Məhkəmə qərarları › İş №3(060)-1697/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1697/2022

23.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1697/2022 23.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs- Sumqayıt Şəhər Polis İdarəsi 1-ci PB-nin sahə rəisi, polis kapitanı Tural Kazımovun, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Burosunun vəkili X4 iştirakları ilə, xx.xx.1983-cü ildə Ağdərə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əlilliyi olan, Kəlbəcər rayonu, Kəlbəcər şəhəri, Fizuli küçəsi,ev 57 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən korpus 125, fərdi evdə yaşayan Şəxs barəsində Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə, saat 23:20-də Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində YPX əməkdaşlarının xidməti fəaliyyətini dayanmadan pozaraq polisin qanuni tələblərinə tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verilmişdir. Protokolu tərtib etmiş şəxs- Sumqayıt Şəhər Polis İdarəsi 1-ci PB-nin sahə rəisi, polis kapitanı Tural Kazımov tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 23:20-də Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yol hərəkət qaydalarını pozaraq YPX əməkdaşları tərəfindən saxlanılmış və qayda pozuntusu sürücüyə izah olunmuşdur. Lakin sürücü soy adını və adını deməmiş, avtomaşına aid olan sənədləri təqdim etməyərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də, Şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə raport əsasında təhvil verilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində toy mərasimində olmuş, toydan çıxarkən spirtli içki qəbul etdiyi üçün avtomaşını idarə etməsi üçün qardaşının yoldaşı Qarayeva Hüsniyyəyə vermişdir. Onlar Bakıya gedərkən Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində YPX əməkdaşları saxla əmri vermiş, onlar avtomaşını saxlamış, düşərək özlərini təqdim etmişdir. YPX əməkdaşları onlardan sənədləri tələb etdikdə o, əməkdaşlara özünün sənədlərinin olduğunu, lakin avtomobili idarə edənin sənədlərinin olmadığını bildirmişdir. YPX əməkdaşları avtomobilin duracağa yerləşdiriləcəyini bildirdikdə o, ayıq sürücü çağıracağını demiş və aralarında mübahisə baş vermişdir. O, avtomaşını ayıq sürücüyə təhvil verib, PPX əməkdaşları ilə Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə gəlmiş, az sonra polis əməkdaşları avtomaşını da ayıq sürücüdən alıb bölməyə gətirmişlər. Buna görə də, polis əməkdaşları ilə mübahisə etmiş, tanımadığı polis əməkdaşı onu təhqir etmişdir. Evlidir, ıı qrup əlilliyi vardır. Buna görə də barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə xidmətdə olarkən saat 23:20 radələrində İsmət Qayıbov küçəsində **-KN-*** DQN-li mersedes markalı avtomaşın gecə qaranlıq vaxtı uzaq vuran işıqlardan istifadə etdiyi üçün saxlanılmış, sürücüyə yaxınlaşdıqda sürücü X1 vəsiqəsinin olmadığı aşkar edilmişdir. Bu zaman digər sərnişin sərxoş vəziyyətdə maşından düşərək polis əməkdaşlarının qanuni fəaliyyətlərinə mane olmağa başlamışdır. Onlar həmin şəxsi nizam-intizama dəvət etsələr də, o öz hərəkətlərinə davam etmiş və özünü təqdim etməkdən imtina etmişdir. Polis əməkdaşları həmin şəxsi Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə gətirmiş, bölmədə şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 şahid X5 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 00:20-də tutulmuş, 23 iyun 2022-ci il tarixdə saat 15:15-də azad edilmişdir. Məhkəmə Protokolu tərtib etmiş şəxsi, inzibati xəta törədən şəxs Şəxs dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İşdə Şəxs məsuliyyətini ağırlaşdıran hal onun inzibati xətanı sərxoş halda törətməsidir. Məsuliyyətini yüngülləşdirən hal isə aşkatr edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halı, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkil X7 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə olunsun. Şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB tərəfindən xx.xx.2022-ci il tarixdə saat 00:20-də tutularaq xx.xx.2022-ci il tarixə saat 15:15-dək saxlanması nəzərə alınsın və üzərində 150 (yüz əlli) manat cərimə tənbehi saxlanılsın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil X8 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar