Məhkəmə qərarları › İş №3(060)-1747/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1747/2024

23.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1747/2024 23.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Qərarından şikayət verilmiş şəxs Sumqayıt ŞPİ-nin X9 Şöbəsinin YPX inspektoru X2, X1 iştirakları ilə, Sumqayıt ŞPİ-nin X9 Şöbəsinin YPX inspektoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP6627836 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt ŞPİ-nin X9 Şöbəsinin YPX inspektoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP6627836 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixli TP6627836 nömrəli qərarla Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə öz vatomobili ilə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində Niyazi küçəsi ilə hərəkətdə olarkən YPX inspektoru İsa Hüseynov ona “saxla” işarəsi vermişdir. Avtomobili yolun sağında saxlayıb, saxlanılma səbəbini soruşmuş, inspektor isə ona dönmə işığını yandırmadığını bildirmişdir. O, inspektora həmin yerdə dönmə işığını yandırmağı tələb edən heç bir səbəbin olmamasını bildirib, inspekordan iddiasını əsaslandırmağı tələb etmişdir. Çünki, qeyd edilən döngədə (Oba markrtin qarşısı) nə yol ayrıcı nişanı, nə də dönmə nişanı yoxdur. Bundan sonra inspektor yol davam etməsini bildirmişdir. İnspektordan uzaqlaşandan 10-15 dəqiqə sonra ona “SMS Radar” vasitəsi ilə 40 manat cərimə gəldmişdir. Göstərilən halları nəzərə alaraq şikayətinin təmin edilməsini və qeyd edilən qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X5 şikayətinin maiyyətinə uyğun çıxış edərək Sumqayıt ŞPİ-nin X9 Şöbəsinin YPX inspektoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli TP6627836 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş şəxs Sumqayıt ŞPİ-nin X9 Şöbəsinin YPX inspektoru X4 şikayətlə razılaşmayaraq bildirmişdir ki, qeyd edilən ərazidə yol sağa dönür, sürücü X5 da sağa dönməsinə baxmayaraq dönmə işığını yandırmamışdır. Video görüntülərdən də görünür ki, digər sürücülər dönmə işığını yandırır. Göstərilən halları nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt ŞPİ-nin X9 Şöbəsinin YPX inspektoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP6627836 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X5 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Belə ki, iş materiallarına əlavə edilmiş Sumqayıt ŞPİ-nin X9 Şöbəsinin YPX inspektoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP6627836 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 xx.xx.2024-cü il tarixdə saat 18:59-da “Mercedes Benz C250 minik” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri ərazisində (Sumqayıt şəhəri, 13-cü mikrorayon, 40) idarə edərkən manevr qaydalarını pozduğu üçün Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında baxış keçirilmiş video görüntülərdən görünür ki, “Mercedes Benz C250 minik” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Sumqayıt şəhəri ərazisində (Sumqayıt şəhəri, 13-cü mikrorayon, 40) həmin avtomobili idarə edən zaman dönmə işığından istifadə etməmişdir. Yerli baxış protokolundan görünür ki, hadisənin qeydə alındığı Sumqayıt şəhəri, 13cü mikrorayon, Niyazi küçəsində olan yol (Oba marketin qarşısı) iki hərəkət istiqamətli olmaqla, hər bir hərəkət istiqaməti iki hərəkət zolağından ibarətdir. Həmin yol baş yoldur və hadisənin qeydə alındığı yerdə heç bir yol kəsişməsi mövcud deyil. Həmçinin qeyd edilən yerdə hərəkət istiqamətlərini bildirən 4.1.1-4.1.6 nişanları da mövcud deyil. Beləliklə də müəyyən edilmişdir ki, X5 xx.xx.2024-cü il tarixdə saat 18:59-da “Mercedes Benz C250 minik” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri ərazisində (Sumqayıt şəhəri, 13-cü mikrorayon, 40) heç bir yol kəsişməsi olmayan baş yolda idarə edərkən dönmə işığından istifadə etməməsinə görə onun hərəkətləri Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilərək həmin maddə ilə 40 manat məbləğində inzibati cərimə edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, baş yolun istiqamətini dəyişməsinə görə sürücünün hərəkətləri dönmə kimi qiymətləndirilə bilməz və bu zaman dönmə işıq siqnallarından istifadə edilməsi zəruri deyil. Göstərilən səbəbdən də məhkəmə hesab edir ki, hazırki iş üzrə inzibati xəta hadisəsi mövcud olmamışdır. Azərbaycan Respublikasının İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt ŞPİ-nin X9 Şöbəsinin YPX inspektoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP6627836 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin olunsun. Sumqayıt ŞPİ-nin X9 Şöbəsinin YPX inspektoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP6627836 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X3 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bu qərar Azərbaycan Respublikası DİN Baş X9 İdarəsinin Mərkəzi İnformasiya sistemində X3 adına qeyd edilmiş xx.xx.2024-cü il tarixli TP6627836 nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati cərimənin və ona hesablanmış dəbbə pulunun silinməsi üçün əsasdır. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar