Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1727/2025 14.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Oruc Fəxrəddin oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs - Sumqayıt ŞPİ-nin 5-ci PB-nin sahə rəisi, polis mayoru Eldar Abdullayevin, Protokol tərtib etmiş şəxs – Sumqayıt ŞPİ-nin DYPŞ YPX inspektoru, polis serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1992-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Daşkəsən rayonu, Daşkəsən qəsəbə Ərazi Dairəsi, Quşçu körpüsü qəsəbəsi ünvanında qeydiyyatda olan, ünvan 2ı fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi və X7 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Sumqayıt şəhər Məhkəməsinə Sumqayıt ŞPİ-nin 5-ci X2 Qalib Aydın oğlu barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətaya dair MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokol daxil olmuşdur. Protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, Sülh küçəsi ərazisində polisin qanuni tələblərinə məhəl qoymamışdır. Bundan başqa Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X6 tərəfindən Şəxs barəsində İXM-nin 511.1.3-cü maddəsi ilə inzibati xətaya dair İXP ******* saylı, xx.xx.2025ci il tarixli protokol daxil olmuşdur. Protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 13:15 radələrində sürücü Şəxs “VAZ 21102 minik” markalı **-HL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərləri yolun səthi ilə sürtülməsi səsləri çıxarılmaqla avtoxuliqanlıq etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 5-ci PB-nin sahə rəisi, polis mayoru Eldar Abdullayev bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 13:00 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində Şəxs etibarnamə ilə idarə etdiyi “VAZ 21102 minik” markalı avtomobillə hərəkətdə olan zaman işıqforun qırmızı işığından keçmiş, YPX əməşdaşları “saxla” əmri vermiş, tabesizlik göstərərək avtomobili idarə edib getmişdir. Sonradan iki işıqforun qadağanedici siqnalında keçmiş, sonra PPX əməkdaşları köməyə gəlmiş və şəxsi saxlamışlar. Polisin qanuni tələbinə tabe olmadığına görə barəsində İXM-nin 535.1-ci maddəsi ilə tərəfindən protokol tərtib edilmişdir. Odur ki, qanunauyğun qərar qəbul edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ DYPŞ YPX inspektoru, polis serjantı X3 bildirdi ki, sürücü Sülh-Heydər Əliyev küçələrinin kəsişməsində qırmızı işıqda hərəkətini davam etdirmiş, “saxla” əmri versələr də sürücü saxlamamış, əl işarələri etmişdir. Daha sonra sürücü Sülh-Koroğlu küçələrinin kəsişməsində tıxaca düşdüyündən məcburi saxlamış, sürücüyə yaxınlaşmışlar. Sürücü ümumiyyətlə danışmamış, onun valideyni bildirmişdir ki, xəstəsi vardır və bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişlər. Xəstənin hazırda avtomobildə olmadığını bildirmişlər. O da sürücüyə yolun sağ tərəfində saxlamasını, məruzə edəcəklərini, zəruri olduqda onu lazımi yerə aparacaqlarını demişdir. Lakin sürücü saxlamamış, məhkəmənin qarşısındakı işıqforda qırmızı işığa düşmüş, o, məcburi əlini avtomobilin içərisinə salıb açarı çıxarmaq istəyərkən yerini tapa bilməmiş, məcburi olaraq avtomobilin qarşısında dayanmışdır ki, sürücü çıxıb getməsin. Buna baxmayaraq sürücü yavaş yavaş avtomobili qabağa vermiş, o da məcbur qalıb sağa çəkilmişdir. O, sağa çəkilən kimi sürücü avtomobilin təkərini yerin səthinə sürtərək səs çıxararaq sağ ayağının üzərindən keçərək tabesizlik göstərmiş və yoluna davam etmişdir. Onlar artıq avtomobilə əyləşib onu təqib edən zaman avtomobil nasazlamış və əyləc sistemi yaxşı işləmədiyindən Sumqayıt şəhərinin çıxacağında sürücü hadisə törətmişdir. Odur ki, qanunauyğun qərar qəbul edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmədə verdiyi izahatında barəsində protokol tərtib olunmuş şəxs Şəxs bildirdi ki, hadisə qeyd edildiyi kimi olmuşdur. Uşaq xəstə olmuş, DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş, avtomobilin nömrəsini demiş və avtomobili qeydiyyata almışlar ki, sürə bilərsiz. O, yol polisinin yanında qırmızı işıqdan keçdikdə yol polisi onu saxlamaq istəmiş, o, əli ilə işarə etmiş, lakin ona saxlamasını bildirmişlər. O da avtomobili saxlamayaraq sürüb getmişdir. Uşağına görə bu hadisəni törətmişdir. Məhkəmədən nəzərə alınmasını xahiş etdi. Müdafiəçi Vəkil inzibati xətanı törətmiş şəxsin barəsində yüngül tənbeh tətbiq edilməsini Məhkəmədən xahiş etdi. İş materiallarında olan videogörüntüdən görünür ki, YPX əməkdaşı işıqforda sürücüyə yaxınlaşmış, yol polis əməkdaşı xidməti fəaliyyətini həyata keçirən zaman sürücü avtomobillə ərazidən qaçmağa çalışmış və idarəetməni itirərək yolun kənarına çırpılmış, onu yalnız iradəsinə zidd olaraq saxlamaq mümkün olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq, inzibati xəta törətmiş şəxsin, inzibati protokol tərtib etmiş şəxsin izahatlarını, müdafiəçinin çıxışını dinləyərək və iş üzrə toplanmış sübutlara və işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 511.1.3 və 535.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs yol polis əməkdaşlarının qanuni tələbinə riayət etməyərək tabesizlik göstərmiş və tabesizlik nəticəsində yol nəqliyyat hadisəsi törədərək digər hərəkət iştirakçılarının da həyat və sağlamlığı üçün təhlükə yaratmışdır. Bununla da Şəxs polisin qanuni tələbinə tabe olmayaraq qanun pozuntusu törətmişdir və onun hərəkətlərində İXM-nin 511.1.3 və 535.1ci maddəsinin tərkibi olduğu təsdiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 11-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyəti ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır. Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini və işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 535.1-ci maddələri ilə təqsiri sübuta yetirilsə də, sanksiyası daha ağır hesab edilən İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə ona nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 14 iyul 2025-ci il tarixən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 535.1-ci maddələrini rəhbər tutatarq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 535.1-ci maddələri ilə təqsirli bilinərək o, həmin Məcəllənin 34.3-cü maddəsinə uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs olunsun. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. 02 ədəd disk iş materiallarında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-1727/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1727/2025
14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver