Məhkəmə qərarları › İş №3(060)-1752/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1752/2021

20.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1752/2021 20.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi-X1 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 05 may 2021-ci il tarixli, 00700-0092/21 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən “xxxx” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 497-ci maddələrinə əsasən tərtib edilmiş 05 may 2021-ci il tarixli, 00700-0092/21 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 07.05.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasaən, “xxxx” MMC (VÖEN **********) 04.07.2019-cu il tarixli **********2421 saylı, 27.02.2020-ci il tarixli **********3836 və **********3861 saylı gömrük bəyannamələri ilə daxildə emal gömrük prosedurunda rəsmiləşdirərək 27.05.2020-ci il tarixədək geri qaytaracağı barədə öhdəlik götürdüyü "mis məftillər" yükündən yalnız **********2421 bəyannamə üzrə rəzmiləşdirilmiş mis məftillərdən emal prosesi nəticəsində alınmış 9082 kq çəkisində mis katodlar yükünü 10.08.2019-cu il tarixdə **********2269 saylı gömrük bəyannaməsi ilə ixrac gömrük proseduru altında rəsmiləşdirilərək Gürcüstan Respublikasına göndərmiş, qalan ümumi yükün dəyəri 537673,24 manat təşkil edən mis məftillərin emal müddətlərinin bitməsinə baxmayaraq onlara dair heç bir əməliyyat aparmamaqla Azərbaycan Respublikası İXM-nin 497-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xxxx MMC daxildə emal gömrük prosedurunda rəsmiləşdirdiyi mallar üzərində qanunsuz sərəncam verərək onları daxili bazarda satmışdır. Bununla da "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 491.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi X3 protokola uyğun izahat verərək qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan - “xxxx” MMC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci və 491.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də “xxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci və 491.1-ci maddələri ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan 03.07.2019-cu il tarixli **********2421 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, “xxxx” MMC-dən en kəsiyinin maksimal ölçüsü 0,5 mm-dən çox olan mis məftillər, "Copper Wire" 2,6 mm, 19 palet Gürcüstan Respublikası və İran İslam Respublikasına ixrac edilmişdir. İş materiallarında olan 08.08.2019-cu il tarixli **********2269 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, “xxxx” MMC-dən mis katodlar, İST "xxxx" MMC, DST.859- 2014, 8 yer İran İslam Respublikasına və Gürcüstan Respublikasına ixrac edilmişdir. İş materiallarında olan 27.02.2020-ci il tarixli **********3836 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, “xxxx” MMC-dən saflaşdırılmış misdən en kəsiyinin ölçüsü 8 mm olan məftillər, İST."X4 Co", "Copper Rod 8mm", 6 palet İran İslam Respublikasına və Gürcüstan Respublikasına ixrac edilmişdir. İş materiallarında olan16.01.2020-ci il tarixli Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin qərardadından görünür ki, iddiaçı Avropa Yenidənqurma və İnkişaf Bankı ilə cavabdehlər "xxxx" MMC, "xxxx" MMC və X2 arasında bağlanmış 16 yanvar 2020-ci il tarixli barışıq sazişi təsdiq edilmişdir. İş materiallarında olan 05.05.2021-ci il tarixli xidməti qeyddən görünür ki, "xxxx" MMC tərəfindən daxildə emal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş mis məftillər yükünün 08.08.2019-cu il tarixli **********2269 saylı gömrük bəyannaməsi ilə ixrac olunduqdan sonra qalan hissəsinin çəkisi 14579,67 kq, gömrük dəyəri 146234,09 AZN, statistik dəyəri isə 86020 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinə əsasən bu məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 497-ci maddəsinə əsasən malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, “xxxx” MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 497-ci və 491.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, “xxxx” MMC-yə Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Həmin maddənin sanksiyasında isə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Protkoldakı və işdə olan digər sənədlərdəki məlumatlara əsasən bu iş üzrə inzibati xətanın bilavasitə obyekti olan malların dəyəri 537673,24 manat təşkil edir. Ona görə də, “xxxx” MMC-yə həmin məbləğin otuz faizindən yüz faizinədək məbləğdə cərimə növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs “xxxx” MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci və 491.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30 (otuz) faizi məbləğində (537673,24 manat X 30%), yəni 55953,24 (əlli beş min doqquz yüz əlli üç ABŞ dolları iyirmi dörd sent) ABŞ dolları məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar