Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1711/2024 23.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, X1 Sumqayıt ŞPİ-nin X4 Şöbəsinin xx.xx.2024-cü il tarixli TP6598053 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə işin baxılmağa hazırlanması mərhələsində baxaraq, MÜƏYYƏNETDİ: X2 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt ŞPİ-nin X4 Şöbəsinin xx.xx.2024-cü il tarixli TP6598053 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə şikayətə baxmağa hazırlıq zamanı iş üzrə icraatı rədd edən halların mövcud olmasını müəyyən etmişdir. Belə ki, şikayət ərizəsinin qoşmasında inzibati tənbeh tətbiq etmə barədə qərarın surətinin əlavə edilməsi qeyd edilsə də, qərarın surəti şikayətə əlavə edilməmişdir. Şikayət məhkəməyə poçt vasitəsi ilə daxil olmuş və inzibati tənbeh tətbiq etmə barədə qərarın surətinin şikayətə əlavə edilməməsi barədə dəftərxana əməkdaşları tərəfindən müvafiq akt tərtib edilmişdir. Bununla da inzibati tənbeh tətbiq etmə barədə qərarın olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Nəzərə almaq lazımdır ki, şikayətin baxılmağa hazırlanma mərhələsində işin icraata qəbul edilib-edilməməsi məsələsi araşdırılaraq həll edilir. İndiki halda bu mərhələdə qərarın olub-olmamasını müəyyən etmədən işin icraata qəbul edilməsi mümkün deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; Həmin Məcəllənin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Beləliklə, məhkəmə hesab edir ki, inzibati tənbeh tətbiq etmə barədə qərarın mövcud olub-olmaması müəyyən edilmədiyi üçün şikayət geri qaytarılmalı, həmin tənbeh tətbiq etmə barədə qərarı əlavə etməklə şikayət etmək hüququnun olması şikayətçiyə izah edilməldir. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 Sumqayıt ŞPİ-nin X4 Şöbəsinin xx.xx.2024-cü il tarixli TP6598053 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət icraata qəbul edilmədən geri qaytarılsın. İnzibati tənbeh tətbiq etmə barədə qərarı əlavə etməklə şikayət etmək hüququnun olması şikayətçiyə izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1711/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1711/2024
23.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver