Məhkəmə qərarları › İş №3(060)-1732/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1732/2025

15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1732/2025 15.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Yadigar qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs – Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru X2, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.1968-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, xx.xx.2025-ci il tarixdə saat 21:00 radələrində ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs döymüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılmaq üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru X5 izahatında göstərdi ki, hər iki şəxs barəsində təhqiqat qərarı ilə İXM-nin 157-ci maddəsi çıxarılmışdır. Barışığa cəhd etsələr də barışıq əldə olunmamışdır. xx.xx.2025-ci il tarixdə bir-biriləri ilə mübahisələri düşmüş, DİN-nin 102 xidmətinə zəng olunmuş, polis əməkdaşları gəlmişdir. Bir-birilərini döyməsi barəsində təhqiqatçı İXM-nin 157-ci maddəsi ilə qərar qəbul etmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, həmin ünvan atasının evidir və orada yaşayırlar. Həyat yoldaşının işi ilə əlaqədar evdən çıxmışlar, lakin bütün əşyaları orada qalmışdır. Zərərçəkmiş şəxs də qardaşının keçmiş həyat yoldaşıdır. Evlə bağlı dəfələrlə mübahisələri yaranır, bunu da məhkəmə yolu ilə həll edirlər. xx.xx.2025-ci il tarixdə həmin ünvana getmiş, qapının açıq və sınıq olduğunu, bəzi əşyalarının orada olmadığını görmüşdür. O, şkafdan əşyaları çıxarmaq istəmişdir ki, öz əşyalarını yerləşdirsin. Həmin vaxt xanım və qızı onun üzərinə hücum çəkmişlər, o da yıxılmışdır və bədənində cırmaq izi qalmışdır. Lakin o, xanımı vurmamışdır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında inzibati xətaya dair iş üzrə Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Aidə ona zəng edərək anasının evində olduğunu və ora gəlməsini demişdir. O da oraya getmiş, Aidə ona yataq otağını boşaltmasını demiş, o da səbəbini soruşmuş və boşaltmayacağını demişdir. Bu zaman Aidə ona əl atmış və ona şillə vurmuşdur. Digər bacıları da karnizi və pərdəni qırmışlar. O da DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Məhkəmədən ona ağır cəza təyin edilməsini xahiş edir. İş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərar qəbul edilmiş, Zərərçəkmiş şəxs və Şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərarın surəti, Şəxs və Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati tənbeh tədbirləri görülməsi üçün Sumqayıt ŞPİ-nin 3-cü PB-nə göndərilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 732 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində “sağ bazunun qançırları, başın təpə nahiyyəsinin şişkinliyi” xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs (şəxslər) tərəfindən əllə vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 2-3 gün əvvəl olmaqla, xx.xx.2025-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Beləliklə, Şəxs əməli məcmu qaydasında məhkəmədə araşdırılan hallarla sübuta yetirilir və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, Şəxs ifadəsində Zərərçəkmiş şəxs xəsarət yetirmədiyini qeyd etməsi özünü müdafiə xarakteri daşımaqla zərərçəkmiş şəxsə xəsarət yetirməsi keçirilmiş məhkəmətibbi ekspertizası və iş materiallarına əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir və xəsarətlərin həmin gün yarandığı təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. - 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. - 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını alma məqsədi daşıyır. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, təqsirinin dərəcəsini, törədilmə şəraitini nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin: - 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300,00 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar