Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1744/2023 28.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Qərarından şikayət verən Sumqayıt ŞPİ DYPŞ-nin inspektoru X1 Qərardan şikayət verən şəxs X2 iştirakı ilə , Sumqayıt ŞPİ DYPŞ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt ŞPİ DYPŞ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarı ilə X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan X6 şikayət ərizəsi məhkəməyə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. X6 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə, təxminən saat 12:15 radələrində özünə məxsus “Hundai Sonata” markalı, ** DN *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, S.Bədəlbəyli küçəsi ilə saatda 50-60 km sürətlə hərəkətdə olarkən qarşısında eyni istiqamətdə hərəkətdə olan “Kia Rait” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil qəza vəziyyəti yaradaraq anidən sola dönmə işığını yandırmadan sağdan sola manevr etmiş, bu zaman o, idarə etdiyi avtomobili tam dayanma həddinə çatdırmaqdan ötrü avtomobilinin əyləcini sona qədər sıxsa da, lakin avtomobilini tam olaraq saxlaya bilməmiş, nəticədə onun avtomobilinin qabaq sağ hissəsinin qarşıda gedən nəqliyyat vasitəsinin arxa sol hissəsi ilə toqquşmuşdur. Göründüyü kimi hadisənin qarşısını almaq üçün o, bütün zəruri olan tədbirləri görsə də, hadisənin baş verməsi qaçılmaz olmuşdur. Hadisə zamanı “Kia Rait” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü günahın onda olduğunu etiraf edərək, yanındakı avtomobilin onu sıxdığını, bu səbəbdən də anidən dönmə əməliyyatı etdiyini və qəzaya səbəb olduğunu bildirmişdir. Elə bu zaman təsadüfən hadisə yerinə gələn **-YP- *** nömrəli Sumqayıt Şəhər DYP-nin Yol Patrul xidmətinin əməkdaşı X5 həm o, həm də digər sürücünün sənədlərini alaraq, axşam saat 17:00-da Sumqayıt Şəhər DYPŞ-də bildirmişdir. Həmin gün o, müştərisi olduğu “Xalq Sığortaya” şirkətinə məlumat verərək avtomobilinə zərər dəydiyini, zərərçəkmiş şəxs olduğunu bildirmişdir. Polis əməkdaşının bildirdiyi kimi axşam saat 17:00-da o, Sumqayıt Şəhər DYPŞ-nə gedərək sənədlərini və Forma 4 arayışını almaq istəsə də polis əməkdaşı Niyaməddin Həsənov günahın onda olmadığını bilə-bilə ona qeyri-prosessual təklif irəli sürmüş, günahın onda olduğunu, qarşı tərəfi günahkar çıxarmaq üçün və sığortadan pul ala bilməyi üçün ondan qanunda nəzərdə tutulmayan ödəniş tələb etmiş, əks təqdirdə onun Sığortadan pul ala bilməyəcəyini bildirmişdir. O, buna qəti etirazını bildirərək özünün vəkil olduğunu, öz hüquqlarını yaxşı bildiyini, qarşı tərəfin özünün də təqsirini etiraf etdiyini, ona heç bir məbləğdə pul verməyəcəyini deyib sənədlərini də götürərək polis əməkdaşının otağını tərk etmişdir. O, idarədən çıxıb avtomobilinə əyləşərkən polis əməkdaşı qəza vəziyyəti yaratmış digər maşının sahibini otağa dəvət edib ona qorxu gələrək günahın onda olması barədə ərizə yazdırmış və dərhal saat 05:04-də telefonuna barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 -ci maddəsi ilə İXP ******* saylı inzibati protokolun tərtib olunması barədə sms gəlmişdir. Həmin protokolun əsasında inzibati tənbeh vermə haqqında TP ******* saylı qərar tərtib olunmuş, həmin qərara əsasən mən Azərbaycan Respublikası İXM-nin 327.1 ci maddəsinə əsasən 40 (qırx) manat məbləğində inzibati cərimə olunmuşam. Aşağıda qeyd etdiklərinə əsasən hesab edir ki, xx.xx.2023-cü il tarixdə tərtib edilən İXP5546654 saylı inzibati protokol və onun əsasında verilən TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tam qanunsuz və əsassızdır: Qeyd edir ki, hadisə yerindən təsadüfən keçən polis əməkdaşı hadisəni araşdırmadan, onun izahatını almadan, onun şöbəyə dəvət olunması barədə hər hansı bir bildiriş göndərmədən, hadisənin şahidlərini dindirmədən, hər hansı ərizə və vəsatətlərinin olub-olmamasını araşdırmadan (İXİVl-nin 52-cİ maddəsində nəzərdə tutrulmuş qaydada) tələm-tələsik (3 dəqiqə ərzində) guya günahın onda olduğunu, onun ara məsafəsi qaydalarını pozması barədə heç bir qanuni əsası olmayan inzibati protokol tərtib etmiş və heç bir qanuni istinad göstərmədən, öz versiyaları əsasında formal mülahizələrə əsaslanaraq barəsində İXP ******* saylı inzibati protokol və onun əsasında TP ******* saylı qərar qəbul etmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, polis əməkdaşı qərar qəbul edərkən hadisənin baş vermə saatını belə düzgün qeyd etməmiş, guya hadisənin saat 11:30-da baş verdiyini qeyd etmişdir. Halbuki, hadisə saat 12:15-də baş vermişdir. Belə ki, hadisədən 5 dəq sonra saat 12:20-də o, müştərisi olduğu Xalq Sığortanın 183 qaynar xəttinə zəng edib məlumat vermişdir. Bu bir daha təsdiq edir ki, protokolu tərtib edən şəxs ümumiyyətlə hadisənin necə?, nə cür?, hansı şəraitdə və vaxtda? və hansı mexanizm üzrə baş verməsindən məlumatsız olmaqla 3 dəqiqə ərzində tələm-tələsik inzibati icraat aparmış, nəticədə onun hüquqları pozulmuşdur. Lakin protokolu tərtib edən şəxs unutmuşdur ki, Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmçinin həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu anda sual olunur ki, barəsində İXP ******* saylı protokol əsasında qərar qəbul edilən zaman hansı mötəbər sübuta əsaslanmışdır? Qeyd edir ki, polis əməkdaşı Niyaməddin Həsənovun qanunsuz prosesual hərəkətləri və özünü qərəzli aparması ilə bağlı elə hadisə günü Baş X14i İdarəsinə online qaydada rəsmi şikayət ünvanlamışdır. Qeyd edir ki, barəsində inzibati protokol tərtib olunmasına baxmayaraq, onun bir surəti ona verilməmiş, onun Sumqayıt Şəhər DYPŞ-nin rəisinə və Baş X14 İdarəsinə zəng vurduqdan sonra məcbur olub barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın bir nüsxəsini ona təqdim etmişlər. Qeyd edir ki, barəsində tərtib olunmuş protokolun və həmin protokol əsasında qəbul edilmiş qərarın heç bir hüquqi qüvvəsi yoxdur və bu səbəbdən də həmin qərar ləğv olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən inzibati cərimə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Lakin bunun üçün onun təqsiri sübut olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İXM-i ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 128.1ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1 -ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57- 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər.Həmin Məcəllənin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Həmin məcəllənin 129.5-ci maddəsinə əsasən X7 İşlər üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X6 şikayəti müdafiə edərək şikayətin təmin edilməsini, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, hadisənin baş verdiyi yol hər bir istiqamətdə iki zolaq olmaqla iki tərəfli olmuşdur. O, sol zolaqla hərəkət etmiş, qarşısında hərəkətdə olan “Kia Rait” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sola dönmə işığını yandırmadan anidən surətini yavaşladaraq sola dönmək istəmişdir. Bu zaman yolun sağ zolağı ilə onunla eyni istiqamətdə traktorun hərəkət etdiyini görüb qəza vəziyyəti yaratmamaq, traktorla toqquşmamaq üçün sükanı sağa tərəf yox, məhz sola tərəf döndərmişdir. Eyni zamanda qeyd edir ki, o, hadisə anında avtomobilində olan yan güzgülərindən arxadan nəqliyyat vasitəsinin gəlib-gəlmədiyini yoxlamaq üçün baxmış, bu zaman onun arxası ilə surətlə ağ rəngli avtomobilin onunla eyni istiqamətdə hərəkət etdiyini görmüş qəza vəziyyəti yaratmamaq və həmin avtomobilin onun avtomobilinin arxa hissəsindən toqquşmaması üçün qəfil tormozlama əməliyyatı etməmişdir. Hadisə baş verdikdən sonra “Kia Rait” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü günahın sonuncuda olduğunu etiraf etdiyi, qarşılıqlı olaraq biri-birlərini başa düşdükləri üçün hadisə ilə bağlı X14inə məlumat verməyəcəkləri barədə razılaşmışlar, lakin elə bu zaman təsadüfən hadisə yerinə gələn **-YP-*** nömrəli Sumqayıt Şəhər DYP-nin Yol Patrul xidmətinin əməkdaşı X5 araşdırma aparmadan onlardan sənədləri tələb etmiş, o da həmin gün məhkəməyə tələsdiyi üçün sənədləri ona vermişdir. Hadisənin baş verdiyi yer yaşayış sahəsinə yaxın ərazi olmuşdur. Hadisə nəticəsində onun avtomobilinə təxminən 2000-2500 manat miqdarında, digər avtomobilə isə təxminən 100 manat civarında ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verən Sumqayıt ŞPİ DYPŞ-nin inspektoru X5 oğlu izahatında bildirdi ki, 15 iyul 2023-cü il tarixdə **-YP-*** dövlət qeydiyyat nişanlı Yol Patrul Xidməti avtomobili ilə hadisə yerindən qayıdarkən Sumqayıt şəhəri Ş.Bədəlbəyli küçəsində yol-nəqliyyat hadisəsi baş verdiyini görmüşdür. Hadisə yerinə yaxınlaşmış, fotoşəkillər çəkmiş, hadisə baş verən yolda avtomobillərin hərəkətinə maneəçilik törədilməməsi, sıxlıq yaranmasının qarşınısı almaq üçün, o cümlədən sürücülərdən Emil Mirzəyevin məhkəməyə tələsdiyini nəzərə alaraq hər iki sürücünün sürücülük vəsiqəsi onun tərəfindən götürülmüş, saat 17:00-da Sumqayıt ŞPİ X3maları bildirilmişdir. Qeyd edir ki, hal şahidlərinin iştirakı ilə hadisənin fotoşəkilləri, X8 sxemi çəkilmiş, məlum olmuşdur ki, “Kia Rait” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü öncədən sola dönmə işığını yandıraraq təyin olunan yerdən sola geriyə dönmək istəyərkən arxadan gələn “Hundai Sonata” markalı, ** DN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ara məsafəsini gözləmədiyi üçün hadisə baş vermişdir. Bundan başqa əldə edilmiş video görüntüdən də aydın görmək olur ki, Hyundai Sonata markalı avtomobilin sürücüsü qarşıda eyni istiqamətdə hərəkətdə olan və sola geriyə dönmə işığını yandırmaqla geriyə dönmək istəyən Kia Rait markalı avtomobil ilə ara məxafəsini saxlamamış və gəldiyi surətlə həmin avtomobilin arxa sol hissəsindən vuraraq qəza törətmişdir. Bundan sonra tərəfindən protokol tərtib edilmiş, "Hundai Sonata” markalı, ** DN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Emil Mirzəyevə protokolla tanış olması üçün şərait yaratsa da, sürücünün izahatını almaq istəsə də sürücü etiraz etmiş, buna məhəl qoymayaraq otağı tərk etmişdir. O, “Kia Rait” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsünün izahatı əsasında hadisənin 11:30-da baş verməsini qərarda qeyd etmişdir. Qeyd olunanlara əsasən şikayətin təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş edir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə “Kia Rait” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 izahatı alınmışdır. İş materiallarından görünür ki, X8 sxemi, hadisə yerindən foto-şəkillər çəkilərək materiala əlavə edilmişdir. 15 iyul 2023-cü il tarixli “Aktdan” görünür ki, yol nəqliyyat hadisəsi ilə əlaqədar izahat alınması üçün X6 DYP şöbəsinə dəvət olunmuş, o izahat verməkdən və barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolu imza etməkdən imtina etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilən “DVD” diskdən görünür ki, “Kia Rait” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil təyin edilən yerdən sola dönmək istəyərkən arxadan gələn “Hundai Sonata” markalı, ** DN *** dövlət qeydiyyat nişanlı avtomobil surətini tam dayanma həddinə qədər azaltmadan gəldiyi surətlə qarşıda olan “Kia Rait” markalı avtomobillə toqquşmuş, nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” Həmin Qərarda həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) X7 işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə görə Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Məhkəmə X2 şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, “Yol hərəkəti haqqında” AR Qanunun 50-ci maddəsinin birinci hissəsinə görə sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Həmin Maddənin İİ hissəsinə görə nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində - saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirdir. Həmin Maddənin İİİ hissəsinə görə sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. “Yol hərəkəti haqqında” AR Qanunun 69-cu maddəsinin 11-ci hissəsinə görə yolun nişanlanmasının 1.11-ci bəndində göstərilən qaydası yalnız bir zolaqdan çıxaraq yerdəyişməyə icazə verilən yol sahələrində əks və ya eyni istiqamətli nəqliyyat axınlarını ayırır və yalnız bir tərəfə hərəkət etməyə icazə verilən yollarda duracaqlara girmək və çıxmaq, geriyə dönmək və sair üçün nəzərdə tutulmuş yerləri göstərir. İş materiallarına əlavə edilmiş “X8 Sxemindən” görünür ki, irəlidə hərəkətdə olan “Kia Rait” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü nişanlanma xəttinin tələblərinə uyğun olaraq təyin olunan yerdən sola, geriyə dönmək istəyərkən arxadan gələn “Hundai Sonata” markalı, ** DN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü “Yol hərəkəti haqqında” AR Qanunun 50-ci maddəsinin yuxarıda qeyd olunan tələblərini pozmaqla sözügedən inzibati xətanı törətmişdir. Bundan əlavə iş materiallarına əlavə edilmiş sənədlərdən, həmçinin “DVD” diskdən görünür ki, “Hundai Sonata” markalı, ** DN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Emil Mirzəyev “Yol hərəkəti haqqında” AR Qanunun 50-ci maddəsinin İ və İİİ hissələrinin tələblərini pozmuş, hadisə zamanı sürücü nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu halda bunlara riayət etməmiş, nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Göründüyü kimi bəhs edilən xəta ehtiyatsızlıqdan törədilmiş inzibati xətadır. AR İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 14-cü maddəsinə görə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar X7 işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub inzibati xəta haqqında qərarı qəbul etmiş Sumqayıt ŞPİ X14 Şöbəsinin inspektoru X1 ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi X9 xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutlar toplamış, bunun əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Bundan başqa şikayətçi Emil Mirzəyev öz ərizəsində hadisənin qarşısını almaq üçün idarə etdiyi avtomobili tam dayanma həddinə çatdırmaq üçün avtomobilinin əyləcini sona qədər sıxdığını qeyd etsə də, sonuncu məhkəmə istintaqı zamanı vermiş olduğu izahatında hadisə zamanı arxadan ağ rəngli nəqliyyat vasitəsinin gəldiyini görüb həmin avtomobilin onun avtomobilinə arxa hissəsədən vuraraq qəza yaratmaması üçün qəfil tormozlama etmədiyini qeyd etmişdir. Göründüyü kimi E.Mirzəyev ziddiyətli ifadələr vermişdir. Məhkəmə E.Mİrzəyevin bu ifadələrini məsuliyyətdən yayınmaq üçün istifadə etdiyi müdafiə vasitəsi kimi qiymətləndirir. Beləliklə məhkəmə tərəfindən şikayətdə göstərilən hallar yoxlanıldı. Müəyyən olundu ki, işə baxılarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Ona görə də, X2 inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərarın qəbul edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 şikayəti təmin edilməsin. X2 Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsi barədə inzibati xətaya dair iş üzrə Sumqayıt ŞPİ DYPŞ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1744/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1744/2023
28.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver