Məhkəmə qərarları › İş №3(060)-1710/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1710/2022

28.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1710/2022 28.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlu, Şərifzadə Nicat Məmməd oğlunun, barəsində olan inzibati xəta haqqında qərardan verdiyi şikayətin baxılmağa hazırlanması məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İM: Sumqayıt Şəhər Məhkəməsinə xx.xx.2022-ci ildə Şərifzadə Nicat Məmməd oğlunun barəsində olan Sumqayıt şəhər DYPŞ Yol patrul Xidmətinin xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolunun qərarından verdiyi şikayət daxil olmuşdur. Şikayətdən görünür ki, Şərifzadə Nicat Məmməd oğlu Sumqayıt şəhər DYPŞ Yol patrul xidmətinin İXP ******* saylı inzibati xəta haqqında protokola dair 16 iyun 2022-ci il tarixli qərarından şikayət veərək, 16 iyun 2022-ci il tarixli, İXP ******* saylı protokolun qərarının inzibati xəta hadisəsi olmadığı üçün ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, ödəniş sisteminə yerləşdirilmiş cərimə məbləğinin xitamı barədə və Sumqayıt şəhər DYPŞ Yol patrul xidməti inspektoru polis serjantı X1 barəsində müvafiq tədbir görülməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə verilən şikayətə baxmağa hazırlıqla bağlı müəyyən etmişdir ki, şikayət düzgün verilmədiyi üçün geri qayatılmalıdır. Belə ki, Şərifzadə Nicat Məmməd oğlunun şikayəti Sumqayıt şəhər Məhkəməsinə daxil olsa da, şikayət Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə ünvanlanmışdır. Bundan başqa Sumqayıt şəhər DYPŞ Yol patrul Xidmətinin xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 132.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Odur ki, Şərifzadə Nicat Məmməd oğlunun şikayəti icraata qəbul edilə bilməz. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İM : Şərifzadə Nicat Məmməd oğlunun barəsində olan Sumqayıt şəhər DYPŞ Yol patrul Xidmətinin xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında qərarından verdiyi şikayəti icraata qəbul edilməsin, şikayət və ona əlavə edilmiş sənədlər Şərifzadə Nicat Məmməd oğluna geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar