Məhkəmə qərarları › İş №3(060)-1713/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1713/2020

14.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1713/2020 14.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – Sumqayıt X5 4-cü Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs- X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Məhərrəmov Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Ermənistan Respublikasının Qafan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 130\33, m. 13-də qeydiyatda olan və yaşayan Məhərrəmov Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt X5 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məhərrəmov Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Məhərrəmov Şəxs xx.xx.2020-ci il tarixdə, gecə saatlarında Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində “Mitsubihsi Pajero” markalı markalı maşından oğurluq etmişdir. Nəticədə Məhərrəmov Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt X5 4-cü Polis Bölməsi tərəfindən Məhərrəmov Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Protokol tərtib etmiş Sumqayıt X5 əməkdaşı Sumqayıt X5 4-cü Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı X2 tərtib etdiyi protokollara uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məhərrəmov Şəxs inzibati xətaların törədilməsində özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2020-ci il tarixdə, gecə saatlarında Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində “Mitsubihsi Pajero” markalı markalı maşından oğurluq etmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı gələcəkdə ödəyəcəkdir. Əməlindən peşmandır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 ifadəsində göstərdi ki, ona dəymiş ziyanın ödənilməsini tələb edir, ziyanın ödəniləcəyi halda da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən şikayətçidir. Zərərçəkmiş şəxs X6 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Məhərrəmov Şəxs şikayətçidir. Onun barəsində tədbir görülməsini xahiş edir. İş materiallarında olan “Cinayət təqibinin başlanmasının rədd edilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, X4 məxsus avtomobildən istifadə olunmuş alışqanın, qələmin, ətirin, kitabçanın və arxa oturacaqların üzərində olan qadın-kişi iç geyim paltarlarını oğurlayaraq sonuncuya 90 manat ziyan vuran naməlum şəxsin müəyyən edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi üçün tədbirlərin davam etdirilməsi məqsədi ilə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə göndərilmişdir. İş materiallarında olan İnzibati qaydada tutma haqqında 1195 saylı, xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Məhərrəmov Şəxs xx.xx.2020-ci il tarixdə inzibati qaydada tutulmuş, xx.xx.2020-ci il tarixdə azad edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokolu tərtib etmiş şəxsləri dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Məhərrəmov Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə ŞəxsMəhərrəmovun əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirilən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq məhkəmə hesab edir ki, Məhərrəmov Şəxs barəsində inzibati tənbeh növü həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Məhərrəmov Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Məhərrəmov Şəxs inzibati qaydada tutulduğu 2 (iki) gün ona təyin edilmiş inzibati tənbeh tədbirindən çıxılsın və Məhərrəmov Şəxs qəti olaraq 18 (on səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il, saat 12:50-dən hesablansın. Qərarın icrası X8 İdarəsinə həvalə edilsin. Zərərçəkmiş şəxs X4 dəymiş ziyan -90 (doxsan) manat pul Məhərrəmov Şəxs alınıb zərərçəkmiş şəxs X4 verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar