Məhkəmə qərarları › İş №3(060)-1718/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1718/2022

24.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1718/2022 24.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili – X5, Zərərçəkmiş şəxs "xxxx" ASC-nin nümayəndəsi – X4 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 2-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Sumqayıt şəhər Məhkəməsinin icraatına Şəxs AR İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 24 iyun 2022-ci il tarixli MN seriyalı ******* saylı, 24 iyun 2022-ci il tarixli MN seriyalı ******* saylı, 24 iyun 2022-ci il tarixli MN seriyalı ******* saylı, 24 iyun 2022-ci il tarixli, MN seriyalı ******* saylı, 24 iyun 2022-ci il tarixli MN seriyalı ******* saylı, 24 iyun 2022-ci il tarixli MN seriyalı ******* saylı, 24 iyun 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsindən protokollar daxil olmuşdur. Ona görə ki, o xx.xx.2022-ci il tarixdə, gecə saatlarında X11 məxsus Sumqayıt şəhər, H.Zeynalabdin qəsəbəsi, 5-ci məhəllə ərazisində yerləşən bağ sahəsinin hasarına quraşdırılmış "xxxx" ASC-yə məxsus su sayğacını oğurlayaraq 90 manat maddi ziyan vurmuşdur. Bundan başqa 24 iyun 2022-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, o, xx.xx.2022-ci il tarixdə, gecə saatlarında X6 məxsus Sumqayıt şəhər, H.Zeynalabdin qəsəbəsi, Xəzri Y/M ərazisində yerləşən bağ sahəsinin hasarına quraşdırılmış "xxxx" ASC-yə məxsus su sayğacını və elektrik naqili oğurlayaraq, ümumilikdə təxminən 100 manata yaxın maddi ziyan vurmuşdur . Bundan başqa, 24 iyun 2022-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, o, xx.xx.2022-ci il tarixdə, gecə saatlarında X9 məxsus Sumqayıt şəhər, H.Zeynalabdin qəsəbəsi, Xəzri Y/M ərazisində yerləşən bağ sahəsinin hasarına quraşdırılmış "xxxx" ASC-yə məxsus su sayğacını oğurlayaraq 90 manat maddi ziyan vurmuşdur . Bundan başqa 24 iyun 2022-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, o, xx.xx.2022-ci il tarixdə gecə saatlarında X2 məxsus Sumqayıt şəhər, H.Zeynalabdin qəsəbəsi, Əkinçi küçəsi ərazisində yerləşən bağ sahəsinin hasarına quraşdırılmış "xxxx" ASC-yə məxsus su sayğacını oğurlayaraq 90 manat maddi ziyan vurmuşdur . Bundan başqa 24 iyun 2022-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə gecə saatlarında X7 məxsus Sumqayıt şəhər, H.Zeynalabdin qəsəbəsi, Əkinçi küçəsi ərazisində yerləşən bağ sahəsinin hasarına quraşdırılmış "xxxx" ASC-yə məxsus su sayğacını oğurlayaraq 90 manat maddi ziyan vurmuşdur . Bundan başqa 24 iyun 2022-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə X3 məxsus Sumqayıt şəhər, H.Zeynalabdin qəsəbəsi, Xəzri Y/M ərazisində yerləşən bağ sahəsinin hasarına quraşdırılmış "xxxx" ASC-yə məxsus su sayğacını oğurlayaraq 88,58 manat maddi ziyan vurmuşdur . Bundan başqa 24 iyun 2022ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə gecə saatlarında Sumqayıt şəhər, H.Zeynalabdin qəsəbəsi ərazisində yerləşən Azərikimya İBnin Etilen-Politelien zavoduna məxsus keçmiş kompressorları yolayrıcından Etilen- Politelien 12 saylı sahəsinə gedən dəmiryol xəttinin 7 metr hissəsini oğurlayaraq 91 manat maddi ziyan vurmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xətta haqqında 24 iyun 2022-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, gecə saatlarında X11 məxsus Sumqayıt şəhər, H.Zeynalabdin qəsəbəsi, 5-ci məhəllə ərazisində yerləşən bağ sahəsinin hasarına quraşdırılmış "xxxx" ASC-yə məxsus su sayğacını oğurlayaraq 90 manat maddi ziyan vurmuşdur. Bundan başqa 24 iyun 2022-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, gecə saatlarında X6 məxsus Sumqayıt şəhər, H.Zeynalabdin qəsəbəsi, Xəzri Y/M ərazisində yerləşən bağ sahəsinin hasarına quraşdırılmış "xxxx" ASC-yə məxsus su sayğacını və elektrik naqili oğurlayaraq, ümumilikdə təxminən 100 manat maddi ziyan vurmuşdur. Bundan başqa 24 iyun 2022-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, gecə saatlarında X9 məxsus Sumqayıt şəhər, H.Zeynalabdin qəsəbəsi, Xəzri Y/M ərazisində yerləşən bağ sahəsinin hasarına quraşdırılmış "xxxx" ASC-yə məxsus su sayğacını oğurlayaraq 90 manat maddi ziyan vurmuşdur . Bundan başqa 24 iyun 2022-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə gecə saatlarında X2 məxsus Sumqayıt şəhər, H.Zeynalabdin qəsəbəsi, Əkinçi küçəsi ərazisində yerləşən bağ sahəsinin hasarına quraşdırılmış "xxxx" ASC-yə məxsus su sayğacını oğurlayaraq 90 manat maddi ziyan vurmuşdur . Bundan başqa 24 iyun 2022-ci il tarixli, ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə gecə saatlarında X7 məxsus Sumqayıt şəhər, H.Zeynalabdin qəsəbəsi, Əkinçi küçəsi ərazisində yerləşən bağ sahəsinin hasarına quraşdırılmış "xxxx" ASC-yə məxsus su sayğacını oğurlayaraq 90 manat maddi ziyan vurmuşdur . Bundan başqa 24 iyun 2022-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə X3 məxsus Sumqayıt şəhər, H.Zeynalabdin qəsəbəsi, Xəzri Y/M ərazisində yerləşən bağ sahəsinin hasarına quraşdırılmış "xxxx" ASC-yə məxsus su sayğacını oğurlayaraq 88,58 manat maddi ziyan vurmuşdur . Bundan başqa 24 iyun 2022-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə gecə saatlarında Sumqayıt şəhər, H.Zeynalabdin qəsəbəsi ərazisində yerləşən Azərikimya İB-nin Etilen-Politelien zavoduna məxsus keçmiş kompressorları yolayrıcından Etilen-Politelien 12 saylı sahəsinə gedən dəmiryol xəttinin 7 metr hissəsini oğurlayaraq 91 manat maddi ziyan vurmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, X8 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 24 iyun 2022-ci il tarixli MN seriyalı ******* saylı, 24 iyun 2022-ci il tarixli MN seriyalı ******* saylı, 24 iyun 2022-ci il tarixli MN seriyalı ******* saylı, 24 iyun 2022-ci il tarixli, MN seriyalı 1421910 Saylı, 24 iyun 2022-ci il tarixli, MN ******* saylı, 24 iyun 2022-ci il tarixli, MN ******* saylı , 24 iyun 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-1717/2022 saylı, 3(060)-1718/2022 saylı, 3(060)-1719/2022 saylı, 3(060)-1720/2022 saylı, 3(060)-1721/2022 saylı, 3(060)- 1722/2022 saylı, 3(060)-1723/2022 saylı işlər bir icraatda, yəni 3(060)-1717/2022 nömrə ilə birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: X8 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 24 iyun 2022-ci il tarixli MN seriyalı ******* saylı, 24 iyun 2022-ci il tarixli MN seriyalı ******* saylı, 24 iyun 2022-ci il tarixli MN seriyalı ******* saylı, 24 iyun 2022-ci il tarixli, MN seriyalı ******* saylı, 24 iyun 2022-ci il tarixli, MN ******* saylı, 24 iyun 2022-ci il tarixli, MN ******* saylı , 24 iyun 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-1717/2022 saylı, 3(060)-1718/2022 saylı, 3(060)-1719/2022 saylı, 3(060)-1720/2022 saylı, 3(060)- 1721/2022 saylı, 3(060)-1722/2022 saylı, 3(060)-1723/2022 saylı işlər bir icraatda, yəni 3(060)-1717/2022 nömrə ilə birləşdirilsin. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar