Məhkəmə qərarları › İş №3(060)-173/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-173/2025

16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-173/2025 16.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi “Şimal” Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, xx.xx.1974-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və deməsinə görə Bakı şəhəri, Qaradağ rayonu, Şıxov qəsəbəsində kirayədə yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 16 yanvar 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)-9260/2016 saylı, xx.xx.2023-cü il tarixli, 2(060)-6013/2023 saylı və xx.xx.2024-cü il tarixli 2(060)-1864/2024 saylı icra sənədlərini üzrsüz səbəbdən icra etməmiş, nəticədə icra sənədi üzrə ümumilikdə 3.061 manat məbləğində borcu ödəməmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)-9260/2016 saylı icra sənədinə əsasən Şəxs 1.890 manat məbləğində vəsaiti alınaraq X1 verilməlidir. Qeyd edilən icra sənədi üzrə xx.xx.2017-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş borcluya rəsmi qaydada verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-6013/2023 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 1300 manat məbləğində borc və ödənilmiş 35 manat dövlət rüsumu tutularaq iddiaçı X4 verilməlidir. Qeyd edilən icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş borcluya rəsmi qaydada verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1864/2024 saylı icra sənədinə əsasən cavabdeh X12 oğlundan ümumilikdə 446 manat məbləğində borc və 30 manat dövlət rüsumu, cəmi 476 manat məbləğində pul alınaraq "xxxx" MMC-nə ödənilməlidir. Qeyd edilən icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş borcluya rəsmi qaydada verilmişdir. Borclu barəsində üç icra sənədi mövcuddur və həmin icra sənədləri bir icraatda birləşdirilmişdir. Borclu yalnız Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)-9260/2016 saylı icra sənədi üzrə qismən ödəniş etmişdir. Belə ki, həmin icra sənədi üzrə 640 manat ödəniş etmiş, 1250 manat borc isə ödənilməmişdir. Digər icra sənədləri üzrə isə heç bir ödəniş etməmişdir. Bundan əlavə borclu icra idarəsinə gəlməkdən yayyınmış və onun icra idarəsində iştirakı yalnız axtarış qərarları əsasında mümkün olmuşdur. Borclu əvvəllər icra idarəsinə axtarış qərarı əsasında gətirilmiş və o yazılı qaydada iltizam vermişdir ki, icradan yayınmayacaq. Lakin, yenidən icradan yayındığı, yaşadığı ünvanı dəyişdiyi və yeni yaşadığı yer barədə məlumat vermədiyi üçün barəsində yenidən axtarış qərarı qəbul edilmişdir. Hazırda da axtarış qərarı əsasında icra idarəsinə gətirilmişdir. Borclu maddi vəzəyyitinin pis olmasını qeyd edərək heç bir ödəniş etmir. Borclunun adına hər hansı əmlak aşkar edilməmiş və ya gəliri müəyyən edilməmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)- 9260/2016 saylı icra sənədi üzrə borcun əslində ona heç bir aidiyyəti yoxdur. Həmin borc qaynına məxsusdur və bildiyi qədər qaynı ödənişlər edir. Digər icra sənədləri üzrə isə maddi vəziyyəti pis olduğu üçün heç bir ödəniş edə bilməmişdir. Himayəsində onkoloji xəstə anası olduğu üçün hazırda da ödəniş edə bilmir. Lakin, bundan sonra ödənişlər edəcəyinə söz verir. Göstərilən halların nəzərə alınmasını və ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6bildirmişdir ki, Şəxs ona 1300 manat borcu var. Borclu indiyə kimi heç bir ödəniş etməmiş və ya ödənişin edilməsinə cəhd etməmişdir. Borclu ödəniş etməmək üçün həmişə onlardan yayınmışdır. O borcun tam ödənilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Şimal Vəkil Bürosunun vəkili X9 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınmır. Ödənişin olmaması onun iradəsindən asılı olmayan səbəbdən, yəni maddi vəziyyətinin pis olması ilə bağlı olmuşdur. Göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan oğlu Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)-9260/2016 saylı icra sənədindən görünür ki, Şəxs 1890 manat məbləğində vəsaiti alınaraq X1 verilməlidir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)-9260/2016 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan oğlu Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6013/2023 saylı icra sənədindən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixli müqavilə üzrə yaranmış 1300 manat məbləğində borc və ödənilmiş 35 manat dövlət rüsumu tutularaq iddiaçı X4 verilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6013/2023 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan oğlu Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1864/2024 saylı icra sənədindən görünür ki, cavabdeh X12 oğlundan ümumilikdə 446 manat məbləğində borc və 30 manat dövlət rüsumu, cəmi 476 manat məbləğində pul alınaraq "xxxx" MMC-nəödənilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1864/2024 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında bildirşlərdən görünür ki, icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü icra etməsi Şəxs təklif edilmiş, əks halda məsuliyyət daşıması barədə ona xəbərdarlıq edilmişdir. Bildirişin üzərində olan qeydlərə əsasən Şəxs həmin bildirişi və digər icra sənədlərini rəsmi qaydada almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, borclu barəsində həmin tarixdə axtarış elan olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, borclu barəsində həmin tarixdə axtarış elan olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)-9260/2016 saylı icra sənədinə əsasən Şəxs 1.890 manat məbləğində vəsaiti alınaraq X1 verilməlidir. Qeyd edilən icra sənədi üzrə xx.xx.2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş borcluya rəsmi qaydada verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-6013/2023 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 1300 manat məbləğində borc və ödənilmiş 35 manat dövlət rüsumu tutularaq iddiaçı X4 verilməlidir. Qeyd edilən icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş borcluya rəsmi qaydada verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1864/2024 saylı icra sənədinə əsasən cavabdeh X12 oğlundan ümumilikdə 446 manat məbləğində borc və 30 manat dövlət rüsumu, cəmi 476 manat məbləğində pul alınaraq "xxxx" MMC-nə ödənilməlidir. Qeyd edilən icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş borcluya rəsmi qaydada verilmişdir. Borclu barəsində üç icra sənədi mövcuddur və həmin icra sənədləri bir icraatda birləşdirilmişdir. Borclu yalnız Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)-9260/2016 saylı icra sənədi üzrə qismən ödəniş etmişdir. Belə ki, həmin icra sənədi üzrə 640 manat ödəniş etmiş, 1250 manat borc isə ödənilməmişdir. Digər icra sənədləri üzrə isə heç bir ödəniş etməmişdir. Bundan əlavə borclu icra idarəsinə gəlməkdən yayyınmış və onun icra idarəsində iştirakı yalnız axtarış qərarları əsasında mümkün olmuşdur. Göründüyü kimi Şəxs barəsində olan üç icra sənədindən birincisi üzrə artıq səkkiz ildən artıq müddətdir ki, icraata başlama barədə qərar qəbul edilsə də həmin icra sənədi üzrə cəmi 640 manat ödəniş etmiş, 1250 manat borcu isə ödəməmişdir. Digər iki icra sənədi üzrə isə bir ilə yaxın müddətdir ki, icraata başalama barədə qərar qəbul edilsə də həmin icra sənədləri üzrə heç bir ödəniş edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni iki icra sənədi üzrə heç bir ödəniş etməməsi, üçüncü icra sənədi üzrə isə ödənişi tam etməməsi, həmçinin icra idarəsinə gəlməkdən yayınması icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 16 yanvar 2025-ci il tarixdən saat 17:30-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X5 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından “Şimal” Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 16 yanvar 2025-ci il tarixdən saat 17:30dan hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X9 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Şimal Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar