Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1705/2021 06.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt şəhər Dövlət X6nin YNHİ polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.2000-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Vətəndaş Şəxs barəsində 03.05.2021-ci il tarixli, AP ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, o, 02.05.2021-ci il tarixdə, saat 09:15 radələrində idarə etdiyi “Opel Vectra” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə Sumqayıt şəhəri, İ.Qayıbov küçəsində YDM-dan yola çıxarkən solundan düzünə hərəkət edən “Vaz-21102” markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq sağ tərəfi ilə toqquşmuşdur. Xəta nəticəsində ünvan 2 ünvanında yaşayan 1961-ci il təvəllüdlü X3 avtomaşınına zərər dəymişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 izahat verərək göstərdi ki, vətəndaş Şəxs oğlu 02.05.2021-ci il tarixdə, saat 09:15 radələrində idarə etdiyi “Opel Vectra” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə Sumqayıt şəhəri, İ.Qayıbov küçəsində YDM-dan yola çıxarkən solundan düzünə hərəkət edən “Vaz-21102” markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq sağ tərəfi ilə toqquşmuşdur. Xəta nəticəsində ünvan 2 ünvanında yaşayan 1961-ci il təvəllüdlü X3 avtomaşınına zərər dəymişdir. Həmçinin sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququ Sumqayıt şəhər Məhkəməsinin 3 (060)-1509/2020 saylı qərarı ilə məhdudlaşdırılmışdır. Qeyd olunanlara əsasən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, özünə məxsus “Opel Vectra” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə 02.05.2021-ci il tarixdə, saat 09:15 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən YDM-dən İ.Qayıbov küçəsinə çıxarkən həmin küçədə düzünə hərəkətdə olan “Vaz-21102” markalı avtomobili görməyib onunla toqquşmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Odur ki, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini Məhkəmədən xahiş etdi. İş materiallarında olan zərərçəkmiş şəxs X3 izahatından görünür ki, o, özünə məxsus etibarnamə ilə idarə etdiyi “Vaz-21102” markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomaşınla 02.05.2021-ci il tarixdə saat 09:15 radələrində Sumqayıt şəhəri, İsmət qayıbov küçəsi ilə hərəkətdə olan zaman oradakı YDM qarşısında “Opel” markalı avtomaşının sürücüsü YDM-dən əsas yola çıxaraq ona yol verməyib onun maşını ilə toqquşmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. İş materiallarında olan Sumqayıt Şəhər Dövlət X6 tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs həqiqətən sürücülük hüququnun olmaması təsdiqlənmişdir. Beləliklə, Şəxs əməli iş materiallarında olan 03.05.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol, yol nəqliyyat hadisəsinin sxemi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları, eləcə də, iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- -dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin AR İXM-in 332.4-cü maddəsinin sanksiyası çərçivəsində cərimə növündə inzibati tənbeh tədbiri təyin edilməlidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin AR İXM-in 332.4-cü maddəsinin sanksiyası çərçivəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “xxxx” ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1705/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1705/2021
06.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver