Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1734/2025 04.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Yadigar qızının sədrliyi, X2 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Muxtarov Fuad Telman oğlunun iştirakı ilə, Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 29007214 saylı qərardan X6 Telman oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X6 Telman oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək xx.xx.2025-ci il tarixli, EQ 29007214 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Muxtarov Fuad Telman oğlu ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə AR DİN BDYPİ-nin X4 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarla AR İXM-nin 353.5-ci maddəsi ilə təqsirli bilinərək 1200 ( min iki yüz) manat cərimə edilmişdir. Belə ki, etibarnamə əsasında “ an TGX 18.440 yük” markalı 77SV973 nömrə nişanlı avtomaşını idarə edir. xx.xx.2025-ci ildə ildə həmin avtomaşınla Bakı-Quba yolu ilə Xızı rayonu Giləzi kəndi ərazisindən Bakı istiqamətinə hərəkət edərkən “Elektron tərəzi vasitəsilə guya normadan artıq yük apardığı məlum olmuşdur. Etibarnamə ilə idarə etdiyi yuxarıda göstərilən avtomaşının qanunla müəyyən edilmiş yük tutumu 40 tondur və 40 ton 300 kq yük götürülməsinə icazə verilir. Guya aşkarlanan qayda pozuntusuna görə o, avtomaşına normadan artıq, yəni 42 ton yük vurmuşdur. O, onlara yükün xx.xx.2025-ci ildə saat 06-03 radələrində tərəzidə çəkilməsi barədə (40 ton 120kq.) arayışı təqdim etmiş, elə həmin günü saat 14-12-də yük yenidən tərəzi ilə çəkiləndə bu rəqəm 40 ton 1240 kq olmuşdur. Eyni zamanda nə inzibati xəta haqqında protokolda, nə də inzibati tənbeh vermə haqqında qərarda nə qədər artıq yük daşımağı göstərilməmiş, ümumi sözlərlə kifayətlənmişlər. Ölçmə vasitəsinin, yəni tərəzinin yoxlanılması haqqında şəhadətnamə ona təqdim edilməmişdir. Nəzarət ölçü cihazları, o cümlədən yükün ağırlığını ölçən tərəzilər ölçmələrin vəhdətinin təmin edilməsi məqsədilə hər il dövlət standartlarına uyğunluğu barədə yoxlamadan keçirilərək müvafiq sertifkat alınmalıdır. Onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən tərəzinin göstəriciləri və onun müayinədən keçməsi barədə sertifkatlar ona təqdim olunmalı idi. Ona görə də o, inzibati xəta haqqında protokolla və onun əsasında qəbul edilmiş inzibat tənbeh vermə haqqında qərarla razılaşmamışdır. AR DİN BDYİ-nin X1 barəsində qəbul etdiyi xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Muxtarov Fuad Telman oğlu şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, idarə etdiyi yük maşını ilə Qubadan 40 ton çəkidə “şebel” daşımışdır. Hərəkətdə olduğu yol boyu 3 tərəzinin üzərindən keçmiş, lakin sonuncu tərəzidə onun artıq çəkidə yük daşıması bildirilmişdir. O, yola düşməzdən əvvəl yükünü tərəzidə çəkdirmiş və 40 ton olduğu müəyyən edilmişdir. Onun daşıdığı çəkidən aslı olmayaraq eyni pulu alır. Bu səbəbdən onun artıq çəkidə yük daşımada hər hansı marağı olmamışdır. Bunlarla bağlı AYNA-ya müraciət etmiş, həmçinin Ceyranbatan qəsəbəsində olan tərəzinin yanında saxlayaraq DİN-nin qaynar xəttinə də şikayət etmişdir. Qaynar xəttdən ona bildirilmişdir ki, orada gözləməyə ehtiyac yoxdur, özləri məsələni araşdıracaqlar. Qeyd edir ki, onun avtomobilinə 40 ton + 300 kg yük daşınmasına icazə verilir. 1200 manat cərimə cəzasını ödəməyə maddi imkanı yoxdur. O, artıq yük daşımamış və bununla bağlı müvafiq qəbzləri vardır. Eyni zaman da bildirir ki, əvvəllərdə İXM-nin eyni maddəsi ilə cərimə edilmiş, lakin anlayışı olmadığından şikayət etməmiş və cəriməni ödəmişdir. O, pozuntu etməmişdir. Qeyd etdiklərinə əsasən barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 29007214 saylı qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, EQ 29007214 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Muxtarov Fuad Telman oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 1200 (bir min iki yüz) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. - Azərbaycan Respublikası DİN Baş X8 İdarəsi tərəfindən kamera vasitəsilə qeydə alınmış fotoşəkildən müəyyən olunur ki, MAN TGX 18.440 Yük markalı, **-SV-*** qeydiyyat nişanlı avtomobil maksimum kütlənin 40000 kq olmasına baxmayaraq, qeyd olunan normanı keçmiş, 42510 kq çəki ilə ümumi istifadədə olan avtomobil yolunda avtomobili idarə etmişdir. - Bakı 1NLİ Yİ MMC tərəfindən xx.xx.2025-ci il tarixli qaiməsindən görünür ki, MAN TGX 18.440 Yük markalı, **-SV-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dolu çəkisi 40120 kq-dır. Lakin inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan (şəxs) tərəfindən qeyd olunan nəqliyyat vasitəsi üçün üzərində olan yüklə birlikdə kütləsinin 40120 kq olmasına baxmayaraq çəkinin 42510 kq olmasının nə ilə əsaslandırılması qeyrimüəyyəndir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, Muxtarov Fuad Telman oğlu tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, EQ 29007214 nömrəli, xx.xx.2025-ci il saylı qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət qismən əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, Muxtarov Fuad Telman oğlu barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında protokol əsasında qəbul edilmiş qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin Muxtarov Fuad Telman oğlu həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə inzibati iş üzrə obyektiv araşdırma aparmaq məqsədilə Baş X8 İdarəsinin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi və inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş zəruri sübutların təqdim edilməsi üçün məhkəmə iclasını təxirə salsa da, Baş X8 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və bu səbəbədən işlə bağlı əhəmiyyət kəsb edən məlumatların alınması mümkün olmamışdır. Azərbaycan Respublikası İXM-nin: - 100.5.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. - 127-1.1-ci maddəsinə əsasən “Bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələr, habelə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) X4nə inteqrasiya edilməlidir.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 353.2-ci maddəsinə əsasən “İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir.” - 353.5-ci maddəsinə əsasən “Bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir.” - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. -135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını və yuxarıda qeyd olunan qanunvericilik normalarını əsas götürərək qeyd edir ki, işin araşdırılan hallarından da göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2025-ci il tarixində, 13:.36 radələrində Xızı rayonu, Giləzi kəndi. Bakı istiamətində hərəkətdə olarkən daşıdığı yükün 5 oxlu yük avtomaşınları üçün nəzərdə tutulmuş 40000 kq çəkidən artıq, yəni 42510 kq olması müəyyən edilməklə barəsində inzibati xəta haqqında qərar qəbul edilmişdir.Şikayət verən şəxs məhkəməyə tərəzi qəbzi təqdim etmişdir ki, kəmin tərəzi məlumatlarına əsasən onun yükünün çəkisi 40120 kq olmuşdur. Belə olan halda iki tərəzi arasında yükün çəkilməsi ilə bağlı ziddiyət (42510 kq və 40120 kq) yaranmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi qeyd olunan ziddiyəti araşdırmadan Muxtarov Fuad Telman oğlunun inzibati tənbeh edilməsi qənaətinə gəlmişdir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxsin) İXM ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, Muxtarov Fuad Telman oğlu barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. Ona görə də Muxtarov Fuad Telman oğlunun şikayətində göstərilən halların mövcud olubolmamasını müəyyən etmədən iş üzrə yekun nəticəyə gəlmək mümkün olmadığından, şikayət qismən təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29007214 saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Muxtarov Fuad Telman oğlunun şikayəti qismən təmin edilsin. Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 29007214 saylı qərar ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-1734/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1734/2025
04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver