Məhkəmə qərarları › İş №3(060)-1704/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1704/2023

13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1704/2023 13.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs–Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin polis sahə rəisi polis mayoru Emin Şirəliyevin Zərərçəkmiş şəxslər X2, X9, X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs və onun müdafiəçisi Sumqayıt Regional vəkil Burosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1994-cü ildə Gəncə şəh., doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Gəncə şəh., Kəpəz ray., ünvan 1ünvanında qeydiyyatda olmaqla ünvan 2anında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* №-li, MN ******* №-li, MN ******* №-li və MN ******* №-li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli MN ******* №-li protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə X11 işə düzətmək məqsədi ilə aldadaraq 350 manat pulunu, MN ******* №-li protokola əsasən xx.xx.2023-cü il tarixdə X4 işə düzətmək məqsədi ilə aldadaraq 350 manat pulunu, ******* №-li protokola əsasən xx.xx.2023-cü il tarixdə X5 aldadaraq 350 manat pulunu, ******* №-li protokola əsasən xx.xx.2023-cü il tarixdə X6 işə düzətmək məqsədi ilə aldadaraq 300 manat pulunu ələ keçirmiş və nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən Səxavət Abuşov barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi təqsirləndirilməsinə dair xx.xx.2023-cü il tarixli MN ******* №-li, MN ******* №-li, MN ******* №-li və MN ******* №-li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-1701/2023, 3(060)-1702/2023, 3(060)-1703/2023 №-li işlər bir icraatda 3(060)- 1704/2023 nömrə ilə birləşdirilməsi, 3(060)-1701/2023, 3(060)-1702/2023, 3(060)- 1703/2023 №-li işlər birləşdirildiyi üçün həmin nömrələr üzrə işlərin icraatına xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin polis sahə rəisi, polis mayoru Emin Şirəliyev tərtib edilən protokollara uyğun izahat verərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü qismən təqsirli bilərək göstərdi ki, fərdi sahibkar kimi Vergi ödəyicisi olmaqla o, Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində yerləşən “Sumqayıt Bizness Center” mərkəzinin 7-ci mərtəbəsində yerləşən özünün rəhbəri olduğu bağçada təlimçi vəzifəsində işləyir. Bağçada hal-hazırda özündən başqa 1 işçi vardır. Bildirir ki, bağçada hal-hazırda 3-4 yaş arası 18 uşaqdan ibarət, 4-5 yaş arası 8 uşaqdan ibarət 2 qrup vardır. Valideynlərlə razılaşmaya əsasən uşaqlar gün ərzində onların nəzarətində 3 saat qalırlar, həmin müddət bitdikdən sonra valideynlər uşaqlarını götürürlər. Qeyd edir ki, işləmək üçün ona müraciət edən şəxlərə təlimlər də keçir, bu təlimlər ödənişlidir. Təlim 1 ayda dörd saat olmaqla aylıq xidmət haqqı 350 manat təşkil edir və təlimin sonunda namizədlərə sertifakat verərək rəhbəri olduğu bağçada işlə təmin edəcəyini həmin namizdələrə bildirmişdir. Belə ki, həqiqətən də xx.xx.2023-cü il tarixdə saat 13 radələrində işlədiyi yuxarıda adı qeyd olunan mərkəzə X13 adlı şəxs təlim üçün müraciət etmişdir. Razılaşmaya əsasən 1 aylıq təlimdən sonra X20 Səfixanovanın rəhbəri olduğu özəl bağçada müəllimə vəzifəsində işlə təmin etməli olmuşdur. Lakin Şəxs Mollayevanı işə düzəldəcəyi adı ilə aldadaraq sonuncunun 350 manat pulunu almışdır. Bundan sonra Səfixanova xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində X4 işlə təmin edəcəyi adı ilə aldadaraq sonuncunun 350 manat pulunu, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 17-ci məhəllədə yerləşən Tədris mərkəzində X1 300 manat, X7 da 350 manat pulunu eyni niyyətlə ələ keçirmişdir. Zərinə Səfizanova izahatında bildirmişdir ki, o söz verdiyi kimi zərəçəkmiş şəxslərə təlim keçmiş, təlimin sounda özünün tərtib etdiyi möhürlə təsdiq edilmiş sertifikat vermiş, lakin işlə təmin etməmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməmişdir, belə ki, hazırda ödəniş edə bilməsi üçün imkanı yoxdur, amma ona vaxt verilərsə zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyəcəkdir. Qeyd olunanlara əsasən məhkəmədən daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X13 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində yerləşən “Sumqayıt Bizness Center” mərkəzində Şəxs onu işlə təmin edəcəyi adı ilə aldadaraq 350 manat pulunu almış, lakin həmin şəxs verdiyi vədə əməl etməyərək onu heç bir işlə təmin etməmiş, pulunu geri qaytarmamışdır. Bildirir ki, Zarina Səfixanovanın ona keçdiyi təlimlə razı olmamış, təlim zamanı öz iradını bildirmiş, onun verdiyi sözə əməl etmədiyini görmüşdür. Aralarında xx.xx.2023-cü il tarixli müqavilə bağlanmışdır. Müqavilədə sertifikat aldıqdan dərhal sonra işlə təmin ediləcəyi qeyd edilmiş, lakin ötən müddət ərzində heç bir işlə təmin edilməmişdir. Hazırda şikayətçidir, ona dəymiş ziyanı tələb edir. Qeyd olunanlara əsasən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 bildirdi ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Şəxs 4098 5844 9772 0233 saylı “Leo Bank”a aid kartına 100 manat, Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində yerləşən “Sumqayıt Bizness Center” mərkəzində onu onu işlə təmin edəcəyi adı ilə aldadaraq 250 manat cəmi 350 manat pulunu almış, lakin həmin şəxs verdiyi vədə əməl etməyərək onu heç bir işlə təmin etməmiş, pulunu geri qaytarmamışdır. Onunla da xx.xx.2023-cü il tarixli müqvilə imzalanmış, təlimin yekununda saxta sertifikat verilmiş, lakin heç bir işlə təmin edilməmişdir. Hazırda şikayətçidir, ona dəymiş ziyanı tələb edir. Qeyd olunanlara əsasən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X12 bildirdi ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Şəxs qızı Aynur Əlizadəyə təlim keçmək və sonda işlə təmin etmək məqsədilə 350 manat pul vermiş, lakin Səfixanova onları digər zərəçəkmiş şəxlər kimi aldadaraq sertifikat verməsinə baxmayaraq qızını işlə təmin etməmiş, pulunu geri qaytarmamışdır. Hazırda şikayətçidir, ona dəymiş ziyanı tələb edir. Qeyd olunanlara əsasən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 bildirdi ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 17-ci məhəllədə yerləşən Tədris mərkəzində Şəxs onu işlə təmin edəcəyi adı ilə aldadaraq 300 manat pulunu almış, lakin həmin şəxs verdiyi vədə əməl etməyərək onu heç bir işlə təmin etməmiş, pulunu geri qaytarmamışdır. Hazırda şikayətçidir, ona dəymiş ziyanı tələb edir. Qeyd olunanlara əsasən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir İş materiallarında olan 12 iyul və 13 iyul 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarlardan görünür ki, aparılmış yoxlamanın nəticələri üzrə hər bir epizod üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsləri və protokolları tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən AR İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. AR CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin polis sahə rəisi polis mayoru Emin Şirəliyevin ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İnzibati xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İşdə Şəxsnun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Şəxs əməlindən peşman olmasını, məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarından görünür ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. İş materiallarından o cümlədən məhkəmə istintaqı zamanı araşdırılımış sübutlardan Şəxs hər dəfə müstəqil yaranmış niyyətlə ayr-ayrı şəxslərə məxsus qeyd olunan məbləğdə vəsaiti aldadaraq aldığını həmin pulları geri qaytarmadığını nəticədə İXM-nin 227-ci maddəsində qeyd edilmiş inzibati xətanı törətməsi qənaətinə gəlmək olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.3-ci maddəsinə görə bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclası zamanı ifadəsi alınan hər dörd zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs onlara dəymiş ziyanı ödəmədiklərini və onunla heç bir barışıq əldə etmədiklərini bildirdikləri üçün hazırkı iş üzrə AR İXM-nin 39.3-cü maddəsinin tətbiqi mümkün deyildir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, xüsusən əməlindən peşman olmasını, davranışını, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən digər halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona məhz ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.1-28.3-1-ci maddələrinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. İctimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. İctimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur Şəxs müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi hər bir inzibati xətaya dair işlərə eyni vaxtda baxıldığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinin tələblərinə əsasən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilməli, həmin Məcəllənin 34.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla inzibati tənbehlər toplanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt şəhər Regional vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs xx.xx.2023-cü il tarixli, MN ******* №-li, xx.xx.2023-cü il tarixli, MN ******* №-li, xx.xx.2023-cü il tarixli, MN ******* №-li və xx.xx.2023-cü il tarixli MN ******* №-li protokollar üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin, hər bir inzibati xətaya görə ayrılıqda 160 (bir yüz altmış) saat ictimai işlər inzibati tənbeh təyin edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən tənbehlər qismən toplanılmaqla Şəxs 180 (bir yüz səksən) saat ictimai işlər inzibati tənbeh təyin edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar