Məhkəmə qərarları › İş №3(060)-1703/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1703/2024

22.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1703/2024 22.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 22 iyul 2024cü il tarixli MN1746640 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, borclu Şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1181/2024 saylı və xx.xx.2024-cü il tarixli, 2(060)-1181/2024 saylı icra sənədlərini üzrsüz səbəbdən yerinə yetirməmişdir. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 bildirmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)- 1181/2024 saylı icra sənədinə əsasən borclu Şəxs tələbkar X4 övladlarını saxlaması üçün 10000 (on min) manat məbləğin bir dəfəlik maddi yardım verməyi öhdəsinə götürür. Həmin Məbləğin 5000 (beş min) manat hissəsi xx.xx.2022-ci il tarixədək təqdim edilməli, qalan 5000 (beş min) manat hissə isə xx.xx.2023-cü il tarixədək X4 verilməlidir. Bundan başqa Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1181/2024 saylı icra sənədinə əsasən X7 ilə Şəxs birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər hər uşağa aylıq 200 (iki yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat aliment məbləği müəyyən olunmuşdur. Qeyd edilən icra sənədi üzrə xx.xx.2024-cü ildə və xx.xx.2024-cü ildə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildirişlər borcluya verilmişdir. Borclu Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1181/2024 saylı icra sənədi üzrə hər hansı ödəniş etməmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1181/2024 saylı icra sənədi üzrə ödənişlər etmiş, 1700 manat borcu qalmışdır. Bu gün də əlavə olaraq 500 manat ödəniş etmiş, həmin icra sənədi üzrə hal-hazırda aliment borcu 1200 manat təşkil edir. Borclu əvvəllər “Altay Construction MMC-də çalışmış, həmin MMC-yə alimentin ödənilməsi barədə məktub göndərildikdən sonra işdən çıxarılmışdır. Borclu icra məmurunun çağırışlarına gəlmədiyi üçün barəsində axtarış elan edilmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, o, icra tələbini icra etməkdən qərəzli olaraq boyun qaçırmır, aylıq aliment borclarını ödəyir, ona görə cəmi 1700 manat borcu qalmışdır. Bu gün də 500 manat ödəniş etmiş və 1200 manat borcu qalmışdır. Digər icra sənədi üzrə isə maddi vəziyyəti ilə əlaqədar ödənişləri edə bilməmişdir. Bundan sonra digər icra sənədi üzrə də yaranmış borcu isə hissə-hissə ödəməyə söz verir. Göstərilən halları nəzərə alaraq ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X9 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs icra sənədininin icrasında qərəzli yayınmır, borcun ödənilməməsi onun maddi vəziyyəti ilə bağlıdır. Bugün aliment borcu üzrə 500 manat ödəniş etmişdir. Qeyd edilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1181/2024 saylı icra sənədindən görünür ki, borclu Şəxs tələbkar X4 övladlarını saxlaması üçün 10000 (on min) manat məbləğin bir dəfəlik maddi yardım verməyi öhdəsinə götürür. Həmin Məbləğin 5000 (beş min) manat hissəsi xx.xx.2022-ci il tarixədək təqdim edilməli, qalan 5000 (beş min) manat hissə isə xx.xx.2023-cü il tarixədək X4 verilməlidir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1181/2024 saylı icra sənədinə əsasən X7 ilə Şəxs birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər hər uşağa aylıq 200 (iki yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat aliment məbləği müəyyən olunmuşdur. İş materiallarında olan tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, borclu Şəxs tələbin könüllü icrası barədə bildirişi rəsmi qaydada qəbul etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1181/2024 saylı icra sənədinə əsasən borclu Şəxs tələbakar X4 övladlarını saxlaması üçün 10000 (on min) manat məbləğin bir dəfəlik maddi yardım verməyi öhdəsinə götürür. Həmin Məbləğin 5000 (beş min) manat hissəsi xx.xx.2022-ci il tarixədək təqdim edilməli, qalan 5000 (beş min) manat hissə isə xx.xx.2023-cü il tarixədək X4 verilməlidir. Bundan başqa Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1181/2024 saylı icra sənədinə əsasən X7 ilə Şəxs birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər hər uşağa aylıq 200 (iki yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat aliment məbləği müəyyən olunmuşdur. Borclu Şəxs indiyədək birinci icra sənədi üzrə heç bir ödəniş etməmiş, ikinci icra sənədi üzrə isə qismən ödənişlər etmiş, bu gün ödədiyi 500 manatdan sonra 1200 manat borcu qalmışdır (ikinci icra sənədi üzrə). Bundan əlavə borclu icradan yayındığı üçün barəsində axtarış elan edilmiş və axtarış qərarə əsasında bu gün tapılaraq icra idarəsinə təhvil verilmişdir. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni icra sənədi üzrə ödənişləri tam etməməsi və icra idarəsinə gəlməkdən yayınması icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 22 iyul 2024-cü il tarixdən, saat 17:45-dən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X6 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 22 iyul 2024-cü il tarixdən saat 17:45-dən hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X9 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar