Məhkəmə qərarları › İş №3(060)-170/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-170/2021

15.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-170/2021 15.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 İnzibati xəta haqqında protokolu tərtib etmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin inzibati xəta haqqında 18.12.2020-ci il tarixli, MN ******* saylı protokoluna baxaraq müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinə "xxxx" MMC barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsinə əsasən tərtib olunmuş inzibati xəta haqqında 18.12.2020-ci il tarixli, MN ******* saylı protokolu daxil olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 3(060)-170/2021 saylı qərarı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 24.10.2020-ci il tarixli, AP № ******* saylı inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə "xxxx" MMC barəsində başlanmış inzibati xəta haqqında icraata inzibati xəta tərkibi olmaması nəticəsinə gəlinərək xitam verilmişdir. Qərardan 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən apelyasiya şikayəti verilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-215/2021 20.04.2021-ci il tarixli qərarı ilə iş üzrə icraata xitam verilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 3(060)-170/2021 saylı qərarı ləğv edilmiş, işə yenidən baxılması üçün material Sumqayıt Şəhər Məhkəməsinə, yeni məhkəmə baxışına göndərilmişdir. İş materiallarından görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən "xxxx" MMC barəsində 18.12.2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokoldan görünür ki, hüquqi şəxs "ünvan 1 ünvanında 18.12.2020-ci il tarixdə Sumqayıt çayına tullantı suları axıdılmışdır. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu trətib etmiş şəxsin nümayəndəsi X2 izahatında göstərdi ki, hüquqi şəxs "ünvan 1 ünvanında 18.12.2020-ci il tarixdə Sumqayıt çayına tullantı suları axıdılmışdır. Buna görə də MMC barəsində 18.12.2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 3(060)-170/2021 saylı qərarı ilə həmin protokol əöəsasında inzibati xətaya dair iş üzrə icraata inzibati xəta tərkibi olduğundan xitam verilmişdir. Həmin qərardan narazı olduqları üçün apelyasiya şikayəti vermişlər. Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-215/2021 20.04.2021-ci il tarixli qərarı ilə iş üzrə icraata xitam verilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarı ləğv edilmişdir. Hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu fakt iş materiallarında olan inzibati xəta haqqında protokol, 63557 saylı akt və digər inzibati iş materiaları ilə tam təsdiq olunur. Belə ki "xxxx" MMC-yə daxil olan müəssisələrin hamısının tullantı suları "xxxx" MMC-nin kanalizasiya xəttinə qoşularaq axıdılır. Bu səbəbdən həmin tullantılar məhz "xxxx" MMC-nin boruları vasitəsi ilə Sumqayıt çayına axıdılır. Odur ki, "xxxx" MMC barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X5 izahatında göstərdi ki, "xxxx" MMC Sənaye parkının idarəedici təşkilatıdır və MMC tərəfindən parkın ərazisində hər hansı istehsal fəaliyyəti həyata keçirilmir. Sənaye parkında yağış və tullantı suları, həmçinin axıdılan digər sular Cəmiyyətin fəaliyyətinin nəticəsində deyil, parkın ərazisində fəaliyyət göstərən ayrı-ayrı müəssislərin (sənaye parkının rezidentlərinin) fəaliyyəti nəticəsində formalaşır. Azərbaycan Respublikası Prezidentinin 24.04.2013-cü il tarixli, 865 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin 4.2-ci bəndinə əsasən idarəedici təşkilat, yəni Cəmiyyət sənaye parkının rezidenti kimi fəaliyyət göstərə bilməz. Sənaye parkında yağış və məişət tullantı suları ayrı-ayrı xətlər vasitəsilə müvafiq şəbəkələrə axıdılır və hər bir şirkət tullantı sularına görə özü məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib işdə olan sübutları tədqiq edərək hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu səbəbdən də Sumqayıt Kimya Sənaye Parkı” MMC həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan 18 dekabr 2020-ci il tarixli 63557 saylı aktdan görünür ki, Sumqayıt Kimya Sənaye Parkının ərazisində fəaliyyət göstərən müəssisələr Kimya Sənaye Parkının rezidenti olaraq içməli su təchizatı, həmçinin çirkab tullantı sularının kanalizasiya sistemlərinə qəbulu, təmizlənməsi və axıdılması ilə bağlı müqavilə imzalanmışdır. Əraziyə baxış zamanı məlum olmuşdur ki, müəssisələrdə formalaşan istehsalat tullantı sularının bir hissəsi tikilmiş xüsusi nasoslar vasitəsi ilə Sumqayıt Sukanal idarəsi ilə bağlanmış müqavilə əsasında təmizləyici qurğulara ötürülür. Eyni zamanda ölçüləri 800, 1000, 1200 və 1800 mm-lik beton borular vasitəsi ilə sular Sumqayıtçaya birbaşa axıdılır. Sumqayıt Kimya Sənaye Parkı ərazisindən Sumqayıt çayına axıdılan sudan X6 Monitorinq İdarəsi tərəfindən götürülmüş nümunələrin tərkibində aparılan analitik təhlillərin nəticəsinə görə nitritlərin, bağırsaq çöpü bakteriyaların, şərti patogen xəstəlik törədən bakteriyaların miqdarı faktki norma həddindən dəfələrlə artıqdır. Aparılan araşdırma zamanı təqdim olunan materiallar əsasında məlum olmuşdur ki, ekoloji məlumat bülletenində adları çəkilən müəssisələr "xxxx" QSC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən ərazidə formalaşan tullantı sularının təmizlənməsini və axıdılmasının cavabdehliyini "xxxx" MMC öz üzərinə götürmüşdür. "xxxx" MMC-nin Sumqayıt şəhər Məhkəməsinə ünvanladığı 12 fevral 2021-ci il tarixli, SKSP-09/01-04/92 saylı məktubunda göstərilmişdir ki, "xxxx" MMC Sənaye parkının idarəedici təşkilatıdır və MMC tərəfindən parkın ərazisində hər hansı istehsal fəaliyyəti həyata keçirilmir. Sənaye parkında yağış və tullantı suları, həmçinin axıdılan digər sular Cəmiyyətin fəaliyyətinin nəticəsində deyil, parkın ərazisində fəaliyyət göstərən ayrı-ayrı müəssislərin (sənaye parkının rezidentlərinin) fəaliyyəti nəticəsində formalaşır. Azərbaycan Respublikası Prezidentinin 24.04.2013-cü il tarixli, 865 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin 4.2-ci bəndinə əsasən idarəedici təşkilat, yəni Cəmiyyət sənaye parkının rezidenti kimi fəaliyyət göstərə bilməz. Eyni zamanda, Sənaye parkının ərazisində fəaliyyət göstərən rezidentlərin istehsal prosesi nəticəsində yaranan tullantı suların ərazidə yaradılmış müasir nasosxana vasitəsilə təmizləyici qurğuya axıdılması təmin edilmişdir. Bununla bağlı Cəmiyyət və "xxxx" ASC arasında “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” müvafiq müqavilə bağlanmışdır. Sənaye parkında yağış və məişət tullantı suları ayrı-ayrı xətlər vasitəsilə müvafiq şəbəkələrə axıdılır İş materiallarından görünür ki, "xxxx" MMC 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli 865 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sənaye parkları haqqında Nümunəvi” Əsasnaməyə əsasən: 4.1. Sənaye parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişaf etdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə, sənaye parkının əsasnaməsinə və sənaye parkının inkişaf konsepsiyasına uyğun həyata keçirilir. 4.2. Sənaye parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı idarəedici təşkilat tərəfindən həyata keçirilir. İdarəedici təşkilat və operator sənaye parkının fəaliyyətinə görə cavabdehdirlər. İdarəedici təşkilat və operator sənaye parkının rezidenti, habelə qeyrirezidenti kimi fəaliyyət göstərə bilməz. 4.3. Sənaye parkının daha səmərəli idarə edilməsini təmin etmək məqsədi ilə səlahiyyətli orqanın müsabiqə əsasında operator cəlb etmək hüququ vardır. Operatorun müsabiqə əsasında seçilməsi qaydası səlahiyyətli orqan tərəfindən müəyyən edilir. 7.1.9. Operator idarəetmə sazişi çərçivəsində sənaye parkının ərazisində qabaqcıl texnologiyaların, texnika və materialların tətbiqini və istifadəsini təmin edir. İş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən Məhkəməyə onunla idarəedici təşkilat arasında bağlanmış hər hansı bir saziş təqdim edilməmişdir. Bu səbəbdən də belə olan halda sənaye parkının ərazisində qabaqcıl texnologiyaların, texnika və materialların tətbiqini və istifadəsinin təmin edilməsi üzrə məsuliyyət "xxxx" MMC-nin üzərinə düşür. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görəvəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə də aparılmış araşdırma zamanı Sumqayıt Kimya Sənaye Parkı MMC tərəfindən İXM-nin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirildiyindən "xxxx" MMC həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1-ci maddəllərini rəhbər tutaraq, qərar verdi: "xxxx" MMC (VÖEN **********; AZ5002, Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, ev 1) Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətdilməsində təqsirli bilinərək 10500 (on min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın İcrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: PƏRVİZ HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar