Məhkəmə qərarları › İş №3(060)-1701/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1701/2021

20.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1701/2021 20.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə inzibati xəta törədilməsinə dair Sumqayıt Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC 05.05.2021-ci il tarixli, 00700-0095/21 saylı protokol tərtib edilmişdir ona görə ki, Sumqayıt BGİ-nin Gömrük Prosedurları və X1 rayonu, Saray STQ ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) 26 mart 2021-ci il tarixdə Rusiya Federasiyasından 29091394 nömrə nişanlı nəqliyyat vasitəsində “Komponentlərlə qarışdırılmamış Polivinilxlorid” yükü ölkə ərazisinə daxil olmuş və **********9906 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Sumqayıt Baş Gömrük İdarəsində bəyan edilmiş **********9906 sorğu nömrəli gömrük bəyannaməsinin və ona aid əlavə edilmiş sənədlərin yoxlanması zamanı müəyyən edilmişdir ki, qeyd olunan yükə aid mallar ölkə ərazisinə daxil olmamışdan öncə elektron formada tərtib olunan **********8016 saylı qısa idxal bəyannaməsinin 44-cü qrafasında əsas satıcı şirkət olan “Sayanskximplast” şirkətinin təqdim etdiyi invoysun nömrəsi göstərilməmişdir. Bundan əlavə ********** nömrəli mənşə sertifikatında malın brutto çəkisi 197439 kq olduğu halda **********8016 saylı qısa idxal bəyannaməsində malın brutto çəkisi 198357 kq kimi qeyd edilmişdir. Faktla bağlı Sumqayıt BGİ Əməliyyat və Təhqiqat şöbəsi Təhqiqat Bölməsində araşdırılma başlanılmışdır. İş üzrə “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs MMC 26 mart 2021-ci il tarixdə Rusiya Federasiyasından 29091394 nömrə nişanlı nəqliyyat vasitəsində “Komponentlərlə qarışdırılmamış Polivinilxlorid” yükü ölkə ərazisinə daxil olmuş və **********9906 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Sumqayıt Baş Gömrük İdarəsində bəyan edilmiş **********9906 sorğu nömrəli gömrük bəyannaməsinin və ona aid əlavə edilmiş sənədlərin yoxlanması zamanı müəyyən edilmişdir ki, qeyd olunan yükə aid mallar ölkə ərazisinə daxil olmamışdan öncə elektron formada tərtib olunan **********8016 saylı qısa idxal bəyannaməsinin 44-cü qrafasında əsas satıcı şirkət olan “Sayanskximplast” şirkətinin təqdim etdiyi invoysun nömrəsi göstərilməmişdir. Bundan əlavə ********** nömrəli mənşə sertifikatında malın brutto çəkisi 197439 kq olduğu halda **********8016 saylı qısa idxal bəyannaməsində malın brutto çəkisi 198357 kq bəyan edərək gömrük orqanına düzgün olmayan, təhrif olunmuş məlumatlar təqdim etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC və protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan 26 mart 2021-ci -ci il tarixli **********9906 sorğu nömrəli Gömrük Bəyənnaməsindən görünür ki, Şəxs MMC-nin ünvanına “Komponentlərlə qarışdırılmamış “Polivinilxlorid” yükü Rusiya Federasiyasından 29091394 nömrə nişanlı nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuşdur. İş materiallarında olan Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi informasiya resursuna baxış keçirilməsi haqqında 20 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs MMC tərəfindən təqdim edilən 27 mart 2021-ci il tarixli **********9906 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “Sərbəst dövriyyə üçün buraxılmış” gömrük prosedurunda rəsmiləşdirilmiş “Komponentlərlə qarışdırılmamış Polivinilxlorid” yükü ölkə ərazisinə daxil olmamışdan öncə elektron formada tərtib olunan**********8016 saylı qısa idxal bəyannaməsinin 44-cü qrafasında əsas satıcı şirkət olan “Sayanskximplast” şirkətinin təqdim etdiyi invoysun nömrəsi göstərilməmişdir. Bundan əlavə ********** nömrəli mənşə sertifikatında malın brutto çəkisi 197439 kq olduğu halda **********8016 saylı qısa idxal bəyannaməsində malın brutto çəkisi 198357 kq kimi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Rusiya Federasiyasından 29091394 nömrə nişanlı nəqliyyat vasitəsində “Komponentlərlə qarışdırılmamış Polivinilxlorid” yükü ölkə ərazisinə daxil olmuş və **********9906 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Sumqayıt Baş Gömrük İdarəsində bəyan edilmiş **********9906 sorğu nömrəli gömrük bəyannaməsinin və ona aid əlavə edilmiş sənədlərin yoxlanması zamanı müəyyən edilmişdir ki, qeyd olunan yükə aid mallar ölkə ərazisinə daxil olmamışdan öncə elektron formada tərtib olunan **********8016 saylı qısa idxal bəyannaməsinin 44-cü qrafasında əsas satıcı şirkət olan “Sayanskximplast” şirkətinin təqdim etdiyi invoysun nömrəsi göstərilməmişdir. Bundan əlavə ********** nömrəli mənşə sertifikatında malın brutto çəkisi 197439kq olduğu halda **********8016 saylı qısa idxal bəyannaməsində malın brutto çəkisi 198357 kq bəyan edərək gömrük orqanına düzgün olmayan, təhrif olunmuş məlumatlar təqdim etmişdir.Belə ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası Dövlət Gömrük İdarəsi Sumqayıt Baş Gömrük İdarəsinin səlahiyyətli əməkdaşı tərəfindən tərtib edilmiş 05 may 2021-ci il tarixli, 00700-0095/21 saylı inzibati xəta haqqında protokolla və digər iş materialları ilə sübuta yetirilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim edilməsi qaydalarını həmin məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin maddənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. “Malların və nəqliyyat vasitələrin gömrük sərhəddindən keçirilməsi üçün “Yaşıl dəhliz” və “digər buraxılış sistemlərində istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 920 saylı, 21 may 2016-cı il tarixli fərmanının 2.2 bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 485.1-cü maddəsinə görə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Abşeron rayonu, Saray STQ olan Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 250 (iki yüz əlli) manat məbləğində cərimə tutularaq X2 Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************. Alan: Sumqayıt Baş Gömrük İdarəsi – Hesab: AZ13CTRE********************. VÖEN: **********, D3 qrafası Büdcə təsnifatının kodu: 142533, D4 qrafası Büdcə səviyyəsinin kodu: 7 hesaba köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar