Məhkəmə qərarları › İş №3(060)-1695/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1695/2021

19.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1695/2021 19.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “xxxx” MMC-də operator vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhər polis idarəsinin istintaq şöbəsinin sübutların qiymətləndirilməsi haqqında 08.04.2021-ci il tarixli qərarına əsasən Şəxs barəsində 23 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə AP ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, “Opel Vita” minik markalı **- BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü Şəxs Sumqayıt şəhəri, Bulvar yolu ilə “Dörd Qrdaş” çadlıq sarayı istiqamətində hərəkət edən zaman “Hundai Sonata minik” markalı maşınla toqquşaraq yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Sumqayıt şəhər polis idarəsinin dövlət yol polis şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 05.05.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 19 may 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, 20.01.2021-ci il tarixdə saat 19:30 radələrində o, idarə etdiyi “Opel Vita” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Bulvar yolu küçəsi ilə “Dörd Qardaş” şadlıq evindən Nəsimi parkı istiqamətində 60- 70 km/saat sürətlə hərəkət edib idman sağlamlıq mərkəzinin qarşısında olan qırıq-qırıq xətlər olan yerdən dönüb geri qayıtmaq istəmişdir. Bunun üçün o, sol zolaqla hərəkət edib qırıq-qırıq xəttin kənarında gözləmişdir ki, qarşıdan gələn avtomobillər keçib getsin. Həmin vaxtı qarşı tərəfdən sağ zolaqla ona tərəf avtomobil hərəkət etmişdir. Onun arxasınca sürətlə gələn “Hyundai Sonata” markalı avtomobil qəflətən sola tərəf manevr edərək qırıqqırıq xəttin üzərində idarə ediyi avtomobili vurmuşdur. O, həmin vaxtı xəsarət almış, huşunu itirib özündən getmişdir. Özünə gəldikdə görmüşdür ki, o, Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasındadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunanların nəzərə alınaraq barəsində olan inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər polis idarəsinin sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, cinayət işinin başlanması üçün əsas X2 20 yanvar 2021-ci il tarixdə saat 18:00 radələrində, idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Hundai Sonata minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə Sumqayıt şəhəri, Bulvar yolu küçəsində hərəkətdə olarkən Şəxs idarə etdiyi “Opel Vita” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması, nəticəsində Şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı əsasında toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər polis idarəsinin sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Cinayət işinə əlavə edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 17.02.2021-ci il tarixli, 8/316 saylı rəyindən görünür ki, “Opel Vita” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ona görə də Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olduğundan onun barəsində İXM-nin həmin maddəsi ilə inzibati tənbeh tədbirinin görülməsi üçün qərarın surəti Sumqayıt şəhər Pİ-nin DYPŞ-nə göndərilmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi onun özünün və iş materiallarında olan Sumqayıt şəhər polis idarəsinin istintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X1 qiymətləndirilməsi haqqında qərarı ilə öz təsdiqini tapır. Ona görə də Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 32 və 33-cü maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Həmin Məcəlləsinin 36.1-ci maddəsinə əsasən hakim, salahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işə baxarkən vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə mübahisə olduqda inzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Odur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.2-ci maddəsinə uyğun olaraq zərər şəkmiş şəxsə izah olunmalıdır ki, vurulmuş maddi zərərinin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və 200,00 (iki yüz) manat məbləğində cərimə edilsin. Zərər şəkmiş şəxslərə izah olunur ki, vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar