Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-17/2024 07.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1996-cı ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Quba rayonu, Qonaqkənd qəsəbəsində qeydiyyatda olmaqla və Xızı rayonu Sitalçay kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2024-cü il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən xx.xx.2024-cü ildə Şəxs narkotik vasitələrin istifadəsində şübhəli olduğu üçün PB-nə gətirilmiş və analiz nəticəsində onun sidiyində narkotik vasitə qalıqları aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə rəisi A.M.Abdullayev izahatında göstərmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə özünü şübhəli apardığı üçün polis əməkdaşı yaxınlaşaraq onu 2-ci PB-nə dəvət etmişdir. Bölmədə aparılan araşdırma zamanı o tibbi müayinəyə cəlb edilmiş və sidik nümunələrindən götürülmüş analizlə onun narkotik vasitə qəbul etdiyi aşkar edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə rəisi X3 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs inzibati qaydada tutulmamış və PBdə saxlanılmamışdır. O, azad edilmiş və dəvət əsasında təkrar çağırılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərdi ki, o, 15-20 gün əvvəl metamfetamin və kakos istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində yaşadığı ünvanda olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim etmişlər və ona narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirib onu Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə dəvət etmişlər. Bölmədə olan zaman polis əməkdaşları onu müayinə olunmaq üçün müayinəyə aparmışlar. Müayinə zamanı onun analizindən metamfetamin və heroin qalıqları aşkar edilmişdir. Göstərilənləri, həmçinin əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Bundan əlavə bildirmişdir ki, xx.xx.2024-cü il tarixdən indiyədək 2-ci PB-də saxlanılmış və azad edilməmişdir. Həmin müddət ərzində ona hər hansı təsir və ya təzyiq olmamışdır. Məhkəmə iclasında Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin səmimi peşmanlığını nəzərə alaraq onun barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbiri tətbiq edilməsini və inzibati qaydada saxlanıldığı iki günün də nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan Respublika Narkoloji Mərkəzin xx.xx.2024-cü il tarixli 1 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs sidik nümunəsində MET(+), AMP(+), MTD(+) VƏ MOP(+) aşkar edilmişdir. Müayinə zmanı onda eyni zamanda bir neçə narkotik vasitələrin və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2024-cü il tarixli A/21 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs analizi nəticəsində onun sidik nümunəsində metamfetamin və MOP qəbulu faktı aşkar edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi öz etirafı ilə yanaşı digər iş materialları ilə də tam sübuta yetirilir. İş üzrə Şəxs məsuliyyətini istisna edən və məsuliyyətdən azad edilmə üçün hallar mövcud deyil. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirilən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, cərimə növündə inzibati tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə inzibati qaydada tutma protokolu olmasa da, şübhəli şəxs kimi PB-nə gətirilmiş şəxsin azad edilməsi barədə sənədlər məhkəməyə təqdim edilməmiş, şəxs bu müddət ərzində PB-də saxlanıldığını bildirmiş və iş materialları ilə təsdiq edilmişdir ki, iki gün ərzində şəxsin iştirakı ilə mütamadi prosessual hərəkətlər aparılmışdır. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, inzibati qaydada tutma protokolu olmasa da şəxs faktiki olaraq PB-də saxlanılmışdır. Ona görə də Şəxs barəsində inzibati cərimənin həddi müəyyən edilərkən İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən onun iki gün müddətində faktiki olaraq inzibati qaydada saxlanılması da nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Respublika Narkoloji Mərkəzin xx.xx.2024-cü il tarixli 1 nömrəli rəyinə əsasən Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Qərarın icrası məcburi müalicənin icrasına nəzarət edilməsi hissəsində Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməli, onun narkomaniyadan məcburi müalicəsi üçün müvafiq tibb müəssisəninə təhvil verilməsi Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilməlidir. Həmçinin tutma protokolu olmadan Şəxs iki gün ərzində 2-ci PB-də saxlanılaraq azadlıq hüququnun pozulması məsələsi ilə bağlı araşdırma aparılması üçün Sumqayıt şəhər prokurorluğuna və Daxili İşlər Nazirliyinə məlumat verilməlidir. Məhkəmə həmçinin hesab edir, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərməsinə görə işlə tanış olduğu və məhkəmədə iştiak etdiyi ümumilikdə 3 saat müddətə müvafiq məbləğ hesablanaraq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçrülüməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati qaydada tutulduğu 02 (iki) gün müddət İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən nəzərə alınaraq 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın, qərarın icrası məcburi müalicənin icrasına nəzarət edilməsi hissəsində Sumqayıt şəhər Proabsiya şöbəsinə həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicəsi üçün müvafiq tibb müəssisəninə təhvil verilməsi Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Vəkil X2 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Tutma protokolu olmadan Şəxs iki gün ərzində 2-ci PB-də saxlanılaraq azadlıq hüququnun pozulması məsələsi ilə bağlı araşdırma aparılması üçün Sumqayıt şəhər prokurorluğuna və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məlumat verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-17/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-17/2024
07.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver