidəki sürət limitindən (70 km/saat) az olması, həmin nəqliyyət vasitələrinin eyni sürətlə hərəkətdə olması aşkar şəkildə görünür. Hər kəsə məlum olan faktdır ki, “Kamaz” markalı yük avtomobilinin 119 km/saatla hərəkət etməsi, ümumiyyətlə həmin sürətlə hərəkət etmiş olsa belə, əvvəlcədən xəbərdarlıq nişanı ilə sürətölçmə cihazı yerləşdirilmiş yolda bütün nəqliyyat vasitələrinin 70 km/saatdan çox sürətlə hərəkət etməsi ağlabatan görünmür. Həmçinin, İXM-in 76.1-ci maddəsinə əsasən sübutlara qiymət verildikdə elektron qərara əlavə edilən “Kamaz” markalı yük avtomobilinin fotoşəkillərinin olması da X.Hüseynzadənin təqsirliliyini sübhə altına alır. Qeyd olunanlar Xəyal Həsənzadənin təqsirli olması barədə şübhələr yaradır. Bununla da, İXM-in 8.3-cü maddəsinə əsasən Xəyal Hüseynzadənin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN-in Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 29090598 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilməli və X3 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 53, 133-137ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Azərbaycan Respublikası DİN-in Baş X6 İdarəsinin 07 iyul 2025-ci il tarixli, EQ 29090598 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X3 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilsin. Bu qərar Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin Mərkəzi İnformasiya sistemində X1 adına qeyd edilmiş 07 iyul 2025-ci il tarixli, EQ 29090598 saylı elektron inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati cərimənin və ona hesablanmış dəbbə pulunun silinməsi üçün əsasdır. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar