Məhkəmə qərarları › İş №3(060)-1732/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1732/2024

07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1732/2024 07.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin sahə rəisi X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və və ünvan 2aşayan (xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1 maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş 24 iyul 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 20 may 2024-cü il saat 07:00 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Bəyaz” restoranın qarşısında Zərərçəkmiş şəxs məxsus “X6 112CD” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa şüşəsini qəsdən sındıraraq sonuncuya 500 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi X4 tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 20 may 2024-cü il saat 07:00 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Bəyaz” restoranın qarşısında Zərərçəkmiş şəxs məxsus “X6 112CD” markalı, 39BD419 dövlət qeydiyyat nişanlı avtomobilin arxa şüşəsini qəsdən sındıraraq sonuncuya 500 manat məbləğində maddi ziyan vurmuşdur. İş üzrə təhqiqat araşdırması aparılmış və əməldə cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra tərəfindən inzibati qaydada araşdırma aparılmış və müvafiq protokol tərtib edilmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, o, əri Şahid idarə etdiyi avtomobillə işə gedən zaman sonradan adını bildiyi Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə onların qarşısına çıxmışdır. Zərərçəkmiş şəxs onun ərinə əl-qol hərəkətləri etmiş, əri avtomobildən düşmüş və onlar dalaşmağa başlamışlar. O da avtomobildə olan çəliyi götürüb Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin arxa şüşəsinə onları sakitləşdirmək məqsədilə vurmuş və nəticədə avtomobilin arxa şüşəsi sınıq əmələ gəlmişdir. O, avtomobilin şüşəsinə vurmamışdan öncə də həmin şüşə qırıq vəziyyətdə olmuşdur. Hal-hazırda onun maddi ziyanı ödəməyə imkanı yoxdur. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o, xx.xx.2024-cü il saat 07 radələrində idarə etdiyi avtomobillə Sumqayıt şəhəri, 10-cü mikrorayon ərazisində idarə edərkən “X6 112CD” markalı, 39BD419 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Toyota Prius” markalı avtomobilin sürücüsü əl-qol işarələri edərək ona nə isə demiş, o da avtomobildən yerə düşərək onun yanına gəlmişdir. Həmin vaxt “Toyota Prius” markalı avtomobilin sürücüsü Şahid olduğunu görmüşdür. Belə ki, o Şahid öncədən tanımışdır. Asif onu bağışlamağı söyləmişdir. Daha sonra o, avtomobilinə minib getmək istədikdə, Şahid həyat yoldaşı Şəxs avtomobilin arxa şüşəsinə vuraraq sındırmışdır. Bundan sonra isə Şahid avtomobili sürətlə sürərək oradan uzaqlaşmışdır. O, hadisə barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hadisə nəticəsində ona 500 manat maddi zərər vurulmuşdur. O, şikayətçidir və dəymiş ziyanı tələb edir. Məhkəmə iclasında iştirak edən Şahid bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 07 radələrində həyat yoldaşı ilə X1 avtomobili ilə götürüb evdən çıxmış, Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisi ilə hərəkətdə olduğu zaman “Bəyaz” şadlıq sarayının yaxınlığında olan dayanacağın qarşısına çatdıqda əvvəllər tanıdığı Zərərçəkmiş şəxs “X7 112CD” minik markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə sağından ötmə edərək dayanacaqda saxlamış, ona qəza şəraiti yaratmış, o, avtomobilini onun sol tərəfinə verərək əli ilə ona işarə edərək nə üçün qəza şəraiti yaratması ilə bağlı iradını bildirmişdir. Fuad avtomobili ilə onun qarşısını kəsmiş və avtomobildən düşərək onun yanına gəlmiş, onun və avtomobildə olan həyat yoldaşının ünvanına nalayiq ifadələr işlətmişdir. Zərərçəkmiş şəxs əli ilə onun yaxasından tutmuş, bu zaman həyat yoldaşı Xeyrənsa avtomobildə olan çəliyini götürüb Fuadın avtomobilin arxa-şüşəsinə vurmuşdur. Bundan sonra onlar avtomobilə oturub getmişlər. Hadisə zamanı Fuadın avtomobilinin şüşəsi sınmışdır. Lakin, avtomobilin şüşəsində öncədən də sınıqlar olmuşdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1 -ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilmişdir. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi əsasları müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməməsi özünü müdafiə xarakteri daşıyır, onun təqsirli olması işin halları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda- inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Maddənin qeydinə əsasən bu maddədə az miqdar dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-in 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın hallarını və xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhəkmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək vurulmuş 500 (beş yüz) manat ziyanın bir misli miqdarında, yəni 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar