Məhkəmə qərarları › İş №3(060)-1706/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1706/2021

16.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1706/2021 16.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyilə, şikayət vermiş şəxs X4 iştirakı ilə, Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin inzibati xəta haqqında iş üzrə 08.04.2021-ci il tarixli TP ******* №li qərarından X7 tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X7 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin 08.04.2021-ci il tarixli TP ******* №li inzibati tənbeh vermə haqqında qərarın və həmin qərara əsas hesablanmış 100,00 (bir yüz) manat cərimənin ləğiv edilməsini xahiş etmişdir. X7 şikayətində göstərmişdir ki, Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru Polis Baş X1 tərəfindən 08.04.2021-ci ildə barəsində AR İXM-nin 211.2-ci maddəsinə əsasən İXP ******* saylı protokol tərtib edilmişdir. Həmin protokol əsasında 08.04.2021-ci il tarixində TP № ******* saylı qərar qəbul edilmiş, AR İXM-nin 211,2-ci maddəsi ilə 100 (yüz) manat cərimə edilmişdir. O, barəsində tərtib olunmuş TP № ******* saylı qərarla razı deyildir. 08 aprel 2021-ci ildə mən avtomaşınla hərəkətdə olarkən avtomaşında tək olduğu üçün bu səbəbdən də avtomaşını idarə edərkən tibbi maskadan istifadə etməmişdir. Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru Polis Baş X1 saat 12:21 radələrində avtomaşını saxlamışdır. O, da ona avtomaşında tək olduğu üçün tibbi maskadan istifadə etmədiyimi bildirmişdir. O, tibbi maskadan avtomaşını idarə edərkən avtomaşında tək olduğu üçün istifadə etməmişdir. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə 06.05.2021ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında işə baxılması 16 may 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə hazırki işə Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X7 şikayətə uyğun izahat verərək barəsindəki TP ******* №li inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. İş materiallarını araşdıraraq və şikayət vermiş şəxsin izahatını dinləyərək məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisələndirilən qərarın surətindən görünür ki, X7 barəsində 04.04.2021-ci il tarixdə saat İXP ******* saylı protokol tərtib olunmuş və həmin protokola əsasən 08.04.2021-ci il tarixdə TP ******* saylı qərar qəbul edilərək X7 barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 100,00 (bir yüz) manat məbləğində cərimə olunmuşdur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərini pozmaqla qəbul edilmiş inzibati xəta haqqında qərar əsassızdır, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilməsi vəzifəsi inzibati xəta üzrə araşdırmanı həyata keçirən orqanın üzərinə düşür və X7 oğlu öz təqsirsizliyini sübuta yetirməli deyil. Belə ki, məhkəmə tərəfindən Sumqayıt şəhər dövlət yol polis şöbəsinə X7 tərəfindən verilmiş şikayətə baxılmasının vaxtı və yeri barədə göndərilmiş məhkəmə bildirişində, həmçinin ayrıca məktub ilə mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin (inzibati xəta haqqında protokol və sair) məhkəməyə təqdim olunması təklif olunsa da, adı çəkilən şöbə tərəfindən qeyd olunan sübutlar məhkəməyə təqdim olunmamışdır. Bununla da Sumqayıt şəhər dövlət yol polis şöbəsi X4 İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan xətanı törətməsini, mübahisələndirilən qərarın qanuniliyini sübuta yetirməmişdir. Göstərilən asaslara görə məhkəmə mübahisələndirilən qərarın ləğv edilməsi nəticəsinə gəlir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şikayət təmin olunsun. X7 barəsində Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin inzibati xəta haqqında iş üzrə 08.04.2021-ci il tarixli TP ******* inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar