Məhkəmə qərarları › İş №3(060)-1731/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1731/2023

17.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1731/2023 17.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs – Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıl dərə bağları, 1-ci məhəllə, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li və MN ******* №li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:30-da yaşadığı Yaşıldərə bağ evində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs döymüşdür. Bundan başqa o, xx.xx.2023-cü tarixdə saat 01:00 radələrində birgə yaşadığı Yaşıldərə bağ evində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılmaq üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X6 izahatında göstərdi ki, Sumqayıt şəhəri 5-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X8 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11 iyul 2023-cü il tarixli qərar qəbul edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün 5-ci PB-nə təqdim edilmişdir. Belə ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:30-da yaşadığı Yaşıldərə bağ evində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs döymüşdür. Bundan başqa Sumqayıt şəhəri 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 iyul 2023-cü il tarixli qərar qəbul edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. Belə ki, Şəxs xx.xx.2023-cü tarixdə saat 01:00 radələrində birgə yaşadığı Yaşıldərə bağ evində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Buna görə də qeyd olunan faktla əlaqədar vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur inzibati xətaya dair iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşıdır. Ayrılsalar da birlikdə yaşayırlar. Hər iki inzibati protokol üzrə özünü təqsirli bilir. Belə ki, Kəmalə ona iş qurmaq istədiyini demiş, o da razılaşaraq ona kömək edəcəyini bildirmişdir. Onun köməkliyi ilə Kəmalə “Faberlic” şirkətində iş qurmuşdur. Lakin bir müddət keçməsinə baxmayaraq heç bir qazancı olmamışdır. Kəmalə ancaq işə gedib oradan da “Faberlic” mağazasına gedir. Bir gün qızı ona anasının “WhatsApp” sosial şəbəkəsində taksi sürücüsü ilə yazışdığını, özünə vəkil tutduğunu demiş, o da bundan əsəbləşərək Kəmaləni vurmuşdur. Bu zaman qızı onun qarşısına keçdiyindən onu da vurmuşdur. Daha əvvəlki mübahisələri də Kəmalənin “Faberlic” şirkəti ilə işləməsi səbəbindən baş vermişdir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Vəkili Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs dedikləri yalandır. Elxan onun keçmiş həyat yoldaşıdır. Oğlu universitetdə, qızı isə onun işlədiyi məktəbdə oxuyur. Uşaqlarının yol xərcini o çəkir. “Faberlic” şirkətindən 670 manat maaş alır. Elxan ona “Faberlic”-dən çıxmasını bildirmiş, onun sözü ilə bir həftə işə getməmiş, həmin vaxt uşağının yol pulu olmadığı üçün universitetə gedə bilməmişdir. Uşqaları pullu universitetdə oxuyur, illik xərci onun tərəfindən ödənilir, Elxan isə uşaqlarına heç bir maddi yardım göstərmir. 26 iyun tarixində o, iş yoldaşları ilə birlikdə Quba rayonuna getmiş, kiçik qızı da onunla birlikdə olmuşdur. Evə qayıdan zaman Elxan onu və qızını evə buraxmamış, daha sonra onları evdə döymüşdür. Məhkəmədən Şəxs islah olunmasını, ondan uzaq durmasını xahiş edir. İnzibati işin materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən 13 iyul 2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilmiş və Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti aidiyyəti xidmət sahəsinə həvalə edilmişdir. İnzibati işin materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X8 tərəfindən 11 iyul 2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati təsir tədbirlərinin görülməsindən ötrü qərarın surəti 5-ci PB-nə təqdim edilmişdir. İnzibati işin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 1093 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində “üst dodğaın qançır-şişkinliyi, üst dodağın selikli qişasının səthi əzilmiş-cırılmış yarası, sol saidin, sol budun və sol bazunun qançırları” xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlərdən üst dodağın qançır-şişkinliyi, üst dodağın selikli qişasının səthi əzilmiş-cırılmış yarası, sol saidin, sol budun və sol bazunun qançırları müayinədən 1-2 gün əvvəl olmaqla qərarda göstərilən 10.07.23-cü il tarixdə, sol bazunun qançırı isə müayinədən 2-3 həftə əvvəl olmaqla qərarda göstərildən 26.06.23-cü il tarixdə bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, həm ümumilikdə,həmdə ayrı-ayrılıqda və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 22:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını alma məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində müəyyən edilmiş həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, iş materiallarından və məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, məişət zorakılğı mütəmadi olaraq təkrarlanmış, zərərçəkmiş şəxsin şikayətlərinə baxmayaraq inzibati xətanı törətmiş şəxs öz əməllərinə davam edərək yenidən öz əməli ilə zərərçəkmiş şəxsə sağlamlığa zərərvurmayan xəsarətlər yetirmişdir. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.2-ci maddəsinə əsasən cinayət təqibinin həyata keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş vəzifələrlə yanaşı, məişət zorakılığı barədə məlumat təsdiqləndikdən sonra məişət zorakılığının yaranmasına səbəb olan halları aşkar etmək və onların qarşısını almaq istiqamətində tədbirlər görməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Polisin saxlama və axtarış səlahiyyətinin icrası zamanı məcburetmə elementi, hətta sözügedən tədbirin müddəti qısa olsa belə, azadlıqdan məhrum edilməyə dəlalət edir (Krupko və başqaları Rusiyaya qarşı, Foka Türkiyəyə qarşı, Gillan və X2rşı, Şimovolos Rusiyaya qarşı, Breqa və başqaları Moldovaya qarşı). Hər hansı şəxsin əlinin qandallanmaması, həbsxana hücrəsinə salınmaması və ya başqa üsulla fiziki baxımdan məhdudlaşdırılmaması faktı azadlıqdan məhrum edilmə halının olub-olmadığının müəyyən edilməsi üçün həlledici amil deyil (M.A. Kiprə qarşı). Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib 30 (otuz) gün müddətinə inzibati qaydada həbs olunsun. Həbs etmənin əvvəli 16 iyul 2023-cü il tarixdən saat 22:00-dan hesablansın Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar