Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1712/2023 13.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis bölməsinin sahə rəisi, polis baş leytenantı Elsevər Ələkbərzadənin, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs - Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Abşeron rayonu, Saray qəsəbəsi, Təzə məhəllə ünvanında qeydiyyatda olan və ünvan 2n Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı protokol Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Sumqayıt Hospitalın qabağında Zərərçəkmiş şəxs nalayiq küçə söyüşləri ilə təhqir etmiş, İXM-nin 510-cu maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı Elsevər Ələkbərzadə bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Sumqayıt Hospitalın qabağında Zərərçəkmiş şəxs nalayiq küçə söyüşləri ilə təhqir etmiş, İXM-nin 510-cu maddəsinin tələblərini pozmuşdur. Qeyd olunan faktla bağlı Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 8 ildirdi ki, taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə özünə məxsus olan Hyundai Elantra markalı **-CC-*** d.q.n.n-lı avtomaşınla Bolt taksi xidmətində işləyərkən Sumqayıt şəhəri 13-cü mikrorayon ünvanından qəbul etdiyi sifarişi, yəni X1 Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində yerləşən Sumqayıt Hospitala apararkən xanım maşında getdikləri yol boyu telefonla danışaraq əsəbi halda olmuşdur. Hospitalın yanına çatan zaman o, xanıma ünvana çatdıqlarını bildirmiş, lakin xanım ona ünvanın giriş qapısına sürməyi bildirmişdir. Binanın ətrafından firlanaraq giriş hissəyə gələrkən yolda ona bəs nə üçün mikrorayona girərkən yolun burdan olmasını ona demədiyini bildirmiş, xanım isə ona aqressiv cavab verərək “sürücü sizsiz, siz bilməlisiz” demişdir. Sonra 2 manat pulu qabaq tərəfə ataraq maşından düşmək istəyəndə o, pulu niyə üstünə atdığını deyib ədəbsizlik etməməyi ona bildirmiş, özü onun bu hərəkətindən əsəbləşmiş, düşərkən qapını çırpmamağı xahiş etmiş, lakin xanım maşından düşərkən qapını çırpmış və bu zaman o da əsəbləşdiyindən aralarında mübahisə yaranmışdır. O, xanıma qarşı söyüş söyməmiş, öz-özünə qarşı deyinmişdir. O, deyinən zaman xanım maşında olmamış, eşidib-eşitməməsindən xəbəri yoxdur. Əməlindən peşmandır. Himayəsində azyaşlı övladları vardır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdə oğlu onun üçün Bolt taksi xidmətindən Sumqayıt Hospitala taksi sifariş etmiş, sürücü ünvana çatdıqlarını bildirdikdə o, giriş qapısına sürməyini bildirmiş, sürücü də ona bunu qabaqcadan niyə demədiyini dedikdə o, “sürücü sizsiz, mən yolu tanımıram” deyə bildirmişdir. Avtomobildən düşərkən 2 manat pulu qabaq oturacağa qoymuş, sürücü də həmin pulu onun arxasıyca ataraq “düş, cəhənnəm ol” deyə bildirmiş, o da sürücüyə tərbiyəsizlik etdiyini bildirdikdə sürücü ona qarşı nalayiq ifadələr işlətmişdir. İnzibati xətanı törətmiş şəxsin himayəsində azyaşlı övladlarının olmasına görə onu bağışlayır. Şikayət və tələbi yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Beləliklə, Məhkəmə işin hallarını iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, Şəxs tərəfindən ictimai qaydanın pozulması özünün qismən, zərərçəkmiş şəxsin ifadəsi və işdə olan digər sənədlərlə təsdiqini tapır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 12 iyul 2023-cü il tarixdə saat 19:00-da inzibati qaydada tutulmuş, 13 iyul 2023-cü il tarixdə saat 15:00-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını alma məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini, inzibati qaydada tutulmasını, zərərçəkmiş şəxsin şikayətinin olmamasını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib inzibati qaydada tutulduğu 01 (bir) gün müddət İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən nəzərə alınaraq 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1712/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1712/2023
13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver