Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1735/2025 04.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Yadigar qızının sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Qarayev Elxan Telman oğlunın iştirakı ilə Qərarından şikayət verilən şəxs ünvan 3qayıt Dövlət Yol Polis şöbəsinin inspektoru X2 iştirakı ilə, ünvan 3qayıt Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərardan X5 Telman oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X5 Telman oğlu ünvan 3qayıt şəhər Məhkəməsinə müraciət edərək, TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə qərarının ləğv edilməsini xahiş etmişdir. Qarayev Elxan Telman oğlu ərizəsini onunla əsaslandırmışdır ki, 10RR654 nömrəli nəqliyyat vasitəsinin sahibi olaraq, 20 aprel 2025-ci il tarixdə, təxminən saat 22:05 radələrində ünvan 3qayıt şəhəri ərazisində idarə etdiyi zaman Dövlət Yol Polisinin xidməti avtomaşınında olan əməkdaşı tərəfindən saxlanılmışdır. Hadisə zamanı DYP əməkdaşı: özünü təqdim etməmiş, vəzifəsini və adını bildirməmiş, xidməti vəsiqəsini təqdim etməmiş, DYP xidməti avlomobilinin dövlət qeydiyyat nişanının görünməsini təmin etməmişdir (avtomobilin siqnal işıqları açıq olduğundan nömrə oxunmamışdır). Saxlanılma səbəbi olaraq ona, guya dönməyə icazə verilməyən yerdə dönmə etdiyi bildirildi. Lakin həmin ərazidə dönməyə icazə verildiyi halda, DYP əməkdaşı təkidlə onun inzibati xəta törətdiyini iddia etdi. O, bu ittihamla razılaşmadı və yerində protokolun tərtib olunmasını və orada öz izahatını vermək hüququndan istifadə etmək istədiyini bildirdi. Buna baxmayaraq DYP əməkdaşı qanunvericiliyin tələblərinə zidd olaraq yerində protokol tərtib etmədi, yalnız "elektron qaydada" protokol tərtib olunacağını və ona sonradan SMS bildiriş göndəriləcəyini dedi. Onun ondan protokolu yerində tərtib edib ona təqdim etməsi xahişinə isə məhəl qoymadı. Daha sonra isə hadisə yerindən uzaqlaşdı. Həmin gün, saat 22:17-də onun istifadə etdiyi ***-******* nömrəli mobil telefonuna sms gəldi və həmin sms-də göstərilmişdir ki, 20 aprel 2025-ci il tarixdə saat 22:11-də 10RR654 nömrəli avtomobil 100 azn 3 bal cərimə edilmişdir, maddə: 327.2. İXP7061923. Eyni məzmunlu bildiriş telefonuna smsradar.az mobil təbiqinə də göndərilmişdir və qeyd olunmuşdur ki, statusqərarlıdır. İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, inzibati xəta aşkarlandıqda, inzibati protokol yerində tərtib olunmalı və şəxs protokolla tanış edilərək irad və izahatlarını protokola əlavə etməlidir. AR İXM-in tələblərinə görə, inzibati xətam törədən şəxs yerində olarsa, protokolun tərtib olunması və həmin şəxsin bu protokolla tanış edilməsi məcburidir. İnzibati xəta haqqında protokol tərtib olunarkən şəxsə: onun hüquqları izah edilməli, protokolla tanış-olmağa, öz irad və etirazlarını yazılı şəkildə protokolda bildirməyə şərait yaradılmalıdır. O, yerində protokolla tanış edilməmişdir və öz münasibətini bildirmək imkanından məhrum olunmuşdur. Bu isə prosessesual hüquqların pozulmasıdır və bu fakt inzibati işin legitimliyinə şübhə yaradır. “Polis haqqında" və “Yol hərəkəti haqqında" Qanunların tələblərinə əsasən isə, DYP əməkdaşı nəqliyyat vasitəsini saxladıqdan dərhal sonra özünü təqdim etməli, ad, soyad, vəzifə və xidməti vəsiqə barədə məlumat verməli, xidməti vəsiqəni göstərməlidir. DYP xidməti avtomobilinin dövlət nömrə nişanı görünən vəziyyətdə olmalıdır. Lakin, onu saxlayan inspektor bu vəzifəni yerinə yetirməyib, 'bu isə vəzifə səlahiyyətlərinin pozulması deməkdir və xidməti araşdırmaya əsas yaradır. Azərbaycan Respublikasının Yol Hərəkəti Qaydalarına görə: Xidməti avtomobillər (DYP maşınları daxil olmaqla) nömrə nişanı görünən vəziyyətdə olmalıdır. Lakin DYP xidməti avtomaşını onun avtomobilinin arxasında saxlayaraq siqnal işıqlarını qəsdən açıq saxlamış, buna görə də onun nömrəsi oxunmamışdır. DYP avtomobilinin nömrəsinin gizlədilməsi və ya görünməz edilməsi qanun pozuntusudur. DYP elektron protokolu yalnız avtomatik qeydə alınmış pozuntular (kameralarla çəkilən sürət pozuntusu və s.) üçün tətbiq edə və qərarı SMS ilə göndərə bilər. Yerində inspektor tərəfindən aşkarlanan inzibati xəta üzrə isə həmin inspektor tərəfindən protokol tərtib olunmalı və yerində imzalanmalıdır. Gördüyünüz, kimi, DYP əməkdaşı bir sıra ciddi qanun pozuntularına yol vermişdir. O, yerində protokol tərtib edilməyib, ona protokolla razı olmadığını bildirməyə imkan verilməyib, özünü ona təqdim etməyib, xidməti maşının nömrəsi qəsdən görünməz halda saxlayıb. Qeyd olunanlara görə o, həmin inspektorun adını, soyadını, onun xidmət apardığı xidməti avtomaşınının nömrəsini, xidmət apardığı idarəni və xidməti dislokasiya yerini göstərə bilmir. Çox güman ki, həmin inspektor iş vaxtından sonra hər hansı bir müvafiq rəsmiləşdirmə aparılmadan qanunsuz, olaraq xidmətə çıxmışdır. Ən dəhşətlisi isə odur ki, saat 22:11-də DYP xidməti avtomaşını onu saxlamış, xidmət aparan inspektor qanun pozuntusuna yol verdiyini bildirmiş, o, buna etiraz etməyinə baxmayaraq və protokol tərtib edib ona təqdim etmək tələbini icra etmədən çıxıb getmiş, lakin 6 dəqiqə sonra, yəni saat 22:17-də onun mobil telefonuna sms daxil olmuşdur ki, 100 AZN 3 bal cərimə edilmişdir. Yəni inspektor qanunvericiliyin tələblərini kobud pozaraq 5 dəqiqə ərzində həm inzibati xəta haqqında protokol, həmçinin inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş, müvafiq elektron sistemə yerləşdirmişdir. Qərarın adından və tərtib olunduğu formadan da göründüyü kimi, bu qərar elektron qərardır. Hansı ki, AR İXM-nin 122-ci maddəsinə əsasən 327.2-ci maddədə nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə elektron qərar qəbul edilə bilər. Əgər o, doğrudan da hər hansı bir yol hərəkət qaydalarını pozmuş olsa idi və bu foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdirsə bu halda DYP inspektoru onu saxlaya bilməzdir. Belə ki, AR İXM-nin 122-ci maddəsinə görə belə hallarda inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq elmə haqqında qərar çıxarmaq qadağandır. Hər bir halda DYP inspektoru haqsızdır. Buna görə də, hadisənin baş vermə şəraitinin araşdırılması, qanun pozuntusuna yol verən DYP əməkdaşı barəsində xidməti araşdırma aparılması və qanunvericiliyə uyğun tədbir görülməsi məqsədə müvafiqdir. Yuxarıda qeyd olunanlara görə, o, 20 aprel 2025-ci il tarixli İXP7061923 nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarın onun yaşayış ünvanına göndərilməsi, qeyd olunan İXP7061923 nömrəli inzibati xəta haqqında protokolun qanunsuz olduğuna görə onun əsasında qəbul edilmiş qanunsuz inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, əsassız tətbiq edilmiş cərimənin müvafiq elektron sistemdən silinməsi, ərizəsinə cavabın mövcud qanunvericiliyin tələblərinə əsasən, yazılı şəkildə və qanuni müddətlərdə verilməsi barədə müvafiq göstəriş verilməsi xahişi ilə X6 adına şikayət göndərmişdir. 24 may 2025-ci il tarixdə saat 22:16-da onun istifadə etdiyi 050-3l0-68-91 nömrəli telefonuna SMS daxil oldu və həmin SMS-də göstərilmişdir ki, İXP7061923 nömrəli inzibati xəta haqqında protokola 29 may 2025-ci il tarixdən cərimə məbləğin 1 faizi dəbbə pulu hesablanacaq. 25 may 2025-ci il tarixdə, onun yaşadığı ünvana ünvan 3qayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsindən 12 may 2025-ci il tarixli 16/2-Q-37245 nömrəli məktub daxil oldu və həmin məktubda Daxili işlər nazirinə ünvanladığı şikayəti ilə bağlı həmin şöbəyə dəvət olunduğu göstərilmişdir. Bir neçə dəfə həmin şöbəyə getsə də məktubun müəllifi polis mayoru Emil Vəliyevlə görüşə bilmədi, məktubun blankında göstərilən telefon nömrələri ilə əlaqə yaratmaq mümkün olmadı. 30 may 2025-ci il tarixdə saat 23:21-də də onun istifadə etdiyi ***-***-**-** nömrəli telefonuna SMS daxil oldu və həmin SMS-də göstərilmişdir ki, İXP7061923 nömrəli inzibati xəta haqqında protokola 29 may 2025-ci il tarixdən cərimə məbləğin 1 faizi dəbbə pulu hesablanacaq. 19 iyun 2025-ci il tarixdə onun yaşadığı ünvana ünvan 3qayıt şəhər Polis İdarəsindən zərf daxil oldu və həmin zərfin içərisinə 20 aprel 2025-ci il tarixli TP7190590 nömrəli inzibati tənbeh vermə haqqında qərarın 31 may 2025-ci il tarixdə çap edilmiş nüsxəsi qoyulmuşdur. 23 iyun 2025-ci il tarixdə saat 22:16-da isə istifadə etdiyi mobil telefonuna SMS daxil oldu ki, İXP7061923 nömrəli protokolu ödəmədiyinə görə 28 iyun 2025-ci il tarixdən həbs qoyulacaq. 25 iyun 2025-ci il tarixdə onun yaşadığı ünvana ünvan 3qayıt şəhər Polis İdarəsindən 14 iyun 2025-ci il tarixli məktub daxil oldu və həmin məktubda göstərilmişdir ki, inzibati tənbeh vermə haqqında qərar qanuna müvafiq hesab edilmişdir. Buna görə də elə həmin gün o, 20 aprel 2025-ci il tarixli TP7190590 nömrəli inzibati tənbeh vermə haqqında qərardan ünvan 3qayıt şəhər məhkəməsinə şikayət yazıb göndərmişdir. Yuxarıda qeyd olunan məktubları və zərflərin kserosurətini şikayət ərizəsinə əlavə etmişdir. Lakin ünvan 3qayıt şəhər məhkəməsinin hakimi Vüsalə Qasımova həmin şikayəti və məktubları təhlil etmədən 02 iyul 2025-ci il tarixdə iş№3(060)-1607/2025 nömrəli Qərardadla geri qaytarmışdır. Qərardadda göstərmişdir ki, “Qarayev Elxan Telman oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasan qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibatı tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə baxılmadan geri qaytarılsın”. Əsas kimi isə göstərilmişdir ki, guya ki, şikayətə ötürülmüş müddətin bərpa edilməsinə dair vəsatət əlavə olunmamışdır. Bir daha diqqətə çatdırır ki, 20 aprel 2025-ci il tarixdə onun istifadə etdiyi mobil telefonuna cərimə olmağına dair sms daxil olan kimi o, həmin qərarın qanunsuz olması, onun ləğv olunması və həmin qərarın rəsmi qaydada ona təqdim olunması tələbi ilə dərhal X6 adına şikayət yazmışdır. Onun həmin şikayəti ünvan 3qayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilmiş və həmin şöbə 12 may 2025-ci il tarixli 16/2-Q-37245 nömrəli məktubu ilə onu araşdırma aparılması məqsədi ilə həmin şöbəyə dəvət etmişdir. Qeyd olunan məktub, 24 may 2025ci il tarixdə poçt işçisi tərəfindən ona təqdim olunmuşdur. 19 iyun 2025-ci il tarixdə isə ona poçt tərəfindən ünvan 3qayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən göndərilmiş zərf təqdim olunmuş, həmin zərfin içərisində isə müşayət edən məktubsuz TP7190590 nömrəli inzibati tənbeh vermə haqqında qərar qoyulmuşdur. 25 iyun 2()25-ci il tarixdə isə poçt tərəfindən ona ünvan 3qayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin 14 iyun 2025-ci il tarixli 58-6/2-Q-37245 nömrəli məktub daxil olmuş və həmin məktubda göstərilmişdir ki, şikayətinə baxılmış və barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanuna müvafiq hesab edilmişdir. Həmçinin göstərilmişdir ki, həmin qərardan məhkəməyə şikayət etmək hüququ var. O da dərhal, yəni həmin gün ünvan 3qayıt şəhər məhkəməsinə şikayət ərizəsi göndərmişdir. ünvan 3qayıt şəhər məhkəməsinin şikayətinin geri qaytarılması barədə qanunsuz qərardadı hələ də poçt vasitəsi ilə ona rəsmi qaydada təqdim olunmamışdır. Lakin həmin qərarla o, bu gün elektron məhkəmə sistemi vasitəsi ilə tanış olmuşdur və yenidən məhkəməyə şikayət ərizəsi göndərir. Göründüyü kimi onun tərəfindən İXM-də göstərilən müddətlər pozulmamış və buna dair sübutların məhkəməyə təqdim etmişdir. Belə ki, DYP-nın məktublarının kserosurətini, arxasına isə zərflərin kserdsurətini şikayətinə əlavə etmişdir. Göründüyü kimi, 20 aprel 2025-ci il tarixində ünvan 3qayıt şəhərində baş verən hadisə ilə bağlı barəsində DYP tərəfindən 327.2-ci maddə ilə inzibati protokol tərtib edilib və 100 manat məbləğində cərimə tətbiq olunub. Lakin həmin qanunsuz, protokol hadisə yerində ona təqdim edilməmiş, izahatı alınmamış, hüquqları barədə məlumat verilməmişdir. DYP əməkdaşı hadisə yerində özünü təqdim etməmiş və heç bir sənəd təqdim etmədən ərazidən uzaqlaşmışdır. Bundan əlavə, o, bu protokola qarşı hüquq müdafiə vasitələrindən istifadə edərək əvvəlcə DİN-ə, daha sonra bu gün məhkəməyə müraciət etmişdir. Protokolun icrasının dayandırılması üçün mübahisələndirmə davam etdiyi halda DYP tərəfindən ona qarşı dəbbə pulu hesablanmış, habelə avtomobilinə həbs tətbiq ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 112.2 və 112.3-cü maddələrinə əsasən, qərarın qanuni qüvvəyə minmədiyi müddət ərzində onun icrası dayandırılmış hesab edilir. Əlavə olaraq, təqdim etdiyi sübutlardan və SMS yazışmalarından da göründüyü kimi, qərar rəsmi qaydada ona yalnız iyun ayının sonunda təqdim edilmiş və bu tarixdən etibarən 20 günlük qanuni şikayət müddəti başlamışdır. Bu müddət bitmədiyi halda DYP tərəfindən dəbbə pulu hesablanması və həbs tədbiri tətbiqi qanunsuzdur və vətəndaş hüquqlarının pozulmasıdır. Buna görə də, qərarın icrası dayandırılmalı və cərimə ilə bağlı dəbbə pulu hesablanmasına son verilməli, avtomobilimə tətbiq ediləcək mümkün inzibatı həbs tədbiri ləğv olunmalıdır. ünvan 3qayıt şəhər DYPŞnin barəmdə 327.2-ci maddə ilə tərtib etdiyi inzibati qərar isə ləğv edilməlidir. İXM-nin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata огшц inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda göstərilənlərdən gördüyünüz kimi, tərtib olunmuş inzibati xəta haqqında protokol mənim iştrakım olmadan, hüquqlarım təmin edilmədən, hüquq və Vəzifələrim izah edilmədən qanunsuz tərtib edilmiş, həmin protokolda inzibati xəta hadisəsinin vƏ inzibati xətanın konkret törədildiyi yer, inzibati xətanın mahiyyəti, həmçinin mənim tərəfimdən hər hansı qanun pozuntusuna yol verməyim konkret ilaraq göstərilməmişdir. Buna görə də həmin protokol qanunsuzdur və onun heç bir sübut əhəmiyyəti yoxdur. ünvan 3qayıt şəhər DYP şöbəsinin 20 aprel 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunsuzdur, əsassızdır, qərəzlidir, ədalətsizdir və saxtadır. Göründüyü kimi, ünvan 3qayıt DYP şöbəsinin əməkdaşları AR İXM-nin yuxarıda göstərilmiş maddələrini kobud surətdə pozmuşlar. Mənim tərəfimdən inzibati xəta törədilmədiyi halda uydurma iş başlamış və əsassız və qanunsuz inzibati tənbeh vermə haqqında qərar qəbul etmişlər. Həmçinin mənim şikayətlərimə baxmayaraq, mənə rəsmi cavab verilmədən cəriməni Hökümət ödəniş portalına da yerləşdirmişlər, penı hesablamış, maşınıma həbs qoymuşlar. Nəticədə 28 iyun 2025-ci il tarixdə maşınıma häbs qoyulmaması üçün tərəfimdən DYP-ya 129 manat cərimə ilə dəbbə pulu ödənilmişdi manat da xidmət haqqı tutulmuşdur. Pozulmuş hüquqlarımın bərpası üçün təcili məhkəmə müdaxiləsi və ədalətli qərarının qəbul edilməsi zərurəti yaranmışdır. ünvan 3qayıt şəhşr Dövlət Yol Polisi Şöbəsinin inspektoru polis serjantı İsa Hüseynov tərəfindən qəbul edilmiş 20 aprel 2025-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarın ləğv olunması, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və məndən maşınımın həbs edilməsi hədə-qorxusu ilə qanunsuz alınmış 130 manat (100 manat cərimə, 29 manat dəbbə pulu, 1 manat xidmət haqqı) pulun geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Qarayev Elxan Telman oğlu şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, ünvan 3qayıt şəhşr Dövlət Yol Polisi Şöbəsinin inspektoru polis serjantı İsa Hüseynov tərəfindən qəbul edilmiş 20 aprel 2025-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarın ləğv olunması, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ondan maşınının həbs edilməsi hədəqorxusu ilə qanunsuz alınmış 130 manat (100 manat cərimə, 29 manat dəbbə pulu, 1 manat xidmət haqqı) pulun geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında qərarından şikayət verilən şəxs ünvan 3qayıt Dövlət Yol Polis şöbəsinin inspektoru X3 izahatında bildirmişdir ki, onların idarə etdiyi avtomobildə 1 ay müddətində təhlükəsizlik kamerası ilə qeydə alınan hadisə ilə bağlı görüntülər isə 2 ay müddətində saxlanır, daha sonra isə silinir. Vətəndaş 4 aydan sonra şikayət etdiyinə görə hazırda heç bir görüntünü və ya səs yazısını məhkəməyə təqdim edə bilmir. Həmçinin vətəndaşın irad kimi bildirdiyi protokolun ona dərhal təqdim edilməmə halı ilə bağlı bildirir ki, o, protokolu tərtib edib, vətəndaşa təqdim etmək istədiyi zaman sürücü həmin ərazidən artıq uzaqlaşmışdı. MMX vasitəsi ilə çəkilən görüntülər uzun müddət saxlanılır, lakin İXP ilə olan görüntülər isə qalmır. O, protokol tərtib olunan zaman qanuni formada xidmətdə olmuşdur. Hesab edir ki, qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətin təmin edilməməsini xahiş edir. İş materiallarından görünür ki, ünvan 3qayıt Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərara əsasən Qarayev Elxan Telman oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, ünvan 3qayıt Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ünvan 3qayıt Dövlət Yol Polis Şöbəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 327.2-ci maddəsinə əsasən “Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəyüz manat məbləğində cərimə edilir.” Belə ki, məhkəmə tərəfindən sorğu verilərək pozuntunu qeydə alan görüntülərin, protokol tərtib etmiş YPX əməkdaşının 20 aprel 2025-ci il tarixində xidmətə buraxılmasına dair idarə rəisinin əmri və həmin günə dair dislokasiya sxeminin məhkəməyə təqdim edilməsi tələb edilsə də, müvafiq görüntülər təqdim edilməmiş və bu səbəbdən işlə bağlı əhəmiyyət kəsb edən məlumatların alınması mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə hesab edir ki, Qarayev Elxan Telman oğlunun 10RR654 nömrəli nəqliyyat vasitəsini idarə edərkən svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətinin davam etdirilməsi ilə bağlı Azərbaycan Respublikası İXM-nin tələblərinə uyğun şəkildə icraat aparılmamış, lazımı qaydada araşdırılma aparılmamış, sübutlar toplanmamışdır. Hal-hazırda həmin halların, həmçinin barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxsin nəqliyyat vasitəsini şəxsi istifadəsi üçün istifadə etdiyini, yük daşımaması barədə qeyd edilən arqumentinin və digər məsələlərin məhkəmə tərəfindən araşdırılması və aradan qaldırılması, iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Qarayev Elxan Telman oğlunun şikayətində göstərilən halların mövcud olub-olmamasını müəyyən etmədən iş üzrə yekun nəticəyə gəlmək mümkün olmadığından, şikayət qismən təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ünvan 3qayıt Dövlət Yol Polis Şöbəsinə göndərilməlidir. Qarayev Elxan Telman oğlunun verdiyi şikayətin 130 manat (100 manat cərimə, 29 manat dəbbə pulu, 1 manat xidmət haqqı) pulun geri qaytarılması barədə hissəsinə dair münasibətdə məhkəmə qeyd edir ki, qeyd olunan tələb hazırki halda məhkəmə baxışının predmeti olmadığından həmin hissədə şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Qarayev Elxan Telman oğlunın şikayəti qismən təmin edilsin. ünvan 3qayıt Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərar ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ünvan 3qayıt Dövlət Yol Polis Şöbəsinə göndərilsin. Şikayət qalan hissədə təmin olunmasın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində ünvan 3qayıt şəhər Məhkəməsi vasitəsiilə ünvan 3qayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-1735/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1735/2025
04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver