Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1715/2021 08.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X2 iştirakı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göyçay rayonu Yol Patrul Xidməti inspektoru, polis kiçik serjantı X5 tərəfindən qəbul edilmiş 29 may 2020-ci il tarixli, TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X2 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X3 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göyçay rayonu Yol Patrul Xidməti inspektoru, polis kiçik serjantı X5 tərəfindən qəbul edilmiş 29 may 2020-ci il tarixli, TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X3 şikayəti onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göyçay rayonu Yol Patrul Xidməti inspektoru, polis kiçik serjantı X5 tərəfindən qəbul edilmiş 29 may 2020-ci il tarixli, TP № ******* saylı qərara əsasən Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə olunmuşdur. Bu qərar aşağıda göstərilənlərə əsasən əsassızıdır və buna görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göyçay rayonu Yol Patrul Xidməti inspektoru, polis kiçik serjantı X5 tərəfindən barəsində 29.05.2020-ci il tarixli, TP ******* saylı qərar qəbul edilmiş və Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən inzibati qaydada 400 (dörd yüz) manat inzibati cərimə edilmişdir. O, 29.05.2020-ci ildə qərar qəbul edilərkən avtomaşını sərxoş halda idarə etməmişdir. Bu barədə qərarı tərtib edən Göyçay rayonu Yol Patrul Xidməti inspektoru, polis kiçik serjantı X4 da məlumat vermişdir. Lakin qərarı tərtib edən polis kiçik X1 onun bildirdiklərini nəzərə almamışdır. Həmçinin nəzərə almaq lazımdır ki, TP ******* saylı qərarda qeyd olunmuşdur ki, inzibati xəta hadisəsi 31.12.2019cu ildə baş vermişdir. Həmin iş üzrə qərar 5 ay sonra yəni, 29.05.2020-ci ildə tərtib edilmişdir. O, qərarla razı deyildir. Ona görə də, Göyçay rayonu Yol Patrul Xidməti İnspektoru, Polis kiçik X1 tərəfindən tərtib edilmiş 29.05.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göyçay rayonu Yol Patrul Xidmətinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə, məhkəmə iclasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göyçay rayonu Yol Patrul Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 111.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Azərbaycan Respublikası İXM-nin 111.2-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının vəsatəti və ya əlavə müəyyən edilməli hallar olarsa, işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) özünün əsaslandırılmış qərardadı ilə işin baxılmasını bir ayadək müddətə uzadır. Azərbaycan Respublikası İXM-nin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşma çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 1 mart 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İş materiallarında olan 29.05.2020-ci il tarixli qərardan görünür ki, 31.12.2019-cu il tarixli protokola əsasən X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib 400 manat məbləğində inzibati cərimə olunmuşdur. Beləliklə, inzibati xəta haqqında protokol 31.12.2019-cu il tarixdə tərtib edilməsinə baxmayaraq inzibati xəta haqqında qərar 05 ay sonra, yəni 29.05.2020-ci il tarixdə qəbul edilmişdir. Bununla da, Azərbaycan Respublikası İXM-nin 111.1 və 111.2-ci maddəsinin tələbləri pozulmuş və eyni zamanda X2 inzibati xəta hadisəsini törətməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyindən barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X2 şikayəti təmin olunmalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göyçay rayonu Yol Patrul Xidməti inspektoru, polis kiçik serjantı X5 tərəfindən qəbul edilmiş 29 may 2020-ci il tarixli, TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsi ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göyçay rayonu Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş 29 may 2020-ci il tarixli, TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı İXM-nin 134.1.3-cü və 53.1.2-ci maddələrinə əsasən ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə verilə bilər. Hakim Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №3(060)-1715/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1715/2021
08.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver