Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1705/2023 04.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Hacıyev Zaur Arif oğlu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarından şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması məsələsinə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. X2 şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X2 xx.xx.2023-cü il tarixdə buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatət ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Vəsatətdən görünür ki, o, Sumqayıt şəhər Məhkəməsinə AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN №1290404 nömrəli inzibati tənbeh vermə haqqında qərarın xitam verilməsinə dair şikayət ərizəsi vermişdir. Sumqayıt şəhər Məhkəməsinin 3(060)-795/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə verdiyi şikayət ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmş və qərara alınmışdır ki, o, müddətin bərpası ilə bağlı vəsatət verməmişdir. İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarı rəsmi qaydada cavabdeh təşkilatın inzibati binasında xx.xx.2023-cü il tarixdə imza etməklə almışdır. Qərarı aldıqdan bir neçə gün sonra şikayət vermişdir. Lakin şikayətinə qərarı aldığı tarix ilə bağlı sübut təqdim etməmişdir. Prosessual müddəti bərpa edib şikayətini icraata qəbul edərək baxılmasının təmin edilməsini xahiş edir. Məhkəmə iş materiallarını və müddətin bərpasına dair dəlilləri araşdırıb belə hesab edir ki, X1 ərizəsi təmin edilməməlidir. İş materiallarından görünür ki, X2 MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan xx.xx.2023-cü il tarixdə məhkəməyə şikayət ərizəsi ilə müraciət etmiş, iş materiallarına müddətin hansı səbəbdən ötürülməsi ilə bağlı sübut və ya vəsatət əlavə etmədiyindən Sumqayıt şəhər Məhkəməsinin 3(060)-795/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə verdiyi şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Həmin tarixdən sonra isə məhz xx.xx.2023-cü il tarixdə yenidən həmin şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmçinin buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatətlə müraciət etsə də yenə də iş materiallarına hər hansı sübut təqdim etməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarından şikayət vermə üçün buraxılmış prosessual müddətin bərpası rədd olunmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Akif Həsənov Azərbaycana qarşı - 7268/10 saylı, 19.9.2019-cu il tarixli Qərarında göstərdiyi mövqe görə, ərizəçini hətta yerli inzibati və məhkəmə orqanları tərəfindən aparılan araşdırılmaya çağırılmasa və dinləmədə onun iştirakını təmin etməsə (həmçinin qərarın surətini ona təqdim etməsə) belə, bu hallar ərizəçini öz təşəbbüsü ilə elementar addımlar atmağa və müvafiq orqanlardan baxışının nəticəsi barədə məlumat əldə etməyə dair fərdi məsuliyyətdən azad etmir. Uzun müddət ərzində hər hansı araşdırmanın və ya sorğunun olmaması ərizəçini müvafiq nəticəyə gəlməyə və ərizəni Məhkəmə göndərməyə vadar etməli idi. Ərizəçi onun fəaliyyətsizliyinə və ya birbaşa Məhkəməyə müraciət etməyinin gecikməsinə bəraət qazandıran hər hansı məlumat təqdim etməlidir. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinin tələbinə görə buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 130-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilməsin. X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə baxılmadan geri qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1705/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1705/2023
04.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver