Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1737/2025 31.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Yadigar qızının sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs İmranov Vafi Rəhman oğlunun iştirakı ilə, İmranov Vafi Rəhman oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə Sumqayıt Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı X4 Rəhman oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: İmranov Vafi Rəhman oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Dövlət Yol Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Şikayət ərizəsindən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarına əsasən AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 (yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Həmin qərarı qanunsuz və əsassız hesab edir. xx.xx.2025- ci il tarixdə saat 10:30 radələrində ona məxsus olan **-BU-*** dövlət qeydiyyat nişanlı, VOLKSWAGEN PASSAT minik avtomobili ilə Sumqayıt şəhərində Azərbaycan prospekti ilə Mərkəzi Poçtun qarşısından Əşya bazarı istiqamətində hərəkət edirdi. Azərbaycan prospekti ilə Bakı küçəsinin kəsişməsində sola "Asan Xidmət" istiqamətində dönmək üçün sola dönmə işığını yandırıb, gözləmiş və qarşıdan gələn düzünə - Mərkəzi Poçt istiqamətinə hərəkət edən avtomobili buraxdıqdan sonra zolağın boş olduğunu görərərək sola dönmə manevrinə başlamışdır. Bu zaman Azərbaycan prospekti ilə Əşya bazarı istiqamətindən gələn və sola Qorki küçəsinə dönmək üçün dönmə işığını yandıraraq gözləyən avtomobillərin sırasından bir minik avtomobili qəfil sağ zolağa çıxaraq düzünə hərəkət etməyə başlamışdır. Həmin anda o artıq yolayrıcına çıxmış və düzünə hərəkət edən avtomobilin üzərinə gəldiyini görərərək sürətini artırıb yolayrıcını boşaltmışdır. Bu zaman Sumqayıt şəhər DYPŞ - nin əməkdaşı yol patrul xidməti inspektoru polis serjantı X2 tərəfindən saxlanılmışdır. İnspektorun AR İXM - nin 327.2 - ci maddəsinə əsasən inzibati xəta törətməsi ilə bağlı şifahi bildirişinə cavab olaraq vəziyyəti izah etmişdir. Buna baxmayaraq qısa bir müddət sonra mobil telefonuna İXP7255686 nömrəli elektron protokol gəldiyini görmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2025 ci il tarixli TP ******* saylı qərarının ləğv olunması və barəsində inzibati xəta haqqında iş üzrə icraatın xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs İmranov Vafi Rəhman oğlu bildirdi ki, xx.xx.2025 tarixindən evdən çıxararaq Sumqayıt şəhərində Azərbaycan prospekti ilə Mərkəzi Poçtun qarşısından Əşya bazarı istiqamətində hərəkət etmiş, Azərbaycan prospekti ilə Bakı küçəsinin kəsişməsində çatdığı zaman işıqforun yaşıl işiğının yandığını görərək Bakı küçəsinə hərəkət etmək istəmişdir. Belə ki, həmin zaman onun qarşı istiqamətində 3 avtomobil olmuş, o və qarşıdan gələn avtomobil sola dönmə işığını yandırmışdır. O, Niva Chevrolet markalı avtomobilin hərəkət etməsini gözləmiş, bundan sonra yolayrıcına daxil olmuşdur. Yolayrıcına daxil olmazdan əvvəl gözləmiş, hər hansı avtomobil olmadığından əmin olduqdan sonra hərəkətini davam etdirmişdir. Yolayrıcına çatdığı zaman başqa bir avtomobilin də hərəkət etdiyini görərək dərhal hərəkətini davam etdirirək yolu boşaltmışdır. O, hərəkət etdiyi zaman heç bir avtomobilə maneə olmamış və qayda pozmamışdır. Bu zaman Sumqayıt şəhər DYPŞ - nin əməkdaşı yol patrul əməkdaşı tərəfindən saxlanılmış, onun qayda pozduğunu bildirmiş, inspektora məsələni izah etməsinə baxmayaraq barəsində protokol tərtib edilmişdir. O, heç bir qayda pozuntusu etməmişdir. Qeyd etdiklərinə əsasən şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, İmranov Vafi Rəhman oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 100 (yüz) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 327.2-ci maddəsinə əsasən “Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir.” “Yol hərəkəti haqqında” Qanununun: - 76-cı maddəsinin İ hissəsinə əsasən relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həqiqətən də xx.xx.2025-ci il tarixdə “VOLKSWAGEN PASSAT minik” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İmranov Vafi Rəhman oğlu, yolayrıcını keçmə qaydalarının tələblərinə riayət etməyərək sola dönmə əməliyyatı edərək yol hərəkəti qaydalarını pozmuşdur. Eyni zamanda iş materiallarına əlavə edilmiş hadisəni özündə əks etdirən görüntülərin olduğunu diskə baxış keçirilən zaman İmranov Vafi Rəhman oğlu tərəfindən inzibati xətanı törətməsini bir daha öz təsdiq etmişdir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Sumqayıt Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və İmranov Vafi Rəhman oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, İmranov Vafi Rəhman oğlu tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Sumqayıt Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İmranov Vafi Rəhman oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Dövlət Yol Polis Şöbəsi tərəfindən İmranov Vafi Rəhman oğlu barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı Qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-1737/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1737/2025
31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver