Məhkəmə qərarları › İş №3(060)-1736/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1736/2025

15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1736/2025 15.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 4cü polis Bölməsinin polis sahə rəisi X4, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi, Sumqayıt şəhər Regional vəkil bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1999-cu ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2iyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis Bölməsinin polis sahə rəisi X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 15 iyul 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim etmişdir. İnzibati xəta haqqında protokollara və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs xx.xx.2025-ci il tarixində birgə yaşadıqları evdə Zərərçəkmiş şəxs döymüş və ona fiziki ağrı yetirmiş, Şəxs əməlində İXM-in 157-ci maddəsinin tərkib hissəsi yaranmışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib edənSumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis Bölməsinin polis sahə rəisi X7 izahatında bildirmişdir ki, Şəxs və Zərərçəkmiş şəxs ər-arvaddır. xx.xx.2025-ci il tarixində Zərərçəkmiş şəxs Şəxs tərəfindən döyülmüşdür. 1 gün sonra isə digər inzibati xəta haqqında iş üzrə icraat üzrə sonuncu barəsində İXM-in 157-ci maddəsi ilə təqsirli bilinərək 15 gün inzibati həbs tənbehi verilmişdir. Protokolu müdafiə etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qızı izahatında bildirmişdir ki, ailə münasibətlərində gərginlik var. Bu səbəbdən yaşadıqları evdən çıxmış və hazırda problemləri həll edə bilmirlər. 11 iyul 2025ci il tarixində Ceyhunəni döyməmiş, ona hər hansı fiziki ağrı yetirməmişdir. Həmin tarixdə barışıq üçün Ceyhunə ilə birgə yaşadığı evə getmiş, lakin o barışmamış, problemləri həll etmək əvəzinə qışqırmağa başlamışdır. Aralarında barışıq olmadığı üçün 1 gün sonra barəsində protokol tərtib edilərək 15 gün inzibati qaydada həbs edilmişdir. Hazırda Ceyhunə ilə barışmaq istəmir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs kimi iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, ailəsində olan söz-söhbətin səbəbi qız övladının olmağıdır. Belə ki, baldızı qız övladına razı olmadığını üçün aralarında münaqişə baş verir. Axırıncı dəfə Aslanın xalası ona zəng etmiş və bundan sonra münaqişə yaranmışdır. Münaqişə zamanı Aslan ona əl-qol atmışdır. Eyni zamanda əməliyyat olduğu yerə diziylə zərbələr vururmuşdur. Zərbə nəticəsində qoluna da xəsarət yetirmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən Şəxs barəsində inzibati tənbeh növündə həbs qərarı çıxarılmasını xahiş edir. Məhkəmə iclasında müdafiəçi qismində iştirak edən X1 barışığa cəhd etdiyini, Ceyhunənin isə barışmadığını nəzərə alaraq inzibati xəta haqqında qərar tərtib olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirliliyi sübuta yetirilmir. Belə ki, iş materiallarında olan 15 iyul 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixində birgə yaşadıqları evdə Zərərçəkmiş şəxs döymüş və ona fiziki ağrı yetirmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs izahatın bildirmişdir ki, həyat yoldaşım Şəxs ilə birgə yaşadığımız evdə aramızda xx.xx.2025-ci il tarixdə, axşam saatlarında mübahisə baş verdi.Aslanın bacısının sözlərinə uyması, bacısının məni boşamasını bildirməsi səbəbi ilə aramızda mübahisə yaranmışdır. Mübahisə əsnasında Aslan mənim qarm nahiyyəmdə olan doğum zamanı cərrahi tikiş nahiyyəmə dizi ilə bir dəfə zərbə endirdi. Bundan sonra başıma yumruq ilə bir neçə dəfə zərbə endirdi. Bundan sonra mətbəxdə olan mətbəx bıçağını götürərək üzərimə doğru gəldi. Mən bu səbəblə pəncərəyə çıxaraq qonşulardan qışqırıb kömək istədim. Bundan sonra Aslan mənim qolumdan tutaraq məni içəri salmağa, qışqırmağımın qarşısını almağa başladı. Bundan soma isə qonşularımızın polisə məlumat verməsi səbəbi ilə polis əməkdaşları hadisə yerinə gəldilər. Bildirirəm ki, Aslan mənə bıçaqla zərbə endirməmişdir, mübahisə əsnasında mənzildə ikimiz olmuşuq. Daha öncədən Aslanın məni döyməsi səbəbi ilə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə müraciət etmiş və həmin hadisə ilə əlaqədar MTE-də ekspert müayinəsindən keçmişəm, bu səbəblə bildirirəm ki, hazırda bədənim üzərində olan xəsarət izlərinin müəyyən hissəsi daha öncəki döyülməyim ilə bağlı olmuşdur, həmin xəsarətlər ekspert tərəfindən qeydiyyata daha öncədən alınmışdır. İş materiallarında olan 12 iyun 2025-ci il tarixli, 852 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən inzibati xəta haqqında icraat aparılması üçün qərarın surəti 4-cü PB-yə göndərilmişdir. İş materiallarında olan izahatdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində axşam saatlarında yoldaşı Ceyhunə ilə aralarında münaqişə olmuş, lakin ona heç bir fiziki zor tətbiq etmədiyini bildirmişdir. Göründüyü kimi inzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb təhqiqatçı tərəfindən qəbul edilən xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar olmuş, protokol tərtib edən polis əməkdaşı həmin qərarda qeyd olunanlara əsaslanaraq Şəxs əməlində inzibati xətanın əlamətlərinin olması qənaətinə gəlmişdir. Lakin, iş materiallarından və tərəflərin məhkəmədəki izahatlarından nəticəyə gəlmək mümkündür ki, xx.xx.2025-ci il tarixində baş vermiş hadisədə Şəxs Zərərçəkmiş şəxs döyməsi və ya hər hansı fiziki ağrı yetirməsini təsdiq edən fakt (sübut) yalnız sonuncunun izahatlarıdır. Barəsində protokol tərtib edilən Şəxs özü də etiraf edir ki, həmin vaxt mənzildə ailə münaqişəsi olmuş, Ceyhunə eyvandan çıxaraq qışqırmağa başlamışdır. Bu səbəbdən xx.xx.2025-ci il tarixdə X3 “102” Xidmətinə “Aytən” adlı qadının ərinin onu pəncərədən atmaq istəməsi barədə məlumatı da, Şəxs məsuliyyətə cəlb edilməsi üçün sübut kimi qiymətləndirilə bilməz. Həmçinin, məhkəmədək icraat zamanı və məhkəmə iclası zamanı zərərçəkmiş Ceyhunə Qurbanovunun izahatları arasında ziddiyyət mövcud olmuşdur. Belə ki, məhkəməyədək icraat zamanı verdiyi izahatda doğuş zamanı yaranan cərrahiyə tikiş nahiyəsinə və başına zərbə endirildiyini, xəsarətlərinin əvvəlki hadisə ilə əlaqədar yarandığını bildirmiş, lakin məhkəmə iclasında mobil telefonu ilə fotoşəkillər göstərərək xx.xx.2025-ci il tarixində qolundan xəsarət almasını bildirmiş, həmin fotoşəkilləri iş materiallarına əlavə etməmişdir. Ən əsası isə İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs da xəsarət və xəsarət izlərinin olmaması barədə ekspert rəyi də xəsarət olmasını təkzib edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə həmçinin hesab edir ki, vəkil X2 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 (üç) saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 40, 43, 53, 114.1.4, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə vəkil X2 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar