Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1716/2023 14.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı Sərdar Məmmədovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.2003-cü ildə Sumqayıt şəh., anadan olmuş, AR vətəndaşı, subay, orta təhsilli, Qubadlı ray., Çardaqlı ərazi dairəsi, Əyin kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəh., 41-ci mkr, yat-1, 107 saylı otaqda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 05:00 radələrində Sumqayıt ŞPİ 4-cü PB-nin inzibati binasının həyətində səs-küy salaraq bölmənin iş rejimini pozması səbəbi ilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nin sahə rəisi, polis kapitanı Sərdar Məmmədov məhkəmə iclasında tərtib etdiyi protokola uyğun izahat vermiş, eyni zamanda bildirmişdir ki, yaxınlıqda yaşayan bina sakini yaranmış səs-küyə iradını bildirmişdir. Bu səbəbdən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat təxminən 03:00 radələrində dostları Aqşin, Vüqar və Rəfiqə ilə birlikdə Aqşinə məxsus nəqliyyat vasitəsində Sumqayıt şəhəri, Sülh küçəsi ərazisində hərəkət edən zaman maqnitafona yüksək səs verdikləri üçün polis əməkdaşları onlara yaxınlaşıb polis bölməsinə dəvət etmişlər. Polis əməkdaşları avtomobili idarə edən dostu Aqşini polis bölməsinə aparmış, bu səbəbdən o və digər dostları Aqşinə dəstək olmaq üçün polis bölməsinə getmişlər. İnzibati binanın həyətində dostlarının azad edilməsi üçün ucadan qışqırmış, ünvansız nalayiq ifadələr işlətmişdir. Hadisə tam olaraq bölmənin həyətinə girişin qarşısında baş vermişdir. Həmin vaxt sərxoş halda olduğu üçün baş verənlər tam olaraq yadında qalmamışdır. Ətrafda yaşayan sakinlər, o cümlədən həmin vaxt həmin ərazidən keçən şəxlər onun işlətdiyi nalayiq ifadələri eşidə biləcəyini ehtimal edir. Lakin hadisə zamanı oradan kiminsə keçib-keçməməsini tam olaraq xatırlamır. Hadisə 13 iyul 2023-cü il tarixdə səhər saatlarında baş vermiş, təxminən 1 saat sonra o evə getmiş, həmin gün 18:00 radələrində yenidən bölməyə dəvət olunmuş və bu gün yəni 14 iyul 2023-cü il tarixdə barəsində protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Əməlindən peşmandır, təqsirini etiraf edir. Eyni zamanda bildirir ki, hərbi xidmətdən yeni qayıtmışdır. Hərbi xidmətdə olarkən erməni hərbiçiləri tərəfindən törədilmiş ayrı-ayrı təxribatların qarşısının alınmasında iştirak etmişdir. Odur ki, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Şahid bildirdi ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-də növbətçi vəzifəsində çalışır, rütbəsi polis kapitanıdır. Bildirir ki, xx.xx.2023-cü il tarixdə saat 04:30 radələrində Sumqayıt ŞPİ-nin PPXT-nın əməkdaşları Nərimanov küçəsində "Chevrolet Cruze" markalı **- PF-*** dqnm avtomaşını saxlayaraq sürücünü məişət səs küyü saldığı üçün 4-cü PB-nə gətirmişlər. Həmin avtomobili sürən Qubadlı rayon Bəxtiyarlı kəndində qeydiyyatda olan X1 barəsində raport yazmış və sahə rəisi X2 Abbasov barəsində protokol tərtib edərkən avtomobildə olan digər üç nəfər şəxs 4-cü PB-nin inzibati binasının həyətində və növbətçi hissənin qarşısında iş rejimini pozaraq nalayiq söyüşlər söydükləri üçün tərəfindən həmin şəxslər nizam-intizama dəvət olunmuş, etdikləri hərəkətlərə son qoyaraq PB-nin inzibati binasını tərk etməkləri xahiş olunmuş, lakin həmin şəxlər öz hərəkətlərini davam etdirərək onun və əməliyyat qrupunun digər üzvlərinin qanuni tələblərinə tabe olmamış, yenidən polisin ünvanına nəlayiq söyüşlər söymüşlər. Bundan sonra həmin şəxs ona və digər polis əməkdaşlarına hədə qorxu gəlmiş və barəsində araşdırma aparılan vətəndaş Vüqar Abbasovun buraxılmasını tələb etmişlər. Həmin şəxslər nizam intizama dəvət edilsə də onlar polisin qanuni tələblərinə məhəl qoymayaraq PB-nin inzibati binasında səs-küy salıb yenidən iş rejimini pozmuşdurlar. İş materiallarında olan “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” üzrə 13 iyul 2023-cü il tarixli, 1204 saylı aktdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 06:15 dəqiqədə müayinə edilmiş, həmin vaxt o, yüngül dərəcəli alkoqol sərxoşluğunda olmuşdur. İş materiallarında əlavə edilmiş “İnzibati qaydada tutma haqqında protokoldan” görünür ki, Şəxs 13.7.2023-cü il tarixdə tutulmuş, xx.xx.23023-cü il tarixdə saat 09:00-da azad edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, şahidi və protokolu tərtib etmiş şəxsi, dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün səmimi etirafı və iş materiallarına əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, AR İXM-nin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İctimai qayda dedikdə: cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə habelə qüvvədə olan qanunvericilklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Məhz bu mövqedən çıxış edərək məhkəmə hesab edir ki, Elmir Mövlüdov xx.xx.2023cü il tarixdə saat 04:30 radələrində radələrində Sumqayıt ŞPİ 4-cü PB-nin inzibati binasının həyətində ünvansız küçə söyüşləri söyərək, səs-küy salaraq ətrafdakıların diqqətini özünə çəkmiş, hamı tərəfindən qəbul edilmiş insanlar arasında təşəkkül tapmış adət ənənələrə, əxlaq normalarına zidd olaraq ictmai qaydaları kobud surətdə pozmuşdur. Məhz bu zaman yaxınlıqda yaşayan bina sakini səs-küyə öz iradını bildirmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı Sərdar Məmmədovun ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İnzibati xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, xüsusən Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlindən peşman olmasını, davranışını, hərbi xidmətdən yeni qayıtmasını, erməni hərbiçiləri tərəfindən törədilmiş təxribatların qarşısının alınmasında iştirak etməsini, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən digər halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona məhz cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdəki tutma protokolundan görünür ki, Şəxs 13 iyul 2023-cü il tarixdə, saat 18:00-da tutulmuş, 14 iyul 2023-cü il tarixdə saat 09:00 dəqiqədə azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 (yüz) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən Şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB tərəfindən xx.xx.2023-cü il tarixdə saat 18:00-da tutularaq, xx.xx.2023-cü il tarixə, saat 09:00-a dək saxlanması nəzərə alınsın və onun üzərində 50 (əlli) manat cərimə tənbehi saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1716/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1716/2023
14.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver