Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1729/2020 15.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, X3 İdarəsinin 1-ci Polis bölməsinin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə Ağsu rayonunun Bico kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Qaradağ rayonu, Şubanı hərbi şəhərciyi, ev 15, mənzil 4-də qeydiyyatda olan və Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 19, mənzil 64-də yaşayan (FİN-xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X3 İdarəsinin 1-ci Polis bölməsinin sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* №-li protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisindəki sahibi olduğu Region 13 çay evində karantin qaydalarını pozmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında X3 İdarəsinin 1-ci Polis bölməsinin sahə rəisi, polis kapitanı X2 tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisindəki sahibi olduğu "Region 13" çay evində karantin qaydalarını pozmuş, qəlyan avadanlıqlarından istifadəyə yol vermişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsŞəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Region 13 adlı kafenin sahibidir. xx.xx.2020-ci il tarixdə saat təxminən 20:40 radələrində xüsusi karantin qaydalarını pozduğu üçün polis əməkdaşları işlətdiyi kafeyə daxil olub kafenin daxilində kütləvi şəkildə insanların oturduğunu və bir şəxsin qəlyan çəkdiyini görüb onları birinci polis bölməsinə dəvət etmişlər. Etdiyi əməldən peşmandır. Səmimi peşmanlığını nəzərə alaraq icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan, Sumqayıt ŞPİ-nin İTŞ-nin rəisi, polis polkovnik leytenantı Nizami Paşayevin xx xxxxxxxx 2020-ci il tarixli raportundan görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 19, mənzil 64-də yaşayan, xx.xx.2000-ci il təvəllüdlü Şəxs icarə əsasında işlətdiyi 13-cü mikrorayon ərazisində yerləşən 34 saylı tam orta məktəbin yaxınlığındakı "Region 13" adlı çay evində qəlyan aparatından istifadə olunması aşkar edilmiş, Şəxs da bunu etiraf etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib etmiş şəxsi dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Şəxs tərəfindən karantin rejiminin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı, məhkəmə onun etdiyi əməldə peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə qeyd olunanları, törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində ilə təqsirli bilinib 400 (dörd yüz) manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-1729/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1729/2020
15.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver