Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-171/2022 15.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində inzibati xəta haqqında 23 dekabr 2021-ci il tarixli, EP № ******* saylı protokol tərtib edilmişdir ona görə ki, Şəxs MMC 34.827,46 ABŞ dolları məbləğində olan vəsaiti 28.11.2019-cu il tarixdə ölkədən kənara köçürmüşdür. Lakin 2 (iki) il müddət keçməsinə baxmayaraq, 17.206,21 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal etməmişdir. Xəta 29.11.2021-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə də, Şəxs MMC barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilməsi üçün İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X2 bildirdi ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Şəxs MMC barəsində inzibati xəta haqqında 23 dekabr 2021-ci il tarixli, EP № ******* saylı protokol tərtib edilmişdir. Həmin protokolda Şəxs MMC-nin 2 (iki) il müddət keçməsinə baxmayaraq, 17.206,21 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etmədiyi qeyd edilmişdir. Lakin 17.11.2021-ci il tarixində **********5061 nömrəli bəyannamə üzrə 17.621,25 ABŞ dolları, 07.12.2021-ci il tarixində **********2358 nömrəli bəyannamə üzrə 17.206,21 ABŞ dolları məbləğində mallar ölkəyə idxal etmişdir. Bütün bunları nəzərə alaraq Şəxs MMC barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMCnin nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının 23 dekabr 2021-ci il tarixli, EP № ******* saylı protokol ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 28.01.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, "xxxx" ASC Nərimanov filialında 28.11.2019-cu il tarixində 34.827,46 ABŞ Dolları Rusiyaya OOO KRONOSHPAN şirkətinə qabaqcadan köçürmə olmuşdur. Həmin köçürməni Gömrük portalında bağlanması üçün Foriella MMC tərəfindən 17.11.2021-ci il tarixində təqdim olunmuş **********5061 nömrəli bəyannamə üzrə 17.621,25 ABŞ dolları və 07.12.2021-ci il tarixində **********2358 nömrəli bəyannamə üzrə 17.206,21 ABŞ dolları tam olaraq bağlanmışdır. İş materiallarına əlavə edilmiş **********5061 nömrəli gömrük bəyannaməsindən müəyyən olunur ki, “OOO KRONOŞPAN” tərəfindən Şəxs MMC-nin ünvanına göndərilən 17.621,25 ABŞ dolları məbləğində səthi melaminlə hopturulmuş kağızla örtülmüş ağacyonqarlı plitələr 28.11.2019-cu il tarixdə gömrük bəyannaməsi ilə rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş **********2358 nömrəli gömrük bəyannaməsindən müəyyən olunur ki, “OOO KRONOŞPAN” tərəfindən Şəxs MMC-nin ünvanına göndərilən 17.206,21 ABŞ dolları məbləğində səthi melaminlə hopturulmuş kağızla örtülmüş ağacyonqarlı plitələr 27.11.2019-cu il tarixdə gömrük bəyannaməsi ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə 20.02.2020-ci ildə dəyişiklik edilmiş və həmin dəyişiklik 28.02.2020-ci ildən qüvvəyə minmişdir. Həmin Qaydaların 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən "xxxx" ASC Nərimanov filialında 28.11.2019-cu il tarixində 34.827,46 ABŞ Dolları Rusiyaya OOO KRONOSHPAN şirkətinə qabaqcadan köçürmə olmuşdur. Həmin köçürməyə əsasən Foriella MMC-nin ünvanına 28.11.2019-cu il tarixində təqdim olunmuş **********5061 nömrəli bəyannamə üzrə 17.621,25 ABŞ dolları və 27.11.2019-cu il tarixində **********2358 nömrəli bəyannamə üzrə 17.206,21 ABŞ dolları məbləğində mallar ölkəyə idxal edilmişdir. Ona görə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7 və 114.2.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 23 dekabr 2021-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-171/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-171/2022
15.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver