Məhkəmə qərarları › İş №3(060)-1749/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1749/2020

15.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1749/2020 15.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - X4 İdarəsinin Dövlət yol polisi şöbəsinin yol nəqliyyat hadisələri üzrə inspektoru, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Ağdam rayonunun Göytəpə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Ağdam rayonu Göytəpə kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında AP seriyalı, ******* №-li, xx.xx.2020-ci il tarixli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 18:25 radələrində nəqliyyat vasitələrini idarəetmə hüququ olmadan idarə etdiyi VAZ 2124 markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomaşınla Sumqayıt şəhəri, Əzizbəyov-S.Vurğun küçələrinin kəsişməsində işıqforun qadağanedici siqnalında yol ayrıcına daxil olaraq Opel Vectra markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, sərnişin xəsarət almışdır. X4 İdarəsi Dövlət yol polisi şöbəsitərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmədə iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs -X4 İdarəsinin Dövlət yol polisi şöbəsinin yol nəqliyyat hadisələri üzrə inspektoru, polis kapitanı X2 göstərdi ki, sürücü Sumqayıt şəhəri, Əzizbəyov-S.Vurğun küçələrinin kəsişməsində işıqforun qadağanedici siqnalında yol ayrıcına daxil olaraq Opel Vectra markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, sərnişin xəsarət almışdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, sürücü avtomaşını nəqliyyat vasitələrini idarəetmə hüququ olmadan idarə etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, Vaz 21214markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxxxxxxxxxxxxxxx" MMC-yə məxsusdur, yol vərəqəsi ilə onun istifadəsindədir. xx.xx.2020-ci il tarixdə saat 18:25 radələrində idarə etdiyi həmin avtomobillə M.Hüseynzadə küçəsi istiqamətindən S.Vurğun küçəsi ilə Əzizbəyov küçəsi istiqamətində sağdan birinci zolaqda 60 km\saat sürətlə hərəkət edən zaman S.Vurğun küçəsi ilə Əzizbəyov küçəsinin kəsişməsində qarşısında işıqforun qırmızı işığın yanmasına baxmayaraq fikirli olduğu üçün hərəkətini davam etdirən Opel markalı avtomobilin yoluna çıxmış, nəticədə sonuncu avtomobilin ön hissəsi idarə etdiyi avtomobilin sol arxa təkər hissəsi ilə toqquşmuş, hadisədən dərhal sonra polis əməkdaşları hadisə yerinə gəlmişdir. Toqquşma zamanı Opel markal avtomobilin qabaq oturacağında əyləşmiş Teymur adlı şəxs xəsarət almışdır. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan AC seriyalı, 918219 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs “BC” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ var. Sumqayıt şəhər Məhkəməsinin 3(060)-001/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsinin 2-ci hissəsinə əsasən mexaniki nəqliyyat vasitələrinin tiplərindən asılı olaraq, Azərbaycan Respublikasında verilən sürücülük vəsiqəsinin aşağıdakı növləri vardır: motosikletləri, kvadrisiklləri, trisiklləri, avtomobilləri, tramvaylarıvə trolleybusları idarə etmək üçün; traktorları və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün. Həmin Qanunun 34-cü maddəsinin İV hissəsinin 3-cü bəndinə əsasən bu Qanunun 34-cü maddəsinin İİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək üçün verilən sürücülük vəsiqələrində, bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş məlumatlardan başqa, idarə etmə hüququnun qüvvəsinin şamil edildiyi nəqliyyat vasitələrinin aşağıdakı kateqoriyaları və altkateqoriyaları göstərilir: “B” - aşağıdakı nəqliyyat vasitələrini idarə etmək üçün: “A” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8dən artıq olmayan avtomobilləri; qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri; qoşqusunun icazə verilən maksimal kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri, "C"-"D" kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan qrtıq olmayan "C" kateqoriyasından olan avtomobilləri idarə etmək üçün. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutlmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdiran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, onun şəxsiyyətini, törədilən inzibati xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar