Məhkəmə qərarları › İş №3(060)-17/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-17/2022

09.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2985/2021 09.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Şikayət vermiş şəxs - X6, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 28 aprel, MN ******* saylı inzibati tənbeh vermə qərarından şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinə baxaraq, müəyyən etdi: X1 və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 28 aprel, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmişdir. X2 buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək 28 aprel, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi müddətini ötürdüyü üçün prosessual müddətin bərpa olunmasını, həmin qərarın ləğv edilməsini və inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən X1 və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 28 aprel, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi müddətini ötürdüyü üçün prosessual müddətin bərpa olunmasını, həmin qərarın ləğv edilməsini və inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4 izahat verərək bildirdi ki, X7 28 aprel, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmişdir. Belə ki idarənin əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində polietilen tullantıların təkrar emalı sexində formalaşan tullantıların sonuncu tərəfindən yandırılması faktı aşkar edilmişdir. Sözügedən inzibati tənbeh vermə haqqında qərar 05.05.2021-ci il tarixdə X6 həyat yoldaşı tərəfindən imzalanaraq qəbul edilmişdir. Bununla bağlı xəbərnamənin surətini də məhkəməyə təqdim edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə hesab edir ki, prosessual müddət üzrsüz səbəbdən ötürülmüşdür və bərpa edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xəbərnamənin surətindən görünür ki, X6 Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 28 aprel, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində cərimə edilməsinə dair qərar 05.05.2021-ci il tarixdə digər qaydada qrafasında Südabə (arvadı) adlı şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X6 vəsatəti təmin edilməsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar