Məhkəmə qərarları › İş №3(060)-1745/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1745/2024

16.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1745/2024 16.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Qərarından şikayət verilmiş şəxs Sumqayıt ŞPİ-nin X12 Şöbəsinin YPX inspektoru X4 iştirakları ilə, Sumqayıt ŞPİ-nin X12 Şöbəsinin YPX inspektoru X8 tərəfindən qəbul edilmiş 06 iyul 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt ŞPİ-nin X12 Şöbəsinin YPX inspektoru X8 tərəfindən qəbul edilmiş 06 iyul 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini vəinzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə onun barəsində Sumqayıt DYPŞ-nin Yol Patrul Xidmətinin inspektoru polis serjantı X8 tərəfindən xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Guya o, “VAZ 21074” minik markalı, 10NU622 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2, 327.1 və 342.2.2-ci maddələrinin tələblərini pozmuşdur. Onun nə avtomobil idarə edə bilir, nə avtomobil idarə etmiş, nə də ki, avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. Ümumiyyətlə həmin avtomobilin onunla heç bir əlaqəsi yoxdur. Belə olan halda ona Sumqayıt DYPŞ-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə 150 manat məbləğində hansı əsasla cərimə edilməsi məlum deyil. Ona görə də o, həmin inzibati tənbeh vermə haqqında qərarla razı deyil və həmin qərar ləğv edilməldir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş şəxs Sumqayıt ŞPİ-nin X12 Şöbəsinin YPX inspektoru X8 şikayətlə razılaşmayaraq bildirmişdir ki, “VAZ 21074” minik markalı, 10NU622 dövlət qeydiyyat nişanlı avtomobil konstruksiya dəyişikliyinə görə xx.xx.2024-cü il tarixdə tərəfindən saxlanılmış, həmin vaxt avtomobili idarə edən şəxs X1 vəsiqəsinin olmaması müəyyən edilmişdir. Avtomobil saxlanılan zaman onun sahibi də orada olmuşdur. Sükan arxasında olan X9 barəsində İXM-in 327.1, 332.1, 332.2 və 342.2.2-ci maddələri ilə protokol tərtib edilmiş, həmin vaxt daha ağır sanksiyası olan İXMin 342.2.2-ci maddəsi ilə 150 manat inzibati cərimə edilmişdir. Avtomobilin sahibi isə nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə İXM-in 335.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilmişdir. Həmin vaxt orada Əliabbas adlı şəxs olmamış və avtomobili idarə etməmişdir. Avtomobili idarə edən şəxs məhz X9 olmuşdur. Avtomobilin sahibi sonradan Lənkəran Rayon Məhkəməsinə şikayət vermişdir ki, guya avtomobili sürücülük hüququ olan Əliabbas adlı şəxs idarə etmişdir. Lakin, bu yanlış informasiyadır, hər iki şəxs məsuliyyətdən yayınmaq üçün yanlış informasiya vermişlər. Göstərilən halları nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq şikayətçi məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-in 133.2.4-cü maddəsinə əsasən işə şikayətçinin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə qərarından şikayət verilmiş şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt ŞPİ-nin X12 Şöbəsinin YPX inspektoru X8 tərəfindən qəbul edilmiş 06 iyul 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 həmin tarixdə saat 16:49-da “VAZ 21074” minik markalı, 10NU622 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 332.2 və 342.2.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi müəyyən edilmiş və bu səbəbdən də150 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X2 barəsində olan Sumqayıt ŞPİ-nin X12 Şöbəsinin YPX inspektoru X8 tərəfindən qəbul edilmiş 06 iyul 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Həmin qərarın məzmunda şikayətçinin ərizəsinin təsvir edildiyi hissədən görünür ki, X3 hazırki iş üzrə şikayətçi X6 tanımadığını bildirmişdir. Göründüyü kimi digər şəxs, yəni Əbürrəhman Cəfərzadə hazırki iş üzrə şikayətçi Nicat Qasımzadəni tanımadığını, Nicat Qasımzadə isə digər şəxsin avtomobili ilə heç bir əlaqəsinin olmamasını, nəticədə onlara əsassız cərimə tətbiq edilməsini iddia etmişlər. Lakin, məhkəmə hər iki şəxsin qeyd edilən dəlillərini iş materialları ilə birgə tədqiq edərək belə qənaətə gəlir ki, şikayətçi Nicat Qasımzadənin göstərdiyi dəlillər işin həqiqi halları ilə eynilik təşkil etmir, özünü müdafiə xarakterlidir və məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Belə ki, əvvəla avtomobildə və sükanda olmayan bir şəxsin şəxsiyyətinin yol polisi tərəfindən müəyyən edilərək ona cərimə tətbiq edilməsi inandırıcı deyil. Digər tərəfdən isə bir-birini tanımayan şəxslərin bir-birinin barəsində olan inzibati tənbeh tətbiq etmə barədə qərarlardan məlumatlı olması da inandırıcı hal deyil. Əbürrəhman Cəfərzadə hazırki iş üzrə şikayətçi Nicat Qasımzadəni tanımadığını iddia etsə də, onun şikayəti əsasında qəbul edilmiş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarını Nicat Qasımzadə məhkəməyə təqdim etmişdir. Bütün bunlar şikayətçilərin dəlilləri ilə bağlı məhkəmədə əsaslı şübhələr yaradır və məhkəmə belə qənaətə gəlir ki, həmin şəxslər həqiqətən də bir-birini tanıyan şəxslərdir, inzibati xəta hadisəsi qeydə alınan zaman “VAZ 21074” minik markalı, 10NU622 dövlət qeydiyyat nişanlı avtomobili Nicat Qasımzadə idarə etmişdir və sonuncu məsuliyyətdən yayınmaq üçün əsassız dəlillərlə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsassızdır, Sumqayıt ŞPİ-nin X12 Şöbəsinin YPX inspektoru X8 tərəfindən qəbul edilmiş 06 iyul 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar isə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin X12 Şöbəsinin YPX inspektoru X8 tərəfindən qəbul edilmiş 06 iyul 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan X5 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X5 şikayəti təmin edilməsin. Sumqayıt ŞPİ-nin X12 Şöbəsinin YPX inspektoru X8 tərəfindən qəbul edilmiş 06 iyul 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar