Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1726/2025 15.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi X1, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Ekologiya və Təbii Sərvətlə İdarəsindən daxil olmuş materiala baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Ekologiya və Təbii Sərvətlə İdarəsi tərəfindən ünvan 1 ünvanında olan "xxxx" ASC (VÖEN **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair müşayiət məktubu və ona əlavə edilmiş materiallar baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, daxil olmuş material natamamdır, ona görə də material Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Ekologiya və Təbii Sərvətlə İdarəsinə geri qaytarılmalıdır. Belə ki, materiala "xxxx" ASC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əlavə edilməmiş, yalnız müşayiət məktubu və ona əlavə edilmiş sənədlər məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol olmadığı təqdirdə məhkəmə tərəfindən işə mahiyyəti üzrə baxılması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı mddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Ekologiya və Təbii Sərvətlə İdarəsi tərəfindən "xxxx" ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiallar natamam olduğundan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, qərara aldım: "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair materiallar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Ekologiya və Təbii Sərvətlə İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-1726/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1726/2025
15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver