Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1750/2021 07.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayit şəhər polis idarəsi 3-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materialın baxılmağa hazırlanması məsələsinə baxaraq müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 07.05.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Həmin protokolda qeyd edilmişdir ki, Şəxs Sumqayıt şəhərində 40-cı məhəllə ərazisində qanunsuz küçə satışı etdiyinə görə edilən xəbərdarlıqlara baxmayaraq polisin qanuni tələbinə məhəl qoymayıb. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, inzibati xəta haqqında protokol İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərinə uyğun tərtib edilməmiş, protokola əlavə olunmuş materiallar natamamdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi 535.1 və 535.2 maddələrindən ibarət olmaqla, hər iki maddənin ayrı ayrılıqda inzibati məsuliyyəti vardır. Sumqayit şəhər polis idarəsi 3-cü polis bölməsinin sahə rəisi Bəxtiyar Əliyev tərəfindən isə Şəxs barəsində protokolda düzəliş edilməklə ümumi olaraq İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bundan başqa Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin, yəni polisin qanuni tələbinə məhəl qoymamasının yeganə sübutu kimi polis nəfəri Emil Nağızadənin raportuna istinad edilsə də, həmin raportda Şəxs polisin qanuni tələbinə məhəl qoymaması deyil, qanunsuz küçə ticarəti etməsi qeyd edilmişdir. Qanunsuz küçə ticarəti isə İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə uyğun sənədləşdirilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara və İnzibati Xətalar Məcəlləsinin aşağıdakı müddəalarına əsaslanaraq hesab edir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı həll edilən məsələlərə uyğun olaraq hazırki iş üzrə Sumqayit şəhər polis idarəsi 3-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər 3-cü polis bölməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 106.0.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib edilməməsi araşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta ilə bağlı protokol tərtib edilərkən Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməmiş, daxil olmuş materiallar natamam olmaqla işə məhkəmədə baxılarkən tamamlamaq mümkün deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100, 106, 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində tərtib olunmuş 07.05.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinə geri qaytarılsın. Bu qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1750/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1750/2021
07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver