Məhkəmə qərarları › İş №3(060)-1756/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1756/2022

18.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1756/2022 18.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Şikayət vermiş şəxs Həmidli Zamin Allahverdi oğlunun iştirakı ilə Sumqayıt şəhər X7 X8 Xidməti inspektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2022-ci il tarixli TP ******* saylı qərardan X5 Allahverdi oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X5 Allahverdi oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər X7 X8 Xidməti inspektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etmişdir. İlk növbədə məhkəmə qeyd edir ki, Həmidli Zamin Allahverdi oğlunun Sumqayıt şəhər X7 X8 Xidməti inspektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarla bağlı müraciətini nəzərə alaraq şikayətə mahiyyəti üzrə baxır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs Sumqayıt şəhər X7 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bu səbəbdən Məhkəmə iclası xx.xx.2022-ci il saat 10:15-dən, xx.xx.2022-ci il tarixə saat 11:30-a təxirə salınmış, lakin Sumqayıt şəhər X7 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına yenə gəlməmiş, Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında çıxış edən şikayətçi Həmidli Zamin Allahverdi oğlu izahatında bildirmişdir ki, 21 aprel 2022-ci il tarixdə saat 19:20 radələrində Sumqayıt şəhər, 15-ci məhəllə, Əşya bazarı deyilən ərazidə “Mercedes” markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu zaman X7 əməkdaşları onu saxlamışlar. O polis əməkdaşlarından onu saxlamasının səbəbini soruşmuşdur. Polis əməkdaşı isə ona işıqfordan sola dönərkən əsas yolda olan avtomobili gözləmədiyini və qəza şəraiti yaratdığını demişdir. Lakin o bununla razılaşmamışdır. X2 xidməti maşınlarında daimi video çəkiliş apaırlığından, o polis əməkdaşlarından tötdiyi inzibati xəta ilə bağlı görüntüləri ona təqdim etməsini bildirmişdir. Lakin polis əməkdaşı ona video görüntünün olmadığını bildirmişdir. O isə özünün əsassız təqsirləndirilməsinə və ona cərimə yazılmasına öz etirazını bildirmişdir. Polis əməkdaşları isə ona video görüntü olmadan da cərimə yaza biləcəklərini bildirmişdir. O, orcu tutduğu və iftar vaxtı yaxınlaşdığı üçün mübahisə etmək istəməmiş v bunu polis əməkdaşlarına bildirmişdir. Polis əməkdaşları da ondan heç bir sənəd tələb etməmişdirlər. O isə maşına əyləşib evinə qayıtmışdır. Evə gəldikdən təminən 15 dəqiqə sonra o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 manat cərimə edildiyi İXP ******* saylı protokol tərtib edilməsi barədə SMS bildirişi almışdır. O bununla bağlı “ASAN PAY” sistemindən şikayətini bildirmiş, ona bununla bağlı ***-***-**-** nömrəsindən zəng edilmiş və məsələnin araşdırılacağı bildirilmişdir.O məsələ ilə bağlı xx.xx.2022-ci il tarixdə aidiyyəti üzrə əlaqə saxlamış , lakin ona video görüntü olmadığı və ona heç bir köməklik göstərə bilməyəcəkləri bildirilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq şikayətinin təmin olunmasını və barəsində qəbul edilmiş sözügedən “İnzibati tənbeh vermə haqqında” Qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İş materiallarında olan Sumqayıt şəhər X7 X8 Xidməti inspektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2022-ci il tarixli TP ******* saylı qərardan görünür ki, Həmidli Zamin Allahverdioğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəaltmış manat məbləğində cərimə edilir. Məhkəmə inzibati iş üzrə obyektiv araşdırma aparmaq məqsədilə Sumqayıt şəhər X7 Şöbəsinin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədilə Sumqayıt şəhər X7 Şöbəsinə yazılı qaydada bildirişlər göndərmiş, lakin Sumqayıt şəhər X7 Şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir və bu səbəbədən işlə bağlı əhəmyyət kəsb edən məlumatların alınması mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Həmidli Zamin Allahverdi oğlunun şikayətində görstərilən halların mövcud olub-olmamasını müəyyən etmədən iş üzrə yekun nəticəyə gəlmək mümükün olmadığından, şikayət qismən təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər X7 Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Həmidli Zamin Allahverdi oğlunun şikayəti qismən təmin edilsin. Sumqayıt şəhər X7 X8 Xidməti inspektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2022-ci il tarixli TP ******* saylı qərar ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər X7 Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar