Məhkəmə qərarları › İş №3(060)-1740/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1740/2022

29.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1740/2022 29.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Məmmədov icraatımda olan Sumqayıt şəhər polis idarəsi 3-cü polis bölməsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə işin baxılmağa hazırlanması zamanı baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə (bundan sonra mətndə İXM-nin) 29 iyun 2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2022-ci il tarixdə 16:45 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayonda, icra idarəsinin qarşısında X1. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, daxil olmuş material natamamdır. Belə ki, İXM-nin 100.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilməlidir. Həmin məcəllənin 100.1.4-cü maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti inzibati xəta haqqında protokolda göstərilməlidir. Lakin 29 iyun 2022-ci il tarixli, MN № ******* saylı protokol tərtib edilərkən qanunvericiliyin qeyd edilən tələblərinə əməl edilməmiş, İXM-nin 510-cu maddəsi ilə bağlı xətanın mahiyyəti ümumiyyətlə göstərilməmişdir. Qanunvericiliyin qeyd edilən tələblərinə riayət edilməyərək Şəxsnun barəsində İXMnin 510-cu maddəsi ilə tərtib olunmuş protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən İXM-nin 510-cu maddəsi ilə bağlı xətanın mahiyyəti göstərilməmişdir. İXM-nin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən hazırkı iş üzrə inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun olmadığından həmin protokol və protokola əlavə olunmuş sənədlər onu tərtib edən orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100, 106, 109-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Sumqayıt şəhər polis idarəsi 3-cü polis bölməsi tərəfindən Şəxs barəsində tərtib olunmuş 29 iyun 2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş sənədlər onu tərtib edən orqana, yəni Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinə geri qaytarılsın. Hazırkı qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar