Məhkəmə qərarları › İş №3(060)-1739/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1739/2024

24.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1739/2024 24.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs–Sumqayıt Şəhər Polis İdarəsinin 4cü Polis Bölməsinin polis sahə rəisi polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1966-cı ildə Qubadlı rayonu, Həkəri kəndində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, il ərzində inzibati məsuliyyətə məruz qalmayan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində sonuncu xx.xx.2024-cü il tarixdə saat 12:40-da Sumqayıt ŞPİ-nin İnzibati Binasında iş rejimini pozmuş, ucadan polisin ünvanına nalayiq söyüşlər söyməklə xırda xuliqanlıq etmişdir. Bu səbəbdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Eyni zamanda adı çəkilən Polis Bölməsi tərəfindən Şəxs barəsində sonuncu xx.xx.2024-cü il tarixdə saat 12:40-da Sumqayıt ŞPİ-nin İnzibati Binasında səs-küy salaraq iş rejimini pozmuş, polisin ünvanına nalayiq söyüşlər söyməklə xırda xuliqanlıq etmiş, polisin qanuni tələblərinə qəsdən tabe olmamış inzibati xəta törətməsi səbəbindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-1739/2024 saylı qərardadı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* №-li və MN seriyalı ******* №-li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-1739/2024 və 3(060)-1740/2024 №-li işlər bir icraatda 3(060)- 1739/2024 nömrə ilə birləşdirilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin polis sahə rəisi polis mayoru X2 tərtib etdiyi protokola uyğun izahat verərək, göstərdi ki, xx.xx.2024-cü il tarixdə onun icraatına Sumqayıt Şəhər Polis İdarəsinin məsul növbətçisi pol baş leytenatı Murad Abdullayev raportu və post patrul xidmətinin raportu daxil olmuşdur. ünvan 1 ünvanında yaşayan Şəxs Sumqayıt Şəhər Polis İdarəsinin İnzibati binasının içərisində ucadan söyüş söyməsi və iş rejiminin pozulması barədə növbətçi raportu olmuş, daha sonra post patrul əməkdaşları tərəfindən aidiyyatı üzrə 4-cü PB-nə gətirilmişdir. Onlar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə yaxınlaşıb, onu nizam-intizama dəvət etdikdə o, ünvansız nalayiq söyüşlər söymüş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs özü DİN-ə barəsində aparılmış inzibati icraat ilə bağlı müraciət etmişdir. Hansı ki, onun icraatında olmuşdur. Həmin iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə bağlı işdir. Sonuncunun yaşadığı binanın aşağısında cofe shop açılmışdır. Sonuncu həmin iş ilə bağlı aparılmış araşdırmanın nəticəsindən narazı qaldığı üçün cənab Nazirə müraciət etmişdir. Həmin iş ilə bağlı məsul şəxs onu çağırmışdır ki, izahatını alsın. Onların arasında olan mübahisədən sonra bu hadisələr baş vermişdir. Şəxs nalayiq ifadələr işlədərək, iş rejimini pozmuşdur. Polislər tərəfindən hər hansı təzyiq olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş protokollar üzrə izahatında göstərdi ki, özünü təqsirli bilmir. Onu PB-nə izahat almaq üçün çağırmışlar. İzahat verməyə getmişdir. Barəsində araşdırma aparılan işdə isə əmlakı məhv etməmişdir. Öncə 102 xidmətinə zəng etmişdir. Polis əməkdaşları onu qanunsuz aparmış, döymüş, xəstəxanaya düşmüşdür. Azərbaycan Respublikasının Prezidentinə, Daxili İşlər Nazirliyinə məktub yazmış, onlar da araşdırma aparmış, prokurorluq orqanları onu çağırmışdır. Daha sonra Pərviz müəllim onu çağırmış və söyüş söymüşdür. O isə cavab verməmişdir. Bildirmişdir ki, axtarışdadır. Zəng etmiş və Post Patrul əməkdaşları gələrək onu bölməyə aparmışlar. İfadə üçün çağırılan yerdə onu söymüşlər. Polis əməkdaşlarını çağırmış, o, ilk öncə getməmişdir. Bildirmişdir ki, özü gedəcəkdir. Polis Bölməsində nalayiq ifadələrə yol verməmişdir. Onu döyə-döyə gətirmişlər. Onun başı şişmiş, bununla bağlı kağızı da vardır. Polis İdarəsinə özü izahat vermək üçün getmişdir. Evdən tutmuş və onu bölməyə aparmışlar. Bildirmişlər ki, içkilidir. Bölmədən həkimə aparmış və yoxlanışdan keçmişdir. Orada onun içmədiyi və narkotik istifadə etmədiyi müəyyən edilmişdir. Polis İdarəsində nalayiq ifadələrə yol verməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və protokolları tərtib etmiş şəxsi, dinləyib, işdə olan materialları tədqiq edərək hesabedir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarına əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Odur ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İctimai qayda dedikdə: cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə habelə qüvvədə olan qanunvericilklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. Məhz bu mövqedən çıxış edərək məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixdə saat 12:40-da Sumqayıt ŞPİ-nin İnzibati Binasında səs-küy salaraq iş rejimini pozmuş, polisin ünvanına nalayiq söyüşlər söyməklə xırda xuliqanlıq etmiş, polisin qanuni tələblərinə qəsdən tabe olmamış, hamı tərəfindən qəbul edilmiş insanlar arasındatəşəkkül tapmış adət- ənənələrə, əxlaq normalarına zidd olaraq ictmai qaydaları kobud surətdə pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati qaydada cərimə edilməsini məqsədə uyğundur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar