Məhkəmə qərarları › İş №3(060)-1746/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1746/2022

29.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1746/2022 29.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin sahə rəisi, polis kapitanı X4, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, 16 saylı Mənzil Komunal sahəsində xadimələrə nəzarətçi vəzifəsində işləyən, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 157-ci maddəsi ilə 29 iyun 2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanında döyərək xəsarət yetirmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 29 iyun 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin sahə rəisi, polis kapitanı X8 məhkəmədə verdiyi izahatında göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanında döyərək xəsarət yetirmişdir. Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis mayoru X5 tərəfindən xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət təqibinə xitam verilmişdir. Lakin, Şəxs əməlində inzibati xəta tərkibi olduğundan, onun inzibati məsuliyyətə cəlb edilməsi üçün həmin qərarın surəti Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinə göndərilmiş, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanların nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində İXMnin 157-ci maddəsi ilə tənbeh verilmə məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs 7 il onların evində gəlini kimi yaşamışdır. Zəminənin əri X2 xx.xx.2022-ci il tarixdə bıçaqlanaraq öldürüldü və bununla bağlı cinayət işi açılmışdır. Oğlu öldükdən sonra Zəminə onlarla bir yerdə yaşamağa davam etdi. Lakin tez-tez aralarında mübahisə yaradırdı. xx.xx.2022-ci il tarixdə 12 radələrində gəlini Zəminə bacısı Təranə ilə onlara gələrək mənzildə olan əşyalarını aparmaq istədiyini bildirmişdir. Zəminə əşyalarını yığışdırdıqda onlara aid əşyaları da aparmaq istəmiş, bu səbəbdən aralarında mübahisə yarandı. Həmin vaxt Zəminə əlləri ilə onun saçını yolmuş, sağ əlinə və başına yumruqla vuraraq onu döymüşdür. Bu vaxt əri Vəliyəddin onları aralamışdır. Qeyd olunanların nəzərə alınaraq Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə 12 radələrində o, bacısı Təranə ilə qayınatasının evinə gedərək orada olan cehizlik əşyalarını götürmək istəmişdir. Qayınatası və qayınanası razılıq vermişdilər. O və bacısı veşlərini yığan zaman qayınanası bir neçə əşyanın ona aid olduğunu iddia edərək ona həmin əşyaları aparmağa icazə verməmişdir. Bu səbəbdən aralarında mübahisə düşmüdür. Mübahisə zamanı evin zalında qayınanası Qalina ilə o, əlbəyaxa olaraq dalaşmışlar, o əli ilə onun başına və qoluna vurmuş, həmin an qayınanası da əli ilə onun başından və qolundan vurmuşdur. Bundan sonra o, bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, protokol tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyib və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 157-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərarından görünür ki, Sumqayıt şəhəri 18-ci mikrorayon ev 13, mənzil 24-də qeydiyyatda olan və yaşayan Şəxs xx.xx.2022-ci il tarixdə saat 12 radələrində gəlin olduğu ünvan 5 ünvanda yaşayan qayınanası Zərərçəkmiş şəxs Aleksandır qızı ilə aralarında olan şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı əlləri ilə Zərərçəkmiş şəxs başından və qolundan vuraraq sonuncuya - başın sol təpə nahiyyəsində nöqtəvari qansızmalar, hər iki saidin qançırları ilə müşayət olunan dərəcəsinə görə sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs qəsdən döyərək İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş MTE-nin xx.xx.2022-ci il tarixli, 530 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - başın sol təpə nahiyyəsində l,3xl,0sm. sahədə saçlar seyrəkdir, tüklərin dibinə uyğun tünd qırmızı qansızma vardır. Sağ saidin iç səthinin yuxarı 1/3-də 6,0x3,0sm. ölçüdə, sol saidin bayır səthinin orta 1/3-də 5,0x4,0sm. ölçüdə qançır vardır, bozumtul-göy rəngdədir .Bədəni üzərində digər xəsarət və xəsarət izi aşkar olunmamışdır. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin təhqiqatçısı polis mayoru X3 NK-1/889 və 890 saylı yoxlama materialı üzrə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə də öz təsdiqini tapır. Ona görə də Şəxs İXM-nin 157-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 32 və 33-cü maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 300,00 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar