Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1731/2024 28.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyi Sənayedə X4 və X18 Agentliyi Sumqayıt regional sənayedə X4 və X18 müfəttişliyinin baş məsləhətçisi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyi Sənayedə X4 və X18 Agentliyinin nümayəndəsi X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1958-ci il tarixdə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “Qartal Tikinti Firması”nın direktoru, Sumqayıt şəhəri, Novxanı bağları 49/18 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyi Sənayedə X4 və X18 Agentliyi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyi Sənayedə X4 və X18 Agentliyi Sumqayıt regional sənayedə X4 və X18 müfəttişliyinin baş məsləhətçisi X2 bildirmişdir ki, Qartal Tikinti Firmasında plan üzrə növbəti yoxlama təyin edilmiş və buna görə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış əldə edilmişdir. Çıxarışa əsasən yoxlama xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixləri əhatə edir. Bununla bağlı xx.xx.2024-cü il tarixdə Sumqayıt regional sənayedə X4 və X18 müfəttişliyinin məsləhətçi müfəttişi X8 ilə birlikdə Qartal Tikinti Firmasının ofisinə gəlmişlər və yoxlama aparılacağını həmin firmanın direktoru Şəxs bildirmişlər. Şəxs onları ofisində qəbul edərək yoxlama aparmağa icazə verməyəcəyini və əraziyə buraxmayacağını bildirmişdir. Həmin vaxt ilk öncə Şəxs onları sakit qəbul etsə də, sonradan mübahisə həddinə qədər gəlmişdir. Bu səbəbdən onlar Qartal Tikinti Firmasının ofisini tərk edərək həmin firmanın balansında olan və yoxlama keçirilməli olan əraziyə gəlmişlər, ərazidə fotoşəkillər çəkmişlər və akt tərtib etmişlər. Daha sonra isə inzibati xəta haqqında protokol tərtib etmişlər. Göründüyü kimi Şəxs sahibkarlıq fəaliyyəti üçün istifadə olunan yerə baxış keçirilməsinə mane olmuşdur. Ona görə də Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyi Sənayedə X4 və X18 Agentliyinin nümayəndəsi X13 bildirmişdir ki, hazırda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirir ki, guya o sadəcə yoxlamanın aparılmasının əsassız olmasını qeyd etmiş, lakin yoxlama üçün gələn şəxslərin əraziyə baxış keçirmələrinə mane olmamışdır. Barəsində icaat aparıln şəxsin bu izahatı həqiqəti əks etdirmir. Belə ki, müəfəttişlər hələ Qartal Tikinti Firmasına getməmişdən öncə Məmmədov X9 X4 və X18 Agentliyinə yazılı şəkildə müraciət edərək müfəttişləri Qartal Tikinti Firmasına yoxlama üçün buraxmayacağını bildirmişdir. Həmin ərizənin surətini sübut kimi məhkəməyə təqdim edir. Həmçinin bildirmişdir ki, sahibkar hər hansı yoxlamadan və ya onun nəticələrindən narazı olduğu halda bunu ayrıca mübahisələndirə bilər. Lakin, bu hal yoxlamaya gələn müfəttişlərin əraziyə buraxılmaması üçün əsas deyil. Müfəttişlərin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi əraziyə buraxılmaması inzibati xətadır və buna görə də protokol tərtib edilmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Sənayedə X4 və X10 Agentliyinin Qartal Tikinti Firmasında 22 iyul 2024-cü il tarixindən 25 iyul 2024-cü il tarixinə qədər yoxlama aparması qərarı əsassızdır. Bu yoxlama ilə bağlı şikayət ərizəsi və yoxlamanın aparılması haqqında qərarın ləğv edilməsi barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X4 və X10 Agentliyinin rəisi Vüsal Ağayevə 201 saylı, 17 iyul 2024-cü il tarixli məktub göndərilmişdir. Yoxlamaya gələn müfəttişləri 23 iyul 2024-cü il tarixində Sumqayıt şəhəri 48-ci məhəllə, Koroğlu prospekti 278 ünvanında yerləşən baş ofisində qəbul etmiş və bildirmişdir ki, o bu barədə Fövqəladə Hallar Nazirliyinə və X10 Agentliyinə şikayət ünvanlamışdır. O, şikayət məktubların surətlərini müfəttişlərə verərək tövsiyyə etmişdir ki, tanış olsunlar yoxlamanı məktubuna cavab aldıqdan sonra başqa tarixdə keçirsinlər. "xxxx" demişdir. Qartal Tikinti Firmasının “Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə çıxarış”dan göründüyü kimi, reyestrdə onların yoxlamaq istədiyi təhlükə potensiallı obyektləri yoxdur. Reyestrdə cəmi bir obyekt vardır. Bu da Maye qaz (oksigen, arqon və propan balonlarda) daşıyan “Ford Transit” markalı avtonəqliyyat vasitəsidir (d.n.n. **-AB-***). Bu avtonəqliyyat vasitəsinin də “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnaməsi”nin müddəti 05 iyul 2024-cü il tarixində bitdiyi üçün, yenidən yoxlanaraq müddətinin uzadılması üçün 18 İyul 2024-ci il tarixli 204 saylı məktubla müraciət etmişdir. Nəqliyyat vasitəsi hazırda X10 Agentliyində yoxlama prosesindədir. Yəni, onların hətta bu maşını belə yoxlamağa səlahiyyəti yoxdur. Yoxlamanı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X4 və X10 Agentliyi Azərbaycan Dövlət Əməyin Mühafizəsi və X5- Tədqiqat İnstitutu aparmalıdır. X10 Agentliyi bu nəqliyyat vasitəsi üçün yoxlamanı bu İnstituta həvalə edib, müfəttişlərə deyil. O, müfəttişlərdən xahiş etmişdir ki, təhlükə potensiallı obyektlərin reyestrində olmayan və ümumiyyətlə təhlükə potensialı olan obyekti olmadığı halda nəyi yoxlayacaqlarını və hansı əsasla yoxlayacaqlarını izah etsinlər. Təbii ki, onlar bu suala cavab verə bilmədilər və hədə-qorxu gəlməyə başladılar. Yoxlayıcıların Qartal Tikinti Firmasına buraxılmasının və onlarla müzakirə aparılmasının sübutu olaraq, iş otağına daxil olan yoxlayıcıların fotoşəkili, yoxlayıcıların giriş və çıxışlarının video görüntüsü isə məhkəməyə təqdim edilmişdir. Yoxlayıcıların Qartal Tikinti Firmasına buraxılmaması barədə iddiaları əsassızdır və həqiqəti əks etdinnir. Onların bu yoxlamadan şikayət etməyi müfəttişlərdə ikrah hissi yaratdığını hiss etmiş, müfəttişlər onu dinləmədən və məktubların surətini götürmədən ofisdən çıxıb getmişlər. O, müfəttişlərə yoxlamanın keçirilməməsi barədə heç bir maneə və qadağa tətbiq etməmiş, sadəcə olaraq tələb etmiş ki, yoxlama qanunvericiliyin tələbləri çərçivəsində aparılmalıdır. Daha sonradan, 31 iyul 2024-cü il tarixində Sumqayıt şəhər Məhkəməsindən daxil olmuş bldirişlə ona məlum olmuş ki, yoxlayıcılar X3 və X8 onun iştirakı və məlumatı olmadan 23 iyul 2024-cü il tarixli, 24/355 saylı Akt və MN ******* saylı, 23 iyul 2024-cü il tarixli protokol tərtib edərək Sumqayıt şəhər Məhkəməsinə göndərmişlər. Həmin sənədlərə əsasən o guya müfəttişləri əraziyə buraxmamış, yoxlama kaçirmələrinə icazə verməmiş və firmaya buraxmamışdlr. Protokolda qeyd edilir ki, guya o protokolu imzalamaqdan imtina etmişdir. Heç kim protokolu imza üçün təqdim etməmiş və yaxud X10 Agentliyinin ofisində müzakirəyə dəvət olunmamışdır. O, bu barədə məhkəmə işində olan materialların surətini aldıqdan sonra məlumatlı olmuşdur. Göründüyü kimi yoxlayıcıların buraxılmaması faktı sübuta yetirilmir. Onların bu protokolu tərtib etməkdə məqsədləri yuxarı orqanlara şikayət edilməsidir. İstənilən İnzibati orqanın qanunsuz hərəkətlərindən yuxan orqana şikayət etmək sahibkarın və vətəndaşın hüququdur. Buna görə, heç kim cəzalandınla bilməz. Göstərilən halları nəzərə alaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyi Sənayedə X4 və X18 Agentliyi Sumqayıt regional sənayedə X4 və X18 müfəttişliyinin məsləhətçi – müfəttişi X8 izahatında bildirmişdir ki, Qartal Tikinti Firmasında plan üzrə növbəti yoxlama təyin edilmiş və buna görə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış əldə edilmişdir. Çıxarışa əsasən yoxlama xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixləri əhatə edir. Bununla bağlı xx.xx.2024-cü il tarixdə Sumqayıt regional sənayedə X4 və X18 müfəttişliyinin baş məsləhətçi müfəttişi X2 ilə birlikdə Qartal Tikinti Firmasının ofisinə gəlmişlər və yoxlama aparılacağını həmin firmanın direktoru Şəxs bildirmişlər. Şəxs onları ofisində qəbul edərək yoxlama aparmağa icazə verməyəcəyini və əraziyə buraxmayacağını bildirmişdir. Həmin vaxt ilk öncə Şəxs onları sakit qəbul etsə də, sonradan mübahisə həddinə qədər gəlmişdir. Bu səbəbdən onlar Qartal Tikinti Firmasının ofisini tərk edərək həmin firmanın balansında olan və yoxlama keçirilməli olan əraziyə gəlmişlər, ərazidə fotoşəkillər çəkmişlər və akt tərtib etmişlər. Daha sonra isə inzibati xəta haqqında protokol tərtib etmişlər. Həmçinin bildirmişdir ki, Qartal Tikinti Firmasının ofisində olarkən Şəxs onlarla mübahisə həddinə gəldiyinə və az qala qovmaq həddinə gəldiyi üçün təkrar ofisə qayıdaraq tərtib edilmiş aktın və protokolun surətini ona təqdim edə bilməmişlər. Çünki, Şəxs ümumiyyətlə hər şeyə etiraz etmiş və sənədləri imzalamamışdır. Yoxlayıcı kimi qovulduqları yerə təkrar gedə bilməzdilər. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-in 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Sumqayıt şəhəri 48-ci məhəllə ərazisində fəaliyyət göstərən Qartal Tikinti Firmasının direktoru Şəxs xx.xx.2024-cü ildə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə baxış keçirilməsinə mane olmuş və bununla da Azərbaycan Respublikasının İXM-in 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyi Sənayedə X4 və X18 Agentliyi Sumqayıt regional sənayedə X4 və X18 müfəttişliyinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, onlar xx.xx.2024-cü ildə yoxlama aparılması üçün Qartal Tikinti Firmasına gəlmişlər, müəssisənin direktoru Şəxs onları ofisində qəbul edib yoxlamanı aparmağa icazə verməyəcəyini, əraziyə buraxmayacağını bildirmiş və onlardan oranı tərk etməyi tələb etmişdir. Yoxlama aparılmasına mane olduğu üçün Şəxs Azərbaycan Respublikasının İXM-in 602.4-cü maddəsi ilə cərimə tətbiq ediləcəyini bildirərək ərazini tərk etmişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyi Sənayedə X4 və X18 Agentliyinin 20 iyun 2024-cü il tarixli 2260/24 saylı qərarından görünür ki, Qartal Tikinti Firmasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixlə kimi planlı yoxlama aparılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 24 iyun 2024-cü il tarixli çıxarışdan görünür ki, Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyi Sənayedə X4 və X18 Agentliyi tərəfindən Qartal Tikinti Firmasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi plan üzrə yoxlama qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, Qartal Tikinti Firmasının (VÖEN: **********) direktoru Şəxsdur. İş materiallarına əlavə edilmiş Qartal Tikinti Firmasının direktoru Şəxs tərəfindən Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyi Sənayedə X4 və X18 Agentliyinə ünvanlanmış 17 iyul 2024-cü il tarixli ərizənin surətindən görünür ki, o, təyin edilmiş vaxtda müfəttişlərin Qartal Tikinti Firmasına yoxlama üçün buraxılmayacağı bildirilmişdir. Beləliklə də, müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyi Sənayedə X4 və X18 Agentliyi tərəfindən Qartal Tikinti Firmasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi plan üzrə yoxlama təyin edilmişdir. Qeyd edilən yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmış və öncədən Qartal Tikinti Firmasına məlumat verilmişdir. Bundan sonra firmanın direktoru Şəxs Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyi Sənayedə X4 və X18 Agentliyinə müraciət ünvanlayaraq təyin edilmiş vaxtda müfəttişlərin Qartal Tikinti Firmasına yoxlama üçün buraxılmayacağı bildirilmişdir. 23 iyul 2024-cü il tarixdə Sumqayıt regional sənayedə X4 və X18 müfəttişliyinin müfəttişləri X2 və X8 yoxlama üçün Qartal Tikinti Firmasının ofisinə gəlsələr də, firmanın direktoru Şəxs yoxlamanı mübahisələndirdiyini bildirirək müfəttişləri yoxlama üçün nəzərdə tutulmuş əraziyə buraxmamışdır. Bununla bağlı müfəttişlər tərəfindən Şəxs Azərbaycan Respublikasının İXM-in 602.4-cü maddəsi ilə tənbeh edilə biləcəyi xəbərdalıq edilmişdir. Bundan sonra müfəttişlər yoxlamanın aparılmalı olduğu Qartal Tikinti Firmasına aid əraziyə gələrək, yoxlanılmalı obyektin qarşında müvafiq fotoşəkilər çəkmişlər və akt tərtib etmişlər. Daha sonra isə müvafiq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməsə də, onun təqsirli olması müəfttişlər tərəfindən tərtib edilmiş akt, inzibati xəta haqqında protokol, özünün Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyi Sənayedə X4 və X18 Agentliyinə ünvanladığı 17 iyul 2024-cü il tarixli ərizəsində olan qeydləri (müfəttişlərin Qartal Tikinti Firmasına yoxlama üçün buraxılmayacağı bildirməsi) və digər iş materialları ilə tam sübuta yetirilmişdir. İş üzrə icraata xitam verilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-in 602.4-cü maddəsinə sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmçinin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 17-ci maddəsinin Qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə hesab edir ki, Şəxs Qartal Tikinti Firmasının direktoru olduğu üçün vəzifəli şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində vəzifəli şəxs kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə məqsədə uyğundur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 1.000 (min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1731/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1731/2024
28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver