Məhkəmə qərarları › İş №3(060)-1700/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1700/2023

27.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1700/2023 27.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Sumqayıt şəhər Məhkəməsinə Şəxs MMC-nin (VÖEN **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cümaddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli protokol daxil olmuşdur. Protokol və ona əlavə olunmuş sənədlər 13 iyul 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsinin nümayəndəsi X2 xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək həmin protokolun baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə protokol tərtib etmiş orqanın nümayəndəsi X1 ərizəsini nəzərə alaraq hesab edir ki, protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Ərizənin təmin edilməsi qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-132-ci maddələrini rəhbər tutaraq rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayəti verilə bilməz. Hakim: Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar