Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1696/2023 12.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakı ilə, xx.xx.1999-cu ildə Şabran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, 2 azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Xəzər bağları ərazisi, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiallara Sumqayıt Məhkəmə Kompleksinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2023-cü il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2023-cü ildə Şəxs narkotik vasitələrin qəbulunda şübhəli olduğu üçün 2-ci PB-nə gətirilmiş, RND-dən keçirildikdə sidiyindən metamfetain aşkarlanmışdır. Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə rəisi X2 göstərdi ki, xx.xx.2023-cü ildə Şəxs narkotik vasitələrin qəbulunda şübhəli olduğu üçün 2-ci PB-nə gətirilmiş, RND-dən keçirildikdə metamfetamin qəbul etdiyi aşkarlanmışdır. Buna görə də onun barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərdi ki, təxminən 3 il olar ki, ailə vəziyyəti ilə əlaqədar Sumqayıt şəhərində yaşayır və STP zavodu yaxınlığında yerləşən kafedə işləyib övladlarını saxlayır. xx.xx.2023-cü il tarixdə işdə olan zaman polis əməkdaşları kafeyə gəlib onu kənara çağırmışlar və ona narkotik maddələrin istifadəsində şübhəli olduğunu bildirib PB-nə dəvət etmişlər və narkoloji testdən keçirəcəklərini bildirmişlər. O polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə 2-ci PB-nə gəlmişdir. Sonra onu müayinə olunmaq üçün Sumqayıt şəhər RND-nə aparmışlar. Orada sidik analizi götürülmüş və analizin nəticəsinə görə sidiyində narkotik maddə hesab edilən metamfetamin qalıqları aşkar edilmişdir. Əvvəllər narkotik maddə hesab edilən metamfetamin istifadə etmişdir. Təxminən 1 ildir ki, narkotik maddə qəbul etmir. Lakin 2 gün əvvəl Kimyaçılar qəsəbəsi ərazisində olan zaman yolun kənarında gümüşü rəngli büküm diqqətini çəkdiyi üçün onu yerdən götürüb əl çantasına qoymuşdur. Sonra evə gəlib həmin bükümə baxış keçirən zaman içərisində narkotik maddə hesab edilən metmafetamin olduğunu görmüş və özünü saxlaya bilməyib həmin maddəni qəbul etmişdir. Ona görə xx.xx.2023-cü il tarixdə polis əməkdaşlarının iştirakı ilə Sumqayıt şəhər RND-dən keçirilən zaman sidik analizində metamfetamin qalıqları akar edilmişdir. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 4033 nömrəli rəyindən görünür ki, Şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Sərxoşluq hallarının tibbi yoxlaması haqqında” A/852 saylı, xx.xx.2023-cü il tarixli müayinə aktından görünür ki, Şəxs metamfetamin qəbulu faktı aşkarlanmışdır. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakt üzrə toplanmış HK-1/534 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri olduğundan barəsində inzibati qaydada tədbir görülməsindən ötrü qərarın nüsxəsinin aidiyyatı üzrə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxsnun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilir, xx.xx.2023-cü il tarixdə ondan analiz götürülərək yoxlanılmış və onun narkotik vasitə istifadə etdiyi müəyyən edilmişdir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnun əməlindən peşman olmasını və 2 azyaşlı uşağının olmasını məsuliyyəti yüngülləşdirilən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxsnun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Bu növ tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində cərimə olunsun. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-1696/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1696/2023
12.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver