Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1741/2022 29.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs – Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin sahə rəisi, polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs – X3 iştirakları ilə, xx.xx.1990-cı il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2022-ci il tarixdə saat 16:45 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin qarşısında keçmiş həyat yoldaşı X4 vuraraq ona xəsarət yetirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılmaq üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X7 izahatında göstərdi ki, Sumqayıt şəhəri 3-cü PB-nin baş təhqiqatçısı, polis kapitanı X8 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 iyun 2022-ci il tarixli qərar qəbul edilmiş və Şəxs barəsində onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. Belə ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 16:45 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin qarşısında keçmiş həyat yoldaşı X4 vuraraq ona xəsarət yetirmişdir. Buna görə də qeyd olunan faktla əlaqədar vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur inzibati xətaya dair iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildimişdir ki, xx.xx.2022-ci il tarixdə icraçılar himayəsində olan qızı Nigarın psixoloqla ünsiyyətini təşkil etdiklərini və qızı Nigarı İcra İdarəsinə gətirməsini bildirmişlər. O isə isə buna etiraz etməyərək saat təxminən 15:00 radələrində qızı 7 yaşlı Nigarı, faktiki olaraq yeni həyat yoldaşı Günel və onun qızı Mələyi avtomobillə İcra İdarəsinə aparmışdır. İcra İdarəsində psixoloq uşaqla və anası Yeganə ilə görüşüb danışdıqdan sonra uşağı Günelin yanına göndərməsini bildirmişlər, bu zaman Yeganə ilə o otaqda qalmışlar, daha sonra psixoloq hər ikisi ilə danışmış və gedə biləcəklərini bildirmişdir. Lakin Yeganə ondan əvvəl otağı tərk etmiş, o icraçının təqdim etdiyi sənədlərə qol çəkib çöl çıxmaq istəyən zaman bayırdan səs-küyün gəldiyini eşitmiş, bu zaman keçmiş həyat yoldaşı Yeganə ilə yeni həyat yoldaşı Günelin dalaşdıqlarını görmüş, qaçaraq onların yanına gəlmiş, onları aralamağa çalışmış və bunun üçün Yeganəni sifətindən əli ilə kənara itələmişdir. O, Yeganəni vurmamış, belə bir məqsədi də olmamışdır. Əlavə olaraq da bildirmişdir ki, himayəsində 1 azyaşlı uşağı var, məhkəmə qətnaməsi ilə uşağın ananın himayəsinə verilməsi qət edilsə də, məhkəmə qətnaməsi indiyə qədər icra olunmamışdır. Məhkəmədən qeyd olunanları nəzərə alaraq, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Vəkili Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xətaya dair iş üzrə zərərçəkmiş şəxs X9 izahatında göstərdi ki, qızı Nigar ilə psixoloqun nəzarəti altında xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsində görüşmüş, həmin görüşə keçmiş həyat yoldaşı Teymur faktiki olaraq bilrikdə yaşadığı Günel adlı xanımla birlikdə gəlmiş, bu zaman o həmin xanıma uşağı ilə bağlı olan işlərdə onu görmək istəmədiyini bildirmiş, həmin xanımla bununla bağlı Sumqayıt şəhəri üzrə İcra İdarəsinin pilləkanlarında söz mübahisəsi edən zaman keçmiş həyat yoldaşı Teymur onun yanına gələrək onun üz nahiyyəsinə yumruq vurmuş, bundan sonra oradakı şəxslər Teymuru onun yanından uzaqlaşdırmışdırlar. Hadisə ilə bağlı o DİN-nin 102 xidmətnə zəng vuraraq məlumat vermişdir. Buna görə də o ərizə ilə Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə müraciət etmişdir. Məhkəmədən qanunauyğun Qərar qəbul edilməsini xahiş etdi. İnzibati işin materiallarında olan 20 iyun 2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanmasının rədd olunmuş və əməlində İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərar aidiyyəti üzrə xidmət sahəsinə həvalə edilmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, Şəxs uşağı xx.xx.2014-ccü il təvəllüdlü X5r. İnzibati işin materiallarında olan 16 may 2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan görünür ki, “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin 677 saylı, xx.xx.2022-ci il tarixli rəyində qeyd edilmişdir ki, X3 bədəni üzərində sağ gözaltı nahiyyənin sıyrıqları və sağ gicgah nahiyyənin qançırı xəsarələri aşkar edilmişdir. Həmin xəsarətlər kü əşyanın təsirindən yaranmaqla, zərərçəkmişin müayinəsindən 1 gün əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını alma məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən hal Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən himayəsində azyaşlı uşağının olması və ona təkbaşına baxmasıdır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, himayəsndə bir azyaşlı uşağının olmasını, təqsirinin dərəcəsini, törədilmə şəraitini, əvvələr məhkəmə qaydasında inzibati məsuliyyətə cəlb olunmamasını, məişət zəminində ailə mübahisəsi nəticəsində inzibati xətanın törədilməsini nəzərə alır. Eyni zamanda məhkəmə qətnaməsi ilə inizbati xətanı törətmiş şəxslə zərərçəkmiş şəxsin birgə nikahlarında olan azyaşlı uşaq fakitiki olaraq Şəxs himayəsində olduğundan və bu hal Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinin təsiri altına düşdüyü üçün məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 400,00 (dörd yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1741/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1741/2022
29.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver