Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1749/2021 25.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X2 iclas katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə, Sumqayıt şəhər Polis İdarəsi Dövlət X13 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 06.03.2021-ci il tarixli TP ******* saylı Qərarından X1 tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X1 07.05.2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Dövlət X13 tərəfindən qəbul edilmiş 06.03.2021ci il tarixli TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərarın ləğv edilməsi Məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən şikayətçi X6 izahatında göstərdi ki, 06.03.2021-ci il tarixdə, saat 14:54-də Sumqayıt şəhəri, 41-ci məhəllənin ərazisindən keçən yolda Mercedes Benz E350 minik markalı, ** MP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Sumqayıt Şəhər Dövlət X11 Yol Patrul Xidməti X5 X8 tərəfindən saxlanılaraq mənə inzibati xəta törətdilməsi bildirilərək barəsində 06.03.2021-ci il tarixli, İXP ******* nömrəli protokol tərtib edilmişdir. Protokol tərtib edilən zaman o, protokolu tərtib edən inspektora etirazını bildirsə də sonuncu etirazına əhəmiyyət verməmişdir. Protokolda göstərilən vaxtda əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozmamış, protokolda göstərilən inzibati xəta inspektorun uydurmasıdır. Protokol ona təqdim edildikdən sonra o dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 mərkəzinə müraciət etmiş və protokolu tərtib etmiş inspektorun qanunsuz hərəkətlərindən narazılığını bildirmişdir. Şikayəti üzrə təyin edilmiş araşdırma natamam və birtərəfli aparıldığından 06.03.2021-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərar əsasında guya Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə 60 manat məbləğində cərimə edilərək əsassız olaraq inzibati məsuliyyətə cəlb edilmişdir. Hesab edir ki, polis əməkdaşı qanunsuz və olduqca ədalətsiz bir qərar qəbul etmişdir. Buna görə də qeyd olunanları nəzərə alaraq şikayətinin təmin edilməsini və barəsindəki inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş edir. İş materiallarında olan X4 təqdim edilmiş 06.03.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 60 (altmış) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəaltmış manat məbləğində cərimə edilir. Məhkəmə inzibati iş üzrə tam, hərtərəfli, obyekiv araşdırma aparmaq məqsədilə Sumqayıt şəhər Polis İdarəsi Dövlət X12 sorğu göndərərək 06.03.2021-ci il tarixli, TP ******* saylı qərar üzrə inzibati xəta hadisəsinin baş verdiyini və nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitə ilə çəkilmiş foto və video materialları Sumqayıt şəhər Məhkəməsinə təqdim etməyi xahiş etmişdir. Sumqayıt şəhər Polis İdarəsi Dövlət X13 tərəfindən sorğuya cavab olaraq göndərilmiş 01 ədəd diskə Məhkəmə tərəfindən baxış keçirilmiş və baxış zamanı X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək Məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair qəbul edilmiş 06.03.2021-ci il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərar ləğv edilməlidir. İnzibati xətaya dair iş üzrə 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X10 oğlunun şikayəti təmin edilsin. Sumqayıt şəhər Dövlət X13 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 06.03.2021-ci il tarixli, TP ******* saylı Qərar ləğv edilsin. İnzibati xətaya dair iş üzrə 01 ədəd disk iş materiallarında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1749/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1749/2021
25.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver