Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1694/2023 12.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt ŞPİ-nin DYPŞ YNH inspektoru, polis kapitanı X1, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakı ilə xx.xx.1997-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, İmişli rayonu, Aranlı Ərazi Dairəsi, Aranlı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında İXP seriyalı ******* №-li, xx.xx.2023-cü il tarixli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində Sumqayıt şəhəri, Sahil küçəsində hərəkətdə olan zaman “VAZ 21061 minik” markalı, **- OF-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edərək Zərərçəkmiş şəxs məxsus “Khazar LD” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sonuncuya maddi zərər vurmuşdur. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyət məsələsinə baxılması üçün inzibati xəta haqqında protokol və iş üzrə toplanmış materiallar məhkəməyə göndərilmişdir. Məhkəmədə iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin DYPŞ YNH inspektoru, polis kapitanı X4 göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində Sumqayıt şəhəri, Sahil küçəsində hərəkətdə olan zaman “VAZ 21061 minik” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Zərərçəkmiş şəxs məxsus “Khazar LD” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sonuncuya maddi zərər vurmuşdur. Məlum olmuşdur ki, Şəxs sürücülük vəsiqəsi mövcud deyildir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs bildirdi ki, hadisə Sahil küçəsində baş vermişdir. O, Novxanı istiqamətində hərəkət edən zaman Şəxs yanacaq doldurma məntəqəsindən dayanmadan yola çıxmış və onun avtomobili ilə toqquşmuşdur. Şikayəti yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, Xırdalan qəsəbəsi, 120-nin axırı deyilən yerdə kirayədə yaşayır. Hadisə ilə bağlı özünü təqsirli bilir. “VAZ 21061 minik” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobil dostuna məxsusdur. Dostunun onun sürücülük hüququ olmamasından xəbəri olmamışdır. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. İş materiallarında olan sürücülük vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs AE 043816 nömrəli, xx.xx.2018-ci il tarixli sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, “AZƏRMAŞ MMC" tərəfindən Azərbaycan Respublikası vətəndaşı olan X3 (SUMQAYİT ŞƏHƏRİ. SAMUR-ABŞERON KANALİNİN ŞİMALİ. YM. 5-Cİ MƏH, EV 112 qeydiyyatda olan, sürücülük vəsiqəsi AE № 043816 saylı, xx.xx.2018 il tarixində Az.Res.DİN BDYPİ Sıımqayıt RQİTBŞ tərəfindən verilib) ondan ötrü ki, “AZƏRMAŞ MMC" ilə X5 arasında bağlanmış xx.xx.2023 il tarixli MAS-5876 saylı “X6" əsasında lizinqə verilmiş 1 (bir) ədəd KHAZAR LD markalı, 77AG065 qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi BB 354857 seriyalı, 2023 il buraxılışı, ban №NVAİV01HHFPE671093, mühərrik № 147H0688893, AĞ rəngli) maşınının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. Etibarnamə xx.xx.2023-ci il tarixdən xx.xx.2023-ci il tarix daxil olmaqla etibarlıdır. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi Dövlət X9 tərəfindən verilmiş arayışdan görünür ki, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin “X2” komputer məlumatına əsasən xx.xx.1997-ci il təvəllüdlü Şəxs barəsində nəqliyyat vasitələrini idarə etmə hüququnu təsdiq edən sürücülük vəsiqəsi mövcud deyil. İş materiallarında olan 3964 saylı, xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs sərxoşluq vəziyyəti yoxdur. İş materiallarında olan 3965 saylı, xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Zərərçəkmiş şəxs sərxoşluq vəziyyəti yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi, protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildiyi üçün o, həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutlmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, onun şəxsiyyətini, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını və qanunvericiliyin tələbini nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Abşeron rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-1694/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1694/2023
12.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver