Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1714/2023 14.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin nümayəndəsi - Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, 2 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2023-cü il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 05:00 radələrində Sumqayıt ŞPİnin 4-cü PB-nin inzibati binasında PB-nin iş rejimini pozaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin nümayəndəsi-Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı Nümayəndə tərtib edilmiş protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 03 radələrində dostları Elmir, Aqşin və Vüqar ilə birlikdə Aqşinə məxsus olan maşınla Sülh küçəsində hərəkət edərkən polislər onları saxlamışlar. Maşının maqnitofonuna yüksək səs verildiyini bildirib onları polis bölməsinə gətirmişlər. Maşını idarə edən Vüqar barəsində raport yazılmışdır. Bu səbəbdən onlar bölməyə yaxınlaşıb öz iradlarını bildirdikdə polislərlə aralarında mübahisə olmuşdur. Etdiyi əməldən peşmandır, bir daha belə əməllərə yol verməyəcəkdir, 2 azyaşlı uşağı vardır, barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin məsul növbətçisi, polis kapitanı Şahid tərtib etdiyi raporta uyğun izahat verərək bildirdi ki, xx.xx.2023cü il tarixdə saat 04:30 radələrində Sumqayıt ŞPİ-nin PPXT-nın əməkdaşları Nərimanov küçəsində “Chevrolet Cruze” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlayaraq sürücü məişət səs-küyü saldığı üçün 4-cü PB-nə gətirmişlər. Həmin avtomobili sürən Qubadlı rayon, Bəxtiyarlı kəndində qeydiyyatda olan X2 barəsində raport yazmışlar və sahə rəisi X1 barəsində protokol tərtib edərkən avtomobildə olan 3 nəfər şəxs 4-cü PB-nin inzibati binasının həyətində və növbətçi hissənin qarşısında iş rejimlərini pozaraq nalayiq söyüşlər söydüyü üçün tərəfindən həmin şəxslər nizam-intizama dəvət olunmuş, etdikləri hərəkətlərə son qoyaraq PB-nin inzibati binasını tərk etməkləri xahiş olunsa da öz hərəkətlərini davam etdirərək onun və əməliyyat qrupunun digər üzvlərinin qanuni tələblərinə tabe olmamış, yenidən polisin ünvanına nalayiq söyüşlər söyərək ona və digər polis əməkdaşlarına hədə qorxu gəlmiş və barəsində araşdırma aparılan X2 buraxılmasını tələb etmişlər. O həmin 3 nəfər şəxsi nizam-intizama dəvət etsə də, həmin şəxslər onun qanuni tələblərinə məhəl qoymayaraq PB-nin inzibati binasında səs-küy salıb yenidən iş rejimini pozmuşdurlar. İş materiallarında olan Sərxoşluq hallarının tibbi müayinəsinin xx.xx.2023-cü il tarixli, A/1206 saylı protokoldan görünür ki, Şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyəti olmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsi dinləyib və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxsnun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxsnun məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olması və 2 azyaşlı uşağının olması müəyyən edilmişdir. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 70 (yetmiş) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-1714/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1714/2023
14.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver