Məhkəmə qərarları › İş №3(060)-1699/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1699/2023

13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1699/2023 13.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi X1, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs – Şəxs, Müdafiəçi- Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Vətəndaş Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında tərtib edilmiş 13 iyul 2023-cü il tarixli, MN seriyalı ******* saylı protokol Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində vətəndaş Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhər, 9-cu mikrorayon, Kristal ünvan 2 ünvanına gələrək söyüş söyərək xırda xuliqanlıq etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi X3 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində vətəndaş Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhər, 9-cu mikrorayon, Kristal ünvan 2 ünvanına gələrək söyüş söyərək xırda xuliqanlıq etmişdir. Qeyd olunan faktla bağlı Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol zərərçəkmiş şəxsin izahatına əsasən tərtib edilmişdir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Amaliyanın psixi pozuntuları vardır, xəstədir. Uşağı cinsi istismara təhrik etdiyindən bu barədə Sumqayıt ŞPİ-də araşdırma gedir. Məhkəmə qətnaməsi ilə Amaliyaya uşaqla görüş verilmişdir. O, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş vaxtda uşağı Amaliyaya vermiş, lakin o, uşağı ona qaytarmamışdır. O da uşağa görə narahat olduğundan Amaliyanın yaşadığı ünvana getmiş, qapını döysə də açan olmamış, o da çıxıb getmişdir. Uşaq bağçaya, dərnəklərə gedir, hazırda bunlardan da məhrum olmuşdur. Amaliya onun telefon nömrəsini qara siyahıya atdığından əlaqə saxlaya bilmir. Ona görə də yaşayış ünvanına getmişdir, lakin qapını açan olmadığından geri qayıtmışdır. Həmin vaxt orada heç bir söz-söhbət və ya təhqir olmamışdır. Özünü təqsirli bilmir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında müdafiəçi Vəkil bildirdi ki, məhkəmə baxışı zamanı müəyyən oldu ki, xanım həmin vaxt evdə olmamışdır. İXM-nin 510-cu maddəsinin tərkibi yoxdur. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs onun həyat yoldaşıdır. Uzun müddətdir ki, aralarında uşaqla və boşanma ilə bağlı məhkəmə mübahisəsi gedir. Emin uşağı ona göstərmək istəmirdi. 10 aya yaxın uşağı ona göstərməmişdir. Sonuncu dəfə uşağı 1 saatlıq onun yanına gətirmiş, o da uşağı qaytarmamışdır. Bacısı öldükdən sonra stress yaşaması səbəbi ilə depressiyaya düşmüş, Emin də bu vəziyyətdən istifadə etmişdir. Emin onun yaşadığı ünvana gəldiyi gün qapının qarşısında nalayiq ifadələr işlətmiş, ünvanlı-ünvansız söyüşlər söymüşdür. Emin uşağı ona qarşı öyrətdiyindən bir aydır uşağı atasına göstərmir. Qeyd olunan tarixdə də o, Eminlə həyətdə qarşılaşmışdır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid X4 bildirdi ki, Zərərçəkmiş şəxs anasıdır. Şəxs onları incidir, narahat edir. Rayonda olan zaman Emin gəlib onları orada narahat etmiş, bu səbəbdən onlar Sumqayıta gəlmiş, burada da Emin onları tapmış və narahat etmişdir. 11 iyun tarixində günorta saat 16:00 radələrində qapının döyüldüyünü, kiminsə “Ümid” deyə çağırdığını eşitmişdir. Qızı Amaliya həmin vaxt evdə olmamış, o, qızına zəng vuraraq çağırmış, qızı işdən qayıdarkən həyətdə Eminlə qarşılaşmış, mübahisə etmişlər. Daha sonra Emin çıxıb getmişdir. Bundan bir gün öncə də Emin anası ilə onları narahat etmişdir. Amaliya uşağı Eminə göstərmədiyindən Emin uşağı görmək üçün onların yaşadığı ünvana gəlir. İş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 16(008)- 85/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Rəsul-zadə Amaliya Yaşar qızının övladı xx.xx.2017-ci il təvəllüdlü Rəsul-zadə Ümid Emin oğlu ilə hr həftənin şənbə günü saat 15:00-dan bazar günü saat 17:00-dək Rəsul-zadə Amaliya Yaşar qızının yaşadığı evində ünsiyyətdə olmaq hüququ təmin edilmiş və ünsiyyətə maneçilik törədilməsi Şəxs qadağan edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Rəsulzadə Emin Yusif oğlu Sumqayıt ŞPİ 3-cü PB-yə müraciət edərək bildirmişdir ki, boşanma ərəfəsində olan həyat yoldaşı X2 oğlu X8 oğluna qarşı nalayiq hərəkətlər etmişdir. Müraciət əsasında Sumqayıt ŞPİ-nin 3-cü PB-də araşdırma aparılır. İş materiallarında olan “Psixi Sağlamlıq Mərkəzi”nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1998-ci il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixdə mərkəzə müayinə və müalicə üçün müraciət edib. Həkim-psixiatr tərəfindən müayinə olunub. Diaqnoz: Orta dərəcəli depressiv epizod F32.1. Təkrar olaraq xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə mərkəzə müraciət edib. xx.xx.2020-ci il tarixdə yenidən müraciət etmiş və intihar cəhdi olduğunu bildirmişdir. Pasientin vəziyyətini nəzərə alaraq, guman edilən “Emosional davamsız sərhədli tip şəxsiyyət pozuntusu?” diaqnozu ilə 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndəriş verilmişdir. İş materiallarında olan komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 1040 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, məhkəməpsixiatrik ekspertizası üzrə motivləşdirici hissə: yoxlanılan şəxs X8 oğlunda hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. İş materialları, anamnestic məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Ü.E.Rəsulzadə əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimental-psixoloji müayinənin nəticələrindən görünür ki, X8 oğlunun əqli və psixi inkişafı normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Fikirlərini adekvat olaraq çatdırmaq imkanına malikdir. Emosional-iradi sferasında, ümumilikdə psixoloji vəziyyətində hər hansı dəyişiklik (qorxu, həyəcan, stress və s.) müşahidə edilmir. Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: X8 oğlunda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Ü.E.Rəsulzadə öz hərəkətlərinə cavab verə bilmək iqtidarındadır. Ü.E.Rəsulzadə ekspertizadan təqsirləndirilən şəxs qismində keçmədiyindən anlaqlı olub-olmaması sualı cavablandırılmır. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: X8 oğlunun əqli və psixi inkişafı normaya uyğundur. Xaraktercə mehriban, mülayim, ünsiyyətcildir. X8 oğlu yaş xüsusiyyətlərinə uyğun olmaqla emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. X8 oğlunda fərdi psixi xüsusiyyətlərinə görə hadisə ilə əlaqədar özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığı üçün xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi (hazırda İXMnin 510-cu maddəsi) ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Şəxs tərəfindən xırda xuliqanlıqla ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması məhkəmə baxışında öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarından və verilmiş ifadələrdən məlum olur ki, zərərçəkmiş şəxs Rəsul-zadə Amaliya Yaşar qızı inzibati protokolda göstərilən tarixdə və saatda ümumiyyətlə həmin ünvanda olmamış, Şəxs ilə binanın həyətində qarşılaşdığını bildirsə də bu da hər hansı faktla öz təsdiqini tapmamışdır. Həmçinin qeyd olunan hal şahid ifadəsi ilə də öz təsdiqini tapmışdır. Buna görə də Şəxs əməli xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkiblərinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxsnın əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 114.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar